Honq-Konqda maliyyə çatışmazlığı səbəbindən aktyor və döyüş sənətləri ustası Brüs Liyə həsr olunmuş muzey bağlanıb.
Kulis.az xəbər verir ki, koronavirus pandemiyası zamanı gəlirləri daha da azalan muzeyin kolleksiyasında 2 minə yaxın eksponat heykəllər, jurnallar və nadir çəkilişlər qorunurdu.
Qeyd edək ki, muzeyin yenidən açılıb-açılmayacağı məlum deyil.