Kitab sərgisi

Haqverdiyevin əsəri fərqli şəkildə təqdim olunacaq

Haqverdiyevin əsəri fərqli şəkildə təqdim olunacaq
6 iyun 2016
# 14:26

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Azərbaycana qastrol təşkil edib. Kulis.azın məlumatına görə teatr Bakı, Xırdalan, Şirvan, Biləsuvar, Astara, Lənkəran şəhərlərində çıxış edəcək.

7 iyun saat 18:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Dərbənd Azərbaycan Dövlət Dram Teatrının Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında hazırladığı “Ac həriflər” tamaşası nümayiş olunacaq. Janrı tragikomediya kimi təyin olunan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru ƏR-Toğrul, rejissor assistenti Hörmət Aslanov, quruluşçu rəssamı Naidə Əlimetova (teatrın baş rəssamı), musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Tamaşada rolları Dağıstanın əməkdar artisti Mahir Məlikov, Canpolat Əliyev, Hörmət Aslanov, Saladunxan Bədirxanov, Təhminə Ömərova, Məhərrəm Ömərov, Səidə Əliyeva, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova ifa edirlər.

Tamaşa əsərdən fərqli şəkildə səhnələşdirildiyindən personajların adlarında dəyişikliklər edilib. Tamaşada hadisələr iki zaman müstəvisində - keçmişlə bu günün kəsişməsində baş verir. Süjetin əsas xəttini keçmiş və müasir dövrün qarşıdurması, oxşarlıqları və fərqlilikləri təşkil edir. Tamaşanın sonunda aydın olur ki, zaman və məkan dəyişsə də, insanlar batində dəyişməz qalıblar, dəyişən isə yalnız zahirləri, görünüşləridir.

# 1464 dəfə oxunub

Oxşar xəbərlər

“Simpsonlar”  20 il sonra qayıdır

“Simpsonlar” 20 il sonra qayıdır

10:17 2 oktyabr 2025
"Avatar: Od və kül"  filminin yeni treyleri yayımlandı

"Avatar: Od və kül" filminin yeni treyleri yayımlandı

17:05 1 oktyabr 2025
Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

11:00 1 oktyabr 2025
Xankəndidə “Zəfər zəngi”  filminin təqdimatı baş tutdu

Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı baş tutdu

11:52 27 sentyabr 2025
Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

10:30 27 sentyabr 2025
Məşhur aktrisanın yeni filmi bəlli oldu

Məşhur aktrisanın yeni filmi bəlli oldu

13:35 26 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər