“Məsumiyyət muzeyi” yenidən gündəmdə

“Məsumiyyət muzeyi”  yenidən gündəmdə
17 fevral 2026
# 10:25

Tanınmış yazıçı Orxan Pamukun 2008-ci ildə işıq üzü görən və ədəbi mühitdə böyük əks-səda doğuran “Məsumiyyət muzeyi” romanı, eyniadlı serialın ekranlara çıxması ilə yenidən gündəmə gəlib.

Kulis.az xəbər verir ki, serialın rəqəmsal platformada yayımlanması nəinki romana olan marağı artırıb, həm də əsər əsasında yaradılmış real Məsumiyyət Muzeyini yenidən diqqət mərkəzinə çevirib.

Kamal və Füsunun patoloji həddə çatmış sevgisi ətrafında qurulan hekayə oxucunu reallıqla xəyal dünyası arasında səyahətə çıxararkən, əsərdəki sırğa, siqaret kötüyü, ayaqqabı, qəzet və stəkan kimi gündəlik əşyalar 2012-ci ildə açılan muzeydə fiziki eksponatlara çevrilib.

Muzey fəaliyyətə başladığı gündən bəri maraq dairəsində olsa da, serialın anonsundan sonra ziyarətçi sayında kəskin artım müşahidə olunur.

Muzeyin yerləşdiyi ərazidə xüsusilə xarici turistlərin “serial başlamazdan əvvəl bura mütləq baxmalıyıq” dediyini eşitmək mümkündür.

Muzey əməkdaşlarının bildirdiyinə görə, son 15 gündə ziyarətçi axını nəzərəçarpacaq dərəcədə çoxalıb və serial nümayiş olunduqdan sonra bu göstəricinin daha da yüksələcəyi gözlənilir.

Artan maraq təkcə muzeylə məhdudlaşmayıb, romanın satışları da yeni rekorda imza atıb. “Yapı Kredi Yayınları” tərəfindən çap olunan kitab artıq 45-ci nəşri ilə 700 minlik tiraja çatıb. Sosial şəbəkələrdə roman və serialla bağlı paylaşımların sayı sürətlə artdığı bir vaxtda, “Hepsiburada” ticarət platformasının açıqlamasına görə, “Məsumiyyət muzeyi”nin satışları əvvəlki həftəyə nisbətən 885 faiz artıb. Tələb o qədər yüksək olub ki, platformadakı mövcud ehtiyat qısa müddətdə tükənib.

Serialın yayım tarixinin elanından sonrakı beş həftə ərzində isə satışlarda 406 faiz artım qeydə alınıb.

Görünən odur ki, “Məsumiyyət muzeyi” həm ədəbiyyat, həm də vizual mədəniyyət sahəsində yenidən böyük bir fenomenə çevrilir.

# 496 dəfə oxunub

Oxşar xəbərlər

“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi

“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi

14:16 12 mart 2026
“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto

“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto

14:00 12 mart 2026
Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlandı

Azərbaycan kinosunun yığcam ensiklopediyası hazırlandı

10:26 12 mart 2026
Gəncədə kino günləri başladı

Gəncədə kino günləri başladı

17:50 11 mart 2026
"Dallas"ın ulduzu vəfat etdi

"Dallas"ın ulduzu vəfat etdi

13:44 11 mart 2026
Fernan Magellan:  qəhrəman, yoxsa qatil?

Fernan Magellan: qəhrəman, yoxsa qatil?

13:12 11 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər