Cem Yılmazdan yeni foto - "GORA 4 GORA"NIN çəkilişlərİ davam edir

Cem Yılmazdan yeni foto - "GORA 4 GORA"NIN çəkilişlərİ davam edir
21 iyul 2026
# 13:30

Cem Yılmazın imzasını daşıyan "GORA" filminin davamı olan "GORA 4 GORA" həyəcanla gözlənilir. Rəqəmsal platformada yayımlanacaq serialın çəkilişləri bütün sürəti ilə davam edir.

Kulis.az xəbər verir ki, aktyorun həm ssenarisini qələmə aldığı, həm də rejissor kürsüsündə oturduğu layihənin aktyor heyətində Bige Önal, Bora Akkaş, Burak Şafak, Bülent Şakrak, Can Yılmaz, İdil Sivritepe, Necip Memili, Nevcan Su Özel, Okan Çabalar, Özge Özberk, Uraz Kaygılaroğlu və Zafer Algöz kimi sənətçilər yer alır.

Cem Yılmaz kulisten paylaştı. GORA 4 GORA'nın çekimleri sürüyor 1

Arifin həm oğlunun hörmətini yenidən qazanmaq, həm də Demonun alqoritmlərlə idarə etdiyi tiranlığı yıxmaq üçün yeni bir səyahətə çıxmasından bəhs edən ekran işinin çəkiliş meydançasından kadrları Cem Yılmaz sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşür.

Ötən həftə Ahu Yağtu ilə evliliyindən dünyaya gələn oğlu Kamalın çəkiliş meydançasına gəldiyi və rejissor kürsüsündə oturduğu andan bir kadr yayımlayan aktyor bu dəfə kulisdən paylaşım edib. Kulisdən çəkdiyi fotoda səhnəöncəsi hazırlıq prosesini nümayiş etdirən məşhurun bu paylaşımı böyük marağa səbəb olub və şəkildəki yadplanetli maskaları diqqət çəkib.

KEMAL SETE GİTTİ 2

Altı bölümdən ibarət olacağı deyilən və maraqla gözlənilən "GORA 4 GORA"nın yayım tarixi isə hələ açıqlanmayıb.

# 651 dəfə oxunub

Oxşar xəbərlər

Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

17:00 21 oktyabr 2026
"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

17:00 21 oktyabr 2026
"The Wicker Man" filminin pərdəarxası

"The Wicker Man" filminin pərdəarxası

15:00 21 oktyabr 2026
Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

15:00 20 oktyabr 2026
Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

10:20 20 oktyabr 2026
Harri Staylsın turu əsasında film çəkiləcək

Harri Staylsın turu əsasında film çəkiləcək

15:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər