Azərbaycan Hindistanda keçirilən kino sərgisində

Azərbaycan Hindistanda keçirilən kino sərgisində
26 fevral 2019
# 09:49

Hindistanın Beynəlxalq Film Turizm Şurası tərəfindən Mumbay şəhərində Hindistan filmlərinin çəkilişi üçün ərazilərin təqdimatı sərgisi keçirilib.

Ölkəmizin Hindistandakı səfirliyindən bildiriblər ki, yerli və xarici kino və turizm şirkətlərinin, o cümlədən Bollivud və Tollivudun tanınmış kino ulduzlarının, dünya şöhrətli film direktorları və rejissorlarının iştirak etdikləri sərgidə hind filmlərinin çəkilişi üçün məkanların seçilməsi məqsədinə xidmət edir.

Ölkəmizi sərgidə “Nərimanfilm” kinostudiyası və Hindistandakı səfirliyimiz təmsil edib. Sərgidə ilk dəfə Azərbaycan pavilyonu qurulub. Azərbaycanın iştirakı Hindistan kino şirkətləri tərəfindən böyük maraqla qarşılanıb. Ölkəmizin gözəl mənzərələrinin fotoları ilə tanış olan Hindistanın kino sənayesinin nümayəndələri Azərbaycanda film çəkilməsi üçün bütün şəraitin olması barədə məlumatlandırılıb. Onlar Azərbaycanda film çəkməkdə maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, bu cür sərgilərdə iştirak hind filmlərinin Azərbaycanda çəkilişinə töhfə verəcək, ölkəmizin təkcə Hindistanda deyil, bütün dünyada yaşayan çoxmilyonlu hind kinohəvəskarlarına tanıdılması və Azərbaycana turist axınının əhəmiyyətli dərəcədə çoxalmasına xidmət edəcək. /azertag.az/

# 2353 dəfə oxunub

Oxşar xəbərlər

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

12:10 9 yanvar 2026
Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

16:10 8 yanvar 2026
Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

11:20 8 yanvar 2026
Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

16:00 7 yanvar 2026
“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

15:10 7 yanvar 2026
Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

14:30 7 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər