Məşhur yazıçı əməliyyat olunub

Məşhur yazıçı əməliyyat olunub
17 noyabr 2014
# 11:02

Yazıçı Məmməd Oruc əməliyyat olunub.

Bu barədə APA-ya xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca məlumat verib.

O, bildirib ki, M. Oruc hazırda özünü normal hiss edir: “Qorxulu, narahatlığa əsas olan ciddi bir şey yoxdur. Yırtıq əməliyyatı olunub. İndi özünü normal hiss edir. Mən də Səyavuş Məmmədzadə ilə ona baş çəkməyə, hal-əhval tutmağa gəlmişik”.

F. Qoca əlavə edib ki, M. Oruc bu gün xəstəxanadan evə buraxılıb: “Əməliyyat srağagün keçirilib. Görünür, məsləhət olub ki, evə buraxıblar. Həkimlər əməliyyatın nəticəsini qənaətbəxş qiymətləndiriblər. İndi bağda dincəlir”.

# 1330 dəfə oxunub

Müəllifin son yazıları

# # #