Sevinc Elsevərin Xocalı haqda pyesi qastrolda

Sevinc Elsevərin Xocalı haqda pyesi qastrolda
6 iyul 2019
# 10:47

Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi şair, yazıçı Sevinc Elsevərin Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ürəyində arzu tut” pyesi əsasında hazırlanan yeni tamaşanın premyerası ilə Gəncə şəhərində qastrol səfərində olub.

Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Bildirib ki, Gəncə Dövlət Dram Teatrının səhnəsində nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Xatirə Süleymanova, aktyorlar Şəbnəm Cabrayılova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış ediblər.

Tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu, eyni zamanda xalqımızın müharibədə keçdiyi əzab-əziyyətli, məşəqqətli yol, müharibənin acı nəticələri əks olunub.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə teatrın kollektivi iyulun 11-də və 12-də həmin tamaşa ilə Sabirabad və Şəkidə də qastrol səfərində olacaq./azerag.az/

# 2893 dəfə oxunub

Oxşar xəbərlər

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

“İzzət Kino Mükafatı”nın qalibləri elan olunacaq

12:10 9 yanvar 2026
Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

Bu dünyada tək qalmaqdan qorxmayan yoxdur... - Mirmehdi Ağaoğlu

16:10 8 yanvar 2026
Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

Amerika trilleri Nizami Gəncəvinin misraları ilə açılır

11:20 8 yanvar 2026
Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

Çilovda "Tilov"a düşənlər - Ağa Cəfərli

16:00 7 yanvar 2026
“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

“Məsumiyyət muzeyi” serialının yayım tarixi açıqlandı

15:10 7 yanvar 2026
Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi - Səbəb

14:30 7 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər