DokuBaku kinofestivalı film qəbulu elan edib

DokuBaku kinofestivalı film qəbulu elan edib
11 iyun 2018
# 18:05

II DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) dünyanın müxtəlif ölkələrindən olan və həmçinin yerli rejissorlar üçün film qəbulunu açıq elan edir.

Kulis.az-ın verdiyi xəbərə görə, 4-9 oktyabr tarıxlərində Bakıda baş tutacaq II DokuBaku festivalının bu ilki mövzusu "Kəsişmələr"-dir və mövzu çərçivəsində seçilmiş filmlər müxtəlif sosial və mədəni məsələlərə yeni yanaşmalar axtaracaq.

Festival 2 bölmədən, tammetrajlı və qısametrajlı filmlər bölməsindən ibarətdir.

Dünyanın müxtəlif ölkələrindən dəvət olunacaq filmlər Bakının mərkəzində müxtəlif məkanlarda nümayiş olunacaq. Yerli və əcnəbi tamaşaçılar filmlərin müəllifləri ilə canlı ünsiyyətdə olmaq şansı qazanacaqlar. Nəzərinizə çatdıraq ki, hər film nümayişlərinin ardından, rejissorların və auditoriyanın iştirakı ilə, filmlərin mövzusuna uyğun olaraq müxtəlif sosial məsələlərlə bağlı müzakirələr və debatlar da təşkil olunacaq. Bundan əlavə, festival boyu müxtəlif konsertlər və sərgilər də keçiriləcək.

Azərbaycanlı auditoriyanın sənədli film janrını daha dərindən kəşf etməsi ilə yanaşı, DokuBaku BSFF yeni filmlərin çəkilməsini və nümayişini təşviq edərək, yerli filmmeykerlərə dəstək olmağı qarşısına məqsəd qoyub.

Festivalın büdcəsinin azlığına görə, yalnız qısametrajlı filmlərin qaliblərini növbəti proyektlərini həyata keçirmək üçün mükafatlar gözləyir.

Qeyd edək ki, "Dəhliz" filminin rejissoru İqrar Qurban, keçən ilki qısametrajlı filmlər müsabiqəsinin qalibi olmuş həmyerlimiz, Berlinale Beynəlxalq Film Festivalının iştirakçısı olub.

# 2077 dəfə oxunub

Oxşar xəbərlər

"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

18:50 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

10:17 25 may 2026
"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər