Ramiz Qusarçayldan yeni kitab

Ramiz Qusarçayldan yeni kitab
5 aprel 2017
# 13:43

Şair Ramiz Qusarçaylının “Gedəsən dünyanın axırınacan...” adlı yeni kitabı nəşr olunub.

Kulis.azın verdiyi xəbə görə, kitabda müəllifin vətənpərvər, təbiət və lirik şeirləri toplanıb.

Kitabın ön sözünü filologiya üzrə elmlər doktoru, professor Ramiz Əskər yazıb.

“Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Eşşəknamə”, “Almalı kitab” və “Nə ğözəldi yolun, Allah” adlı şeirlər kitablarından sonra oxucularla növbəti görüş olan “Gedəsən dünyanın axırınacan...” kitabı şairin dostu, el içində vətənpərvər iş adamı kimi hörmət qazanmış Sabir Fərzəliyevin maddi dəstəyi ilə işıq üzü görüb.

Şairin bu kitabının da oxucular tərəfindən maraqla qarşılanacağına əminik.

# 967 dəfə oxunub

Müəllifin son yazıları

# # #