Vətən müharibəsinə həsr edilən filmin təqdimatı olub

Vətən müharibəsinə həsr edilən filmin təqdimatı olub
27 iyun 2021
# 08:32

İyunun 26-sı - Silahlı Qüvvələr Günündə Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə istehsal etdiyi, Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərinə həsr olunan "BİZ" tarixi-sənədli filminin təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, ilk olaraq qapalı baş tutan filmin premyerasında mədəniyyət naziri Anar Kərimov, silahlı qüvvələrin müxtəlif qoşun növlərini və hərbi birləşmələrini təmsil edən zabit və əsgər heyəti, Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasiminə Bakıda səfərdə olan Türkiyə, Rusiya və Avropanın aparıcı kino mütəxəssisləri, o cümlədən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabitlərimizi təbrik edərək deyib: “Bu gün Şuşamızda bayramınızı qeyd edirik, azad olunmuş torpaqlarımızda quruculuq işləri görülür. Qırx dörd günlük Vətən müharibəsində qardaş Türkiyə daim yanımızda oldu, həm mənəvi, həm də siyasi dəstək göstərdi. İndi bizim vəzifəmiz 44 günlük müharibədəki Qələbəmizi gələcək nəsillərə çatdırmaqdır.

Ermənilərlə mədəniyyət sahəsində savaşımız hələ davam edir. Məqsədimiz bu savaşda da qalib gəlmək və gücümüzü, birliyimizi dünyaya nümayiş etdirməkdir”.

Mədəniyyət naziri Bakı Media Mərkəzinə belə bir filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan iki ölkənin qardaşlığından, Vətən müharibəsində hərbçilərimizin şücaətindən söhbət açaraq Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı təbrik edib.

Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub. Filmin ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev ekran əsərinin ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, “BİZ” filmində Vətən müharibəsi dövründə 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir. Həm əsgərlərimiz, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi və psixoloji ruh yüksəkliyi, emosiyalar, hisslər, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlının Qələbəyə sona qədər inam bəsləməsi filmdə öz əksini tapıb.

Filmdə, eyni zamanda müharibə dövründə fenomenə çevrilən, videosu və fotosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə də yer verilib. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri danışırlar, həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.

Vurğulanıb ki, Azərbaycan Vətən müharibəsindən qalib ayrılmaqla öz gücünü və imkanlarını nümayiş etdirdi. Bu həm də Azərbaycan insanının – yəni “BİZ”lərin gücü idi. Hər bir azərbaycanlı mən yox, məhz “BİZ” deyərək ümumi Qələbədə öz tarixi rolunu oynadı.

Sonra ekran əsəri nümayiş olunub.

Qeyd edək ki, filmin prodüseri C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev, Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar, montajçı Əsgər Rəhimovdur.

# 2282 dəfə oxunub

Oxşar xəbərlər

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

Onun atasını niyə həbs etmişdilər? - Sevda Ələkbərzadə haqqında

17:37 4 iyul 2025
Venesiya Film Festivalının açılış filmi açıqlandı

Venesiya Film Festivalının açılış filmi açıqlandı

17:25 4 iyul 2025
Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

Feyyaz Yiğit və Haluk Bilginer tərəf müqabili oldular

17:15 4 iyul 2025
Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

Bred Pittin filmi 3 günə milyonlar qazandırdı

09:40 2 iyul 2025
Azərbaycanlı rejissor Hollivudda

Azərbaycanlı rejissor Hollivudda

18:40 30 iyun 2025
Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

Selena Qomez yenidən Aleks Russo rolunu canlandıracaq

17:33 30 iyun 2025
#
#
# # #