Boşanma

Boşanma
22 sentyabr 2015
# 15:25

Kulis Qəmər Mürşüdlünün qısa hekayəsini təqdim edir

Etirazıma baxmayaraq, pencəyini çiynimə saldı, "Soyuqlayarsan" dedi. Bir anlığa nəfəsim tıxandı, ayaqlarım əsdi - sanki pencək deyil, qolları idi çiyinlərimi qucaqlayan... Yazıq-yazıq üzünə baxdım, "Mənə niyə əzab verirsən, bizim ki, yollarımız ayrıdır" sözləri boğazımda ilişib qaldı. O isə heç nə olmamış kimi söhbətinə davam etdi: "Bilirsən, bizim yollarımız ayrıldı, mən arvadımdan boşandım..."

# 965 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #