Rejissorumuzun uğurlu filmindəki acizliyi

Rejissorumuzun uğurlu filmindəki acizliyi
7 iyun 2021
# 10:25

Kulis.az yazıçı Cavid Zeynallının Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi haqqında yazısını təqdim edir.

Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filminə baxdım. Kütlə üçün deyil, festival filmidir, rejissor nə çəkdiyini özü yaxşı bilir.

Budda əhvalatlarından təsirlənib, əsas istinad yeri Buddizmin həyat qaydalarıdır.

Ağrı, iztirab, bədbəxtlikdən keçib həyatın əsas mənasına yetişmək. Buddizm məsələsi ilə bağlı rejissor özü də bunu demişdi. Yaxud, xatırlayıram ki, buna oxşar nələrsə demişdi.

Film xoşbəxt olmaq istəyib, bunu bacara bilməyənlərin taleyi üzərində qurulub. Olmalı olan, olacaq. Bir də Şərq qaramatı, Şərq insanının bədbəxtliyi, buxovlar, iradə azadlığının olmaması...

Və əlbəttə, bu məqsədlidir.

Kann və “Oskar” üçün hesablanıb. Düz edib, amma olmadı! Hər halda 77-ci Venesiya Film Festivalında nümayiş etdirilən, Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan filmi kimi tarixə düşdü. Tokyo Filmex festivalında "Ən yaxşı film" nominasiyasının qalibi oldu.

Film dərindirmi? Deyil! Niyə? Məncə, bunu belə cavablandıra bilərik: intellektuallıq və bütün dini mətnlərə, qədim əhvalatlara göndərmələr məqsəddir, vasitə yox. Qadının iradə azadlığı probleminə yanaşma da üzdəndir, heyrətləndirmir; “fantaziya diapazonu”nda xaric səslər var, əhvalat texnarlığının kasadlığı görünür.

Film danışır, göstərmir. Poetikdir. Adamları əzabdan xilas edən Davud filmi xilas edə bilmir.

Bəs ssenari? Epizodik əhvalatların yarımçıqlığı. Doktor kimdir, Davudu axtaran adamlar kimdir, niyə axtarırlar, bilinmir. Bəlkə, mən pis tamaşaçı kimi mənalandıra bilmədim. Mümkündür!

Azərbaycan filminin yaradıcı heyəti 77-ci Venesiya Film Festivalının  qırmızı xalçasında - FOTO

Aktyorların təbii jestləri, hiss-hərəkətləri hadisənin başvermə dinamikası ilə üst-üstə düşmür.

Bu, məqsədli deyil, sıravi adamları filmə çəkən rejissorun yüngül desək, acizliyidir. Yəni aktyorla işləyə bilməmək. Burda filmin ruhu ilə həmahənglik axtarmaq doğru olmaz.

Film uğursuzdurmu? Deyil! Nə gözəl ki, müstəqil kinomuzun belə faktları yaranır. Baxırıq, düşünürük, ümidlənirik, böyüyürük, öyrənirik. Proses yaranır, çək-çevir, tənqid-tərif meydana çıxır. Mədəniyyət faktı doğulur.

Gözəldir, deyilmi?!

Məncə, hə!

# 3523 dəfə oxunub

Oxşar xəbərlər

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

16:00 11 iyul 2026
Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

17:40 9 iyul 2026
2026-cı il "Emmi" namizədləri bəlli oldu

2026-cı il "Emmi" namizədləri bəlli oldu

13:20 9 iyul 2026
Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

18:03 8 iyul 2026
Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

15:20 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər