Azərbaycan dilində çəkilən İran filmi beynəlxalq mükafat aldı

Azərbaycan dilində çəkilən İran filmi beynəlxalq mükafat aldı
5 iyun 2018
# 12:44

İranlı rejissor Əsgər Yusifinejadın Azərbaycan dilində çəkdiyi “Ev” adlı film Rumıniyada keçirilən “Transilvania” Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

Mayın 25-dən iyunun 3-dək keçirilən festivalda “Ev” filmi dünyanın bir çox ölkəsində yaşanan orqan bağışlamaq problemini işıqlandırdığına görə “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

İranın azərbaycanlı rejissoru Əsgər Yusifinejadın filmində azərbaycanlı ailədə baş verən hadisələrdən bəhs olunur. Ailə başçısı vəsiyyət edir ki, öləndə onun orqanları ehtiyacı olanlara bağışlanılsın və insan tələfatının qarşısı alınsın. Lakin ailə başçısı öldükdən sonra onun qızı atasının orqanlarının bağışlanmasının əleyhinə çıxır. Filmdə azərbaycanlıların milli mentaliteti, mehribanlığı və insanpərvərlik kimi xüsusiyyətləri qabarıq şəkildə göstərilir.

Ə.Yusifinejadın “Ev” filmi cari ildə Tehranda keçirilən 35-ci “Fəcr” Film Festivalında da mükafata layiq görülüb.

Tanınmış rejissor bildirib ki, Azərbaycan dilində çəkdiyi ilk filminin uğur qazanması onu yaradıcılığını genişləndirməyə həvəsləndirib. Hazırda rejissor “Evlilik otağı” adlı yeni film üzərində çalışır. Bu film də Azərbaycan dilində çəkilir və yaxın aylarda tamaşaçılara təqdim ediləcək. /azertag.az/

# 2117 dəfə oxunub

Oxşar xəbərlər

"Rolların hamısından xoşum gəlir..." - Onu kino üçün hansı rejissor kəşf etmişdi?

"Rolların hamısından xoşum gəlir..." - Onu kino üçün hansı rejissor kəşf etmişdi?

18:00 9 aprel 2026
Autizmə həsr olunan filmin premyerası keçiriləcək

Autizmə həsr olunan filmin premyerası keçiriləcək

13:00 8 aprel 2026
İsveç rejissoru Naxçıvanda film çəkilişlərinə başladı

İsveç rejissoru Naxçıvanda film çəkilişlərinə başladı

13:18 7 aprel 2026
Şuşada çəkilən ilk film gözləntiləri doğrultdumu? - "Doğma torpağ"ın görünməyən problemləri

Şuşada çəkilən ilk film gözləntiləri doğrultdumu? - "Doğma torpağ"ın görünməyən problemləri

10:00 7 aprel 2026
"Analıq hissini yüksək sənətə daşıya bilmək..."  - Bahəddin Həzi

"Analıq hissini yüksək sənətə daşıya bilmək..." - Bahəddin Həzi

13:00 6 aprel 2026
“Spaceballs 2”nin nümayiş tarixi açıqlandı

“Spaceballs 2”nin nümayiş tarixi açıqlandı

10:40 4 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər