Azərbaycanlı yazar beynəlxalq festivalda iştirak edib

Azərbaycanlı yazar beynəlxalq festivalda iştirak edib
20 iyun 2018
# 16:10

Azərbaycan Next Stage Europe 2018 beynəlxalq festivalında təmsil olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, 13-17 iyun tarixlərində Höte İnstitutunun təşkilatçılığı və «LIT:potsdam» ədəbiyyat festivalının dəstəyi ilə Almaniyanın Postdam şəhərində Next Stage Europe 2018 beynəlxalq teatr festivalı keçirilib.

Festivalda Azərbaycan daxil olmaqla Rusiya, Belarusiya, Ukrayna, Gürcüstan və Ermənistandan olan gənc dramaturqlar iştirak ediblər.

Azərbaycanı festivalda yazıçı-publisist, AZTV-nin əməkdaşı Ülviyyə Heydərova təmsil edib. O, bu festivala «Uşaqlıq» adlı mono pyesi ilə qatılıb. Postdamın Hans Otto Teatrda keçirilən tədbirdə Ü.Heydərova Azərbaycan teatrı, ümumilikdə mədəniyyəti haqqında tamaşaçılara geniş məlumat verib. Bildirib ki, Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq mədəniyyətə dövlət tərəfindən böyük dəstək var. Festival çərçivəsində iştirakçılar Hans Otto Teatrının yaradıcı heyətinin iş təcrübəsi ilə yaxından tanış olublar. Festival iştirakçıları, həmçinin Reithalle Teatrında Hans Otto Teatrının redaktorları Kristofer Hanf və Jonas Lüşerlə, Babelsberqdə Film və Televiziya Universitetinin Marlen Ditrix xiyabanında professor Torsten Şlyüzla, Berlin İncəsənət Universitetində professor, dramaturq Paul Brodovskiylə, Berlində Felix Bloch Erben müəllif və teatr agentliyində Gesun Pagels və Morits Staemmlerlə görüşüblər, müasir teatr tendensiyaları və dramaturqiya barəsində fikir mübadiləsi aparıblar. Bundan başqa iştirakçılar Berlindəki Höte İnstitutunda olublar, Deutsches Theater-də tamaşaları izləyiblər.

# 1903 dəfə oxunub

Oxşar xəbərlər

Yeni filmi üçün saçlarını kəsdirdi

Yeni filmi üçün saçlarını kəsdirdi

10:30 6 sentyabr 2025
"Şarlotta"nın  çəkilişləri yekunlaşdı

"Şarlotta"nın çəkilişləri yekunlaşdı

17:13 5 sentyabr 2025
“Tağıyev: Neft”  filmi “Oskar” mükafatına namizəd təqdim edildi

“Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edildi

15:00 4 sentyabr 2025
Beynəlxalq Film Fondu  layihələrin qəbulunu elan etdi

Beynəlxalq Film Fondu layihələrin qəbulunu elan etdi

13:00 4 sentyabr 2025
8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı oldu

8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı oldu

12:40 4 sentyabr 2025
"Call of Duty"  oyunu əsasında film çəkiləcək

"Call of Duty" oyunu əsasında film çəkiləcək

11:00 4 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər