Azərbaycanda Britaniya filmləri festivalı keçiriləcək

Azərbaycanda Britaniya filmləri festivalı keçiriləcək
26 aprel 2018
# 16:50

Azərbaycanda 1-6 may tarixlərində IV Britaniya Film Baharı Festivalı keçiriləcək.

APA-nın xəbərinə görə, bunu "British Council Azerbaijan"ın təmsilçisi Dilarə İbrahimova deyib.

Onun sözlərinə görə, festival "British Council", Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzinin əməkdaşlığı çərçivəsində keçiriləcək.

Festivalda 8 ən yaxşı Britaniya fili nümayiş olunacaq.

"British Council Azerbaijan"ın direktoru Elizabet Uayt isə deyib ki, bu festivalın keçirilməsində məqsəd Britaniya filmlərini, film rejissorlarını Azərbaycan tamaşaçılarına tanıtmaq, habelı innovasiyalar, fərqlilik və mükəmməllik yaratmaq, yaradıcılıq mübadiləsi üçün imkanlar axtarıb tapmaqdır.

Britaniyanın Azərbaycandakı səfiri Karol Krifts festivalla bağlı fikirlərini bölüşərək Britaniya filmlərinin 2017-ci ildə böyük müvəffəqiyyətə nail olduğunu və auditoriyasının genişləndiyini deyib.

# 2146 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdam sənədli film festivalında iki ekran işi baş mükafat aldı

Amsterdam sənədli film festivalında iki ekran işi baş mükafat aldı

18:58 25 noyabr 2026
Qahirə Beynəlxalq Film Festivalının qalibləri açıqlandı

Qahirə Beynəlxalq Film Festivalının qalibləri açıqlandı

14:43 25 noyabr 2026
“The Mosquito Bowl”:  Müharibəyə getməzdən əvvəl axırıncı dəfə meydana çıxdılar

“The Mosquito Bowl”: Müharibəyə getməzdən əvvəl axırıncı dəfə meydana çıxdılar

10:06 25 noyabr 2026
Azərbaycan-Bolqarıstan müştərək filmi İspaniya festivalında 4 mükafat qazandı

Azərbaycan-Bolqarıstan müştərək filmi İspaniya festivalında 4 mükafat qazandı

14:02 23 noyabr 2026
“Evdə tək” franşizasının yeni filminin hazırlıqlarına başlandı

“Evdə tək” franşizasının yeni filminin hazırlıqlarına başlandı

12:59 21 noyabr 2026
Ağrıdan qurtulmaq mümkündürmü? – “Kədər tərbiyəçiləri” niyə təsəlli vəd etmir?

Ağrıdan qurtulmaq mümkündürmü? – “Kədər tərbiyəçiləri” niyə təsəlli vəd etmir?

12:00 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər