Koronavirusa həsr olunan film çəkilir

Koronavirusa həsr olunan film çəkilir
13 iyul 2020
# 13:37

Hollivuddakı “SK Global Entertainment” şirkəti koronavirusun Çində yayılmağa başladığı dövrə həsr olunan yeni film üzərində çalışmağa başlayıb.

Gələcək filmin ssenari müəllifi, “Böyük qısa” (“Big Short”) filminə görə 2016-cı ildə “Oskar” mükafatı alan Çarls Randolf məsələni şərh edib:

“Bu virusun yarasalarla dolu mağaradan böyük bir şəhərə necə gedib çıxması hələ uzun müddət cavab axtaracağımız bir müəmmadır. Bu film pandemiya haqqında trillerdən daha çox tibbi mövzuda dram olacaq”.

Ç.Randolf əsas diqqətin çinli həkim və tibb işçilərinin bu qorxulu xəstəliyə qarşı necə mübarizə apardıqlarına yönəltmək olduğunu qeyd edib.

Filmin çəkilişlərinə gələn il Çində başlamaq nəzərdə tutulur. “Bu məsələnin nə qədər siyasiləşdiyini unutmuruq, bununla bağlı əngəlləri dəf etməli olacağıq”, - deyə “SK Global Entertainment” şirkətinin rəhbərlərindən biri fikrini bildirib. /avanqard.net/

# 3842 dəfə oxunub

Oxşar xəbərlər

Giray Altınokdan yeni serial: "Gustav"

Giray Altınokdan yeni serial: "Gustav"

16:30 24 fevral 2026
Lili Kollinz Odri Hepbern  obrazını canlandıracaq

Lili Kollinz Odri Hepbern obrazını canlandıracaq

15:00 24 fevral 2026
"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

"Məsumiyyət muzeyi"ndə gizli feminizm - Orxan Pamuk rejissora nəyi qadağan etmişdi?

12:00 23 fevral 2026
Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

Azərbaycan əsgəri ağlaya bilərmi? - Hamını qəzəbləndirən "Kuklalar"

10:30 20 fevral 2026
"Yuva"  filmi yenidən nümayiş olunacaq

"Yuva" filmi yenidən nümayiş olunacaq

15:40 19 fevral 2026
Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...

Berlin Film Festivalında yeni qərar: Bu ildən sonra...

15:04 19 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər