Kazım Koyuncu haqqında çəkilən filmdə Cem Yılmaz surprizi

Kazım Koyuncu haqqında çəkilən filmdə Cem Yılmaz surprizi
21 iyul 2026
# 14:40

Qara dəniz musiqisinin unudulmaz simalarından biri olan Kazım Koyuncunun həyatı "Kazım Koyuncu: Yarım Kalan" filmi ilə ilk dəfə ekranlaşdırılır.

Kulis.az xəbər verir ki, ekran işinin çəkilişlərinə bu ilin avqust ayında İstanbul və Şərqi Qara dəniz bölgəsində başlanılması planlaşdırılır.

Filmin 1 yanvar 2027-ci ildə yayımlanması nəzərdə tutulub.

Geniş aktyor heyəti ilə diqqət çəkən layihənin ən böyük sürprizi məşhur komediyaçı Cem Yılmaz olub. O, filmdə Kazım Koyuncunun atası Cavit obrazını canlandıracaq.

Rejissor kürsüsündə Özcan Alperin əyləşdiyi filmin ssenarisini Özcan Alper, Murat Uyurkulak və Erman Bostanla birlikdə qələmə alıb. Ekran işində baş rolu — Kazım Koyuncunu gənc aktyor Cem Yiğit Üzümoğlu canlandıracaq. Üzümoğlunun obraz makiyajı və dizaynı üçün "John Wick: Chapter 4" və "Tár" kimi beynəlxalq layihələrdən tanınan dünyaca məşhur makiyaj rəssamı Yekaterina Ortel ilə razılıq əldə edilib.

Ulduz heyətinə Ayça Bingöl (Kazımın anası Hüsniye), Şifanur Gül (Gönül), Bige Önal (Türkan), Aslıhan Kapanşahin (Ceren), Baran Bölükbaşı, İlker Sami Kılıç və Onur Durmaz kimi sənətçilər daxildir.

Filmdə Koyuncunun uşaqlıq illərindən başlayaraq ailəsi, dostluqları, təbiətlə qurduğu bağ, siyasi baxışları və musiqi səyahəti əhatə olunacaq. Layihənin prodüserləri Soner Alper və Deniz Tosundur. Filmin ilk tizerinin yaxın aylarda yayımlanması gözlənilir.

# 780 dəfə oxunub

Oxşar xəbərlər

Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

17:00 21 oktyabr 2026
"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

17:00 21 oktyabr 2026
"The Wicker Man" filminin pərdəarxası

"The Wicker Man" filminin pərdəarxası

15:00 21 oktyabr 2026
Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

15:00 20 oktyabr 2026
Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

10:20 20 oktyabr 2026
Harri Staylsın turu əsasında film çəkiləcək

Harri Staylsın turu əsasında film çəkiləcək

15:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər