Gənc kinematoqrafçılar beynəlxalq festivalda

Gənc kinematoqrafçılar beynəlxalq festivalda
24 iyul 2025
# 18:44

Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikasının Kino Agentliyi rejissor və kinoinfo.az saytının əməkdaşı Aynur Kazımova ilə ssenarist və prodüser Nicat Dadaşovun Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən nüfuzlu “WARM” festivalı çərçivəsində təşkil olunan “WARM Academy” proqramında iştirakına maliyyə dəstəyi ayırıb.

Kulis.az xəbər verir ki, festival çərçivəsində Aynur Kazımova “Sıfırdan başlamaq” adlı tammetrajlı sənədli filmi ilə pitçinqdə iştirak edib.

“Sıfırdan başlamaq” filmi Birinci Qarabağ müharibəsi zamanı qaçqın düşmüş uşaqların oyun və xəyallarına müharibənin təsirini araşdırır.

Nicat Dadaşovun prodüser qismində təqdim etdiyi “Mənim virtual evim” (ideya müəllifi və rejissor Ülviyyə Əhmədova) sənədli film-layihəsi isə Ermənistandan didərgin düşmüş 85 yaşlı Vəlinin ömrünün sonunda doğma evini son dəfə görmək istəyindən bəhs edir.

“WARM Academy” müasir dünyamızda münaqişələr və müharibədən sonrakı keçid dövrlərinin sənədli dillə işlənməsinə dəstək vermək məqsədilə yaradılmış multidisiplinar tədris proqramıdır. Akademiya “WARM” festivalı ilə paralel şəkildə keçirilir və dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistləri, sənədli film rejissorlarını, tədqiqatçıları və sənətkarları bir araya gətirir. Proqram iştirakçılara müharibə mövzusunun etik çərçivədə necə işlənməsi, əsərin bədii təsir gücünün artırılması və peşəkar yanaşmalar haqqında biliklər qazandırır.

Azərbaycanlı nümayəndələr festival müddətində rejissorlar, prodüserlər, fotojurnalistlər və konflikt sahəsində çalışan beynəlxalq ekspertlərlə geniş əlaqə qurmaq imkanı əldə ediblər. Onlar bu platformanı Azərbaycan həqiqətlərini beynəlxalq auditoriyaya çatdırmaq üçün önəmli fürsət kimi dəyərləndirirlər.

# 1143 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşdi

17:16 16 mart 2026
"Hamnet" filmindəki İngiltərə

"Hamnet" filmindəki İngiltərə

14:30 16 mart 2026
Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

Builki "Oskar"ları kimlər qazandı? - Siyahı

10:13 16 mart 2026
Frida Kalonun həyatı əsasında serial çəkiləcək

Frida Kalonun həyatı əsasında serial çəkiləcək

10:10 14 mart 2026
“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi

“Ad günü şamları” filminin xüsusi nümayişləri bitdi

14:16 12 mart 2026
“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto

“GORA 4 GORA” üçün hazırlıqlar davam edir - Foto

14:00 12 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər