Yazıçı Şərif Ağayarın yeni romanı çap olunacaq.
Kulis.azın verdiyi xəbərə görə, “Ağ göl” adlı roman 2018-ci ilin əvvəllərində “Qanun” nəşrlər evində işıq üzü görəcək.
Yeni romanı barədə danışan müəllif bildirib ki, bu kitab üslubuna və mövzusuna görə onun yaradıcılığı üçün yenidir: “Mövzu bir az çoxşaxəlidir. Əsas planda sovetlərin dağılmasının nəticəsi olaraq fərqli düşüncələrin, fərqli mədəniyyətlərin qarşılaşmasıdır. Eyni zamanda, mistik xətti də var romanın.”
- Yeddi mərtəbə - Dino Buzzatinin məşhur hekayəsi
- Azərbaycanlı şairə professorla ailə qurur
- Kino Agentliyi film layihələri müsabiqəsi elan etdi
Xatırladaq ki, “Ağ göl” müəllifin sayca dördüncü romanıdır. Bundan əvvəl “Haramı” (2011), “Gülüstan” (2016) və “Arzulardan sonrakı şəhər” (2015) romanları çap olunub.