Zəhər – Kazuo İşiquronun HEKAYƏSİ

Zəhər – Kazuo İşiquronun <span style="color:red;">HEKAYƏSİ
7 oktyabr 2017
# 13:22

Kulis.az Kənan Hacının tərcüməsində 2017-ci il ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülən yapon əsilli Britaniya yazıçısı Kazuo İşiquronun "Zəhər" hekayəsini təqdim edir.

Bu gün Eddinin böyük qardaşını gördüm. Belini soyuğa verib. Eddi bir neçə həftə öncə bu barədə nəsə demişdi. Onu sahildəki boulinq trekinin yaxınlığında görəndə motosiklet sürməyi öyrənirdi. Xəstələndiyi hiss olunmurdu heç. Bürüncü bədəni olduqca sağlam görünürdü. Görünür, zəhər öz təsirini gec göstərir.

Evə qayıdan kimi həcəmətimi yoxladım. Hər şey yolundaydı. Görəsən, böyük qardaşından yoluxa bilərdimi?

29 iyul

Anam elə bilir, o, telefonla danışanda eşitmirəm onu. Otağımdayamsa, rahatlıqla eşidirəm. Ötən gecə dalbadal “pust, pust, pust” dediyini eşitdim. Qışqırmırdı, amma evdə olmasaydım, səsi aləmi götürəcəkdi. Srağagün çölə çıxmışdı, evə qayıdanda gözünün altı qaralmışdı.

Anam gənc qız deyil. Bir ay öncəyə qədər onun gənc olduğunu zənn edirdim. Gözəllik salonuna gedib saçlarını formaya salmışdı, bot, qırmızı şalvar almışdı. Arxası yupyumru görünürdü. Bir anlıq şaşırdım, bəlkə anam deyil; gözümə gənc qız kimi görünürdü. Amma indi baxıram, yanılmışam. O, çox yaşlıdır.

1 avqust

Anam yenə bütün günü çöldə olub. Evdə tək qalmaqdan qorxmuram. Həm də, Naomi yanımdaydı. Bir neçə uşaq – Dave Atkinson və o biriləri – onu parkda tutub başına oyun açmışdılar və sonra da qaçıb aradan çıxmışdılar. O gün möhkəm döyüldüm. O gündən sonra dalımca düşüb məktəbə gəlməyə qoymadım.

Dəyənək yeməyə alışırdım. Məktəb yaramazlarla dolub daşırdı, həmişə də belə olmuşdu. Eddi istisna idi. Sevdiyim yeganə insan o idi. Eddi Samanta Kendallanı ovladığını düşünürdü, bir-birlərini sevdiklərini zənn edirdi. Qız sonuncu sinifdə oxuyurdu.

Davamlı olaraq düşünürdüm ki, məktəblər açılanda dərsə getməyəcəyəm. Anam zorla məni məktəbə göndərəcəkdimi, bunu da bilmirdim. Əvvəllər mənə qarşı çox sərt idi, indi artıq elə deyildi. Gecədən xeyli keçsə də, evə gəlmir, mənimlə maraqlanmırdı.

4 avqust

Həyətdə gün keçirmək doğrudan da cansıxıcı idi. Naomi də balaca vaxtlarındakı kimi daha əyləncəli dost deyildi. Sakitcə bir küncdə oturub qalır, ya da harasa çıxıb qeybə çəkilirdi. Qarnı acanda yadına düşürdüm. Lap bu dərəcədə saymazlıq etməkdə də həddini aşırdı. Artıq ona qulluq etməyəcəyəm, görüm, onda xoşuna gələcəkmi?

Eddinin bu gün gələcəyini güman edirdim, amma gəlmədi. Özünə qız tapandan yoxa çıxmışdı. Məktəbə qayıdıb-qayıtmayacağımı bilmirdim. Məktəbə getməmək də ayrıca sıxıntıdır.

5 avqust

Bu gün Naomiyə yemək vermədim. Arxamca sürünür, vecimə almıram. Cəzasını çəkir. Kaş qədrimi biləydi. Mən olmasam, küçələrdə ac-yalavac qalacaq.

Mətbəxdəki çəkməcələrdən birində anbarın açarını tapdım. Anbara düşüb oralara göz gəzdirdim. Bura daha çox atama aid kitablarla dolu idi. Kitablar o qədər də yaxşı vəziyyətdə deyildi. Amma künclərdən birində üst-üstə yığılmış ədəbsiz dərgilər diqqətimi çəkdi. Bayağı dərgilər idi, şəkillərdəki qadınların saçları əcaib formada idi, ayaqlarının arası isə heç görünmürdü. Bir neçəsini özümlə götürüb həyətə çıxdım və vərəqləməyə başladım.

9 avqust

Son bir neçə gün o qədər də cansıxıcı keçmədi. Naomiylə oynamaq üçün yeni oyun icad eləmişdim. Xaltasını dartıb qabına yemək qoyurdum, yemək üçün cumanda xaltanı çəkirdim, ağzı yeməyə çatmır, qəribə səslər çıxarırdı. Bir az sonra yeməyi dolabda əl çatmayan bir yerə qoyurdum. Ən yaxşısı onu açıb buraxmaq idi, yoxsa oynamaqdan vaz keçəcəkdi. Həyətdəki bütün dərgiləri bir-birinə qatır, bir az keçəndən sonra mətbəxə qayıdıb yeməyi dolabdan çıxarıram və təkrar oyuna başlayırıq. Ən əyləncəli yeri xaltasının ipini yığarkən əsəbiləşməsidir. Onda dəli kimi qaba doğru dartınır, xaltasının ipini çəkdiyim üçün geri dönməyə məcbur olur.

Dərgilər qadınların ayaqlarının arasını göstərməsə də bəd deyildi. Görəsən bu qızlardan biri də Eddinin böyük qardaşı kimi belini soyuğa verib? Böyük ehtimalla fahişə ya da striptiz göstərənlər idi. Xəstə kimi görünmürlər, əslində Eddinin qardaşı da heç xəstəyə oxşamır. Zəhər öz təsirini gec göstərir.

Yenə həcəmətimə baxdım. Yox, hələ sağlamam.

10 avqust

Anam dünən gecə yenə ağlayırdı. Saatlarla telefonla danışdı. Ağlayır, sonra “lütfən, lütfən, lütfən” deyib dururdu. Ara vermədən üzr istəyir, ağlayırdı. Əvvəllər ağlamazdı, amma son vaxtlar ağladığını duyuram. Bu səhər gözlərinin şişdiyini gördüm. Çox evdə qalmasını istəmədiyimçün tez-tez Concuğazını nə vaxt gedib görəcəyini soruşurdum. Evin tör-töküntü olduğunu, yır-yığış aparmaq lazım gəldiyini deyirdi. Mənə müdirlik etməyə başladı və pişiyi baxıb-baxmadığımı soruşdu. Baxıram, dedim. O, çıxar-çıxmaz oyunumuza başlamağa tələsirdim. Conu nə vaxt gedib görəcəyini bir də soruşdum. Üstümə çəmkirdi: – Get otağına, öz işinlə məşğul ol! Yenə saatlarla telefonun dibini kəsdirib durdu, sonra da üzünə yaxdığı bir kilo makiyajla, əzilib büzülə-büzülə yanıma gəldi və çölə çıxacağını dedi.

Evin tör-töküntü olması məsələsində haqlı idi. Evin hər tərəfində hörümçək tor qurmuşdu və qoxu hər yeri bürümüşdü.

11 avqust

Sevişmək istədiyimə əmin deyiləm. Xəstəliyin sizi nə vaxt yaxalayacağını heç vaxt bilə bilməzsiniz. Eynən göbələk seçmək kimidir. Göbələk seçmək də təhlükəlidir, çünki bəziləri zəhərli olur və onları yedikdə xəstələnə bilərsiniz.

13 avqust

Günortadan sonra bir hadisə baş verdi və bu hadisədən sonra uzun müddət özümü qərib kimi hiss elədim. İzah etmək çətindir. Qapının zəngi çaldıqda Naomiylə mətbəxdə oyun oynayırdıq, xaltanın ipini elə tutmuşdum ki, başı yemək qabından bir neçə santimetr aralı olsun. O an özümü itirdim, nə edəcəyimi bilmədən donub qaldım. Naomi dartınmağında idi. Zəng təkrar çalındıqda qapını açmaq üçün çıxdım. İki uzun boylu amerikan hərifdən biri “anan evdədirmi” deyə soruşdu. Yox, dedim dostuyla baxışdılar, ondan razılıq alandan sonra İsa haqqındakı, onun bizi necə gəlib xilas edəcəyi mövzusundakı xəbərləri hansı yolla yaydıqlarını anlatmağa başladı. Bu haqda anamla danışa biləcəklərini onlara izah edib qapını üzlərinə örtdüm. Mətbəxə qayıdanda Naomini aclıqdan çıxıbmış kimi yeməyə girişdiyini gördüm. Əsəbimdən zavallının xaltasını elə dartdım ki, havada asılmış vəziyyətdə qaldı. Çox hirsliydim, onu başım bərabərimə qədər qaldırdım, mənimlə üzbəüz qaldı. Gün işığı Naominin üzünə elə düşmüşdü ki, gözləri şüşə kimi parıldayırdı. Dəhşətə gəldim, onu yerə buraxdım. Özümü şüursuz kimi hiss etdim və həyətə çıxdım. Külək var gücüylə əsirdi, dərgilər çəmənliyə səpələnmişdi.

14 avqust

Dünən gecə anam “sənə nifrət edirəm, nifrət edirəm, nifrət edirəm” deyə bağırırdı. Sanki evdə olduğumun, onu eşidə biləcəyimin fərqində deyildi. Az keçməmiş səsini bir az da qaldırdı: “Gülməyini kəs, pəzəvəngin biri pəzəvəng, kəs, deyirəm!” Sonra yenə ona nifrət etdiyini hayqırdı. Amma səhərisi heç nə olmamış kimi sakit və susqun idi, yan otaqdakı bütün əşyaları ambara daşımağımı xahiş etdi. Səbəbini soruşduqda Conun bizə köçəcəyini dedi. Amma o da qızı Caroldan yanaydı, onu da özüylə götürəcəkdi. Otağın saat 6-ya qədər hazır olmasını tapşırıb çıxdı. Deyəsən Con da anamın otağında yatacaq. Məncə, sevişəcəklər.

..g.s. 1:00

Bütün əşyaları ambara daşımışdım və otaq hazır idi. Bir iş qalmamışdı. Anam Carolun on altı yaşı olduğunu deyir.

Başqa dərgilərin də olub-olmadığını yoxlayıram, o birilərinə baxmışdım, başqaları gözümə dəymədi. Dərgi əvəzinə əlimə ot-ələf, zığ-zımırığ keçdi. Anbardan çıxdım və çox-çox əvvəllər məktəbdən çırpışdırdığım təcrübə balonunu götürdüm. İçindəkinin zəhər olduğuna əmin deyildim, amma böyük ehtimalla zəhər idi. Demək, ambarda zəhər varmış deyə qapısı daim kilidli olurmuş.

Saat hələ biri keçməyib. Dərgiləri təkrar gözdən keçirmək üçün vaxtım var. Dünənki hadisədən sonra daha Naomiylə oynamaq istəmirdim.

..g.s. 5:20

Bu günorta görüləsi çox iş vardı. Başlanğıc olaraq Naomini öldürdüm. Necə? Həmişəki kimi, xaltasını boynuna keçirdim, ancaq bu dəfə ipi masanın ayağına bağladım. Yeməyini hazırlayıb yerə qoydum. Masanın ətrafında dolaşıb qaldı. Yemək qabını ağzı çatmayan yerə qoydum və həyətə çıxdım. Üç saatdan sonra qayıdıb yemək qabını çölə çıxartdım. Sonra təcrübə balonunun içindəkini pişiyin yeməyinə tökdüm. Azca qarışdırdım ki, yeməyin içində görünməz olsun. Sonra mətbəxə qayıdıb qabı yerə qoydum. Dəhşət acdığından durmadan miyoldayırdı. Qayçı ilə xaltanın ipini kəsdim, yemək qabına doğru götürüldü. Yeməyə başladı, sonra durdu və uzağa baxdı. Pişiklər çox ağıllı olur. Zəhərləndiklərini anlaya bilirlər.

Onu diqqətlə izləyirdim, zəhərləndiyinə əmin deyildim. Nə qədər çəkəcəkdi? Öncə çöməldi, sonra qəribə səs çıxarmağa başladı. Çalxalanma səsinə, bir az avtobusun dayanacaqda əyləyərkən çıxardığı səsə bənzəyirdi… Sonra gedib qapını cırmaqlamağa başladı. Qabırğalarının aşağı-yuxarı hərəkət etdiyini görürdüm. Daha sonra arxa ayaqları üstündə durdu və pişikdən çox quş səsini andıran komik səslər çıxarmağa başladı. Yediklərini qusmağa başladı. Döşəmənin üstündə gölməçə yarandı. Əyilib baxdım, xırda şeyləri hovuzda üzürmüş kimi seyr etmək əyləncəli idi. Sonra yana döndü və arxa ayaqları bükülməyə başladı. Gözümün içinə baxa-baxa gözlərini yumdu, qəfilcə yıxıldı. Yıxıldığı kimi də qaldı.

Bir az gözlədim. Sonra yerə qəzet sərdim, ona toxunmaq istəməsəm də qaldırıb qəzetin üstünə qoydum, qaldırmaq istəyəndə sürüşüb yerə düşdü. Su kranının altındakı dolabdan plastik paket çıxartdım. Bir az kirliydi, dibində sarımtıl maye vardı, onu paket vasitəsilə yerdən götürməyə çalışdım, bacarmadım. Axır birtəhər bu işin öhdəsindən gəldim. Paketi qaldıranda içindəki maye yerə sızmağa başladı və yerdə xırda nöqtələr əmələ gəldi. Yeri silməmişdən paketi çölə çıxarmalı oldum. Paketi Naomini ilk dəfə gördüyüm yol kənarına atdım. Yolda olarkən ayağımın üstünə nəsə töküldüyünü hiss etmişdim. Paketdən süzülən maye cins şalvarımı bulamışdı. Bir azdan qurudu. Ləkə qalacağını düşünmürəm. Evə qayıdanda şalvar qoxurdu, amma artıq iy də qalmayıb.

19 avqust

Artıq evdə tək qala bilmirəm. Aşağı düşmürəm, çünki anam və Con ordadırlar. Həyətə də düşmək olmur. Çünki o oradadır. Carolu hiss edirəm. Yatağımın altında bir neçə dərgi var, amma artıq onlara da marağım qalmayıb. Anam dünən otağıma gəlib Conla danışmadığım üçün məni danladı. Əvvəlcə astadan danışmağa başladı, tədricən səs tonunu qaldırdı və məni əməlli-başlı dümsüklədi. Sonra kiminsə yuxarı qalxdığını hiss etdik, mənə mənalı bir baxış atıb çıxdı. Conla hələ danışmıram. Onu sevmirəm. Əlimdən bir xəta çıxmağını gözləyir ki, üstümə bağırsın.

Başqa bir gün pilləkanın başında durarkən onlara çay aparmağımı xahiş elədi. Conun şəkərdən istifadə etmədiyi üçün çayına bolluca şəkər qatdım. Yuxarı qalxanda anam qışqırdı ki, içəri girmə, padnosu yerə qoy! Eşitmirmiş kimi otağa girdim. İkisi də yataqda idi, Conun qollarındakı və sinəsindəki döymələri gördüm. Anam padnosu qoyub rədd ol, dedi.

21 avqust

Saat 12-ni vurmamış qalxmadım. Oyanmağa dəyməzdi, çünki görəcək bir iş yox idi. Nə vaxt oyanırdım, Carolu günəş vannası qəbul edən vəziyyətdə görürdüm. Ona pəncərədən baxmaq xoşuma gəlir. Onu izlədiyimi fərq etməsinə imkan yox idi, daim böyründə kitablar olurdu və çox vaxt da yatıb qalırdı. Məmələri həqiqətən də böyük idi, amma dərgidəki qızların döşləri boyda da deyildi. Bədəni bayağı bir bürüncə çalırdı. Gözlüyünü çıxarmasa da pis görünmürdü.

Dünən mətbəxdə çay dəmləyərkən Carol həyətdən içəri keçdi. Girər-girməz gözlərimin içinə baxdı. Çəkindim və gözlərinə baxa bilmədim. Çünki daha əvvəl harda gördüyümü bilirdim.

22 avqust

Dünən gecənin bir yarısı yuxudan oyandım, anam telefonda bağırdığı kimi bu dəfə Conun üstünə qışqırırdı. Con da ona gülürdü. O, dayanmadan gülür, anam da “şərəfsiz, şərəfsiz, şərəfsiz” deyə bağıraraq ağlayırdı. O isə gülməyinə davam edirdi. Sonra anam otağından çıxıb tualetə girdi. Uzun müddət çıxmadıqda görəsən orda nə edir deyə maraqlanmağa başladım. Axır ki, Con yataq otağının qapısını açıb kimsəni vecinə almadan “Allahım” deyə çığırdı. Sanki itini çağırırdı: “Çıx ordan, hardasan sən…” Anam otağından çıxıb dəhlizə keçdi. Hıçqırdığını hiss etdim. Con ona “gir içəri” dedi, qapı çırpılandan sonra ara sakitləşdi. Carolun otağı dəhlizin iki addımlığında idi. Görəsən nəsə eşitmədi ki?

23 avqust

Carol yatmış kimi görünür, amma nə vaxt onu güdsəm, bunu hiss edir. Bu gün oyandım və pəncərədən baxdım, üzü üstə uzanmışdı. Amma mən baxdıqda sanki baxışlarımı hiss edib geriyə çevrildi. Yataqdakı kimi çox rahat idi.

24 avqust

Carolla birlikdə həyəti gəzirdik, sonra yenidən evə qayıtdım. Xeyli müddət mətbəxdə oturdum, gəlib onunla birlikdə çəmənlikdə uzanmağımı istədi. Penisimin sərtləşdiyini görməsin deyə, üzüqoylu uzanıb vəziyyətdən çıxırdım. Az sonra hər şey qaydasına düşdü və burada uzanmaq xoşuma gəldi. O, mənə məktəblə bağlı suallar verdi, bütün günü evdə nə işlə məşğul olduğumu soruşdu. Amma sonra pişiklər haqqında danışmağa başladı. Pişikləri sevirəmmi, onlar itlərdən daha şirin, sevimli, daha ağıllıdırmı?

“Əvvəl sənin də pişiyin vardı. Deyilmi?”

“Yox, heç vaxt pişiyim olmayıb, olmasını da istəmirəm”.

“Anan deyirdi sizin də pişiyiniz var axı”.

“Hə, doğrudan e, unutmuşdum” – dedim.

Evə qayıtdım, daha onu izləməyə marağım qalmamışdı.

28 avqust

Anamla Con bu aralar tez-tez eşiyə çıxırdılar. Bu, yaxşıydı. Mən də Carolla çəmənlikdə uzanıb oyun oynayırdıq, onun bədəninin hər yerini əlləməyimə icazə verirdi. Onu zərif toxunuşlarla sığallayırdım, bu xoşuna gəlirdi. Bəzən üzü üstə uzanıb bikinisinin üst qismini çıxarır ki, çiyinləri və ombaları yaxşıca qaralsın. Əlimi çiynində gəzdirməyim xoşuna gəlir, amma əsas materiala toxunmağa icazə vermir. Əlimi belinə sürtəndə ayaqları qeyri-ixtiyari aralanır. Penisim o qədər bərkiyir ki, ağrı verir. Ona itaət etdiyimdə üzümə irişir.

29 avqust

Eddi Samanta Kendalla yatdığını iddia edir, mən ona inanmıram. Ona meydandakı qəzet filialında rast gəldim. Ondan danışdı və nə qədər xariqə bir şey olduğunu, bu işi təkrar edəcəklərini dedi. İstədim daha niyə gəlmədiyini soruşum, fikrimdən vaz keçdim. Amma Samanta Kendal haqqında söhbətlər əfsanəydi.

30 avqust

Carol anam haqqında bəzi şeylər danışmağa başlayınca mənim üçün bitmiş oldu. Qancığın biriydi. Atası anamı barmağına dolayıb, anamın yaşlı olduğundan onu heç kəsin sevməyəcəyini düşünüb. Danışırdı ki, nə vaxt anamın idarəsinə gedirmiş, atasını anamla sevişən vəziyyətdə görürmüş. Günortadan sonra axşamacan kef çəkirmişlər. Ona susmasını əmr etdim, amma durmadan qulağımın dibində mızıldayırdı, sırtıqcasına üzümə irişirdi. Bütün bunları dalından uydurduğunu dedim, üzümə hırıldayıb hamısının doğru olduğunu söylədi. Bir dəfə də idarədə səs-küy qopub, anamı çılpaq vəziyyətdə çölə atıblar. Mən onu söydüm, amma o, davam edirdi: Anan idarənin qabağında diz çöküb atama yalvarırmış ki, onu içəri buraxsınlar. Atamsa içəridə dayanmadan gülüb, saatlarla qapını açmayıb. Yuxarı qalxıb otağıma keçdim. Carolsa hələ də gülürdü, istəsəydim, davamını, daha biabırçı şeyləri danışa bilərdi. Qancıq!

2 sentyabr

Anamla Con bir günlük Margitə yola düşdülər. Bu da o demək idi ki, biz Carolla gen-bol vaxt keçirə bilərik. Məmələrinə toxunduğum vaxtdan bir saat keçirdi. Qəfildən qalxıb oyunu bitirmək istədim, amma bundan artığına icazə vermirdi. Əlini köynəyimin içinə salıb bədənimdə gəzdirirdi. Mən də əlimi onun şalvarının içinə soxmağa cəhd elədim, bu an dırnaqlarını qarnıma batırdı. Ağrıdan ikiqat oldum. Niyə belə elədin, deyə soruşdum. Qalxıb oturmuşdu. “Çünki artıq azğınlıq edirdin, özünə gəlməyin lazım idi” dedi. Ona baxdım, arxasında Günəş batmaqdaydı və bu mənzərə eynəyində əks olunmaqdaydı. Gülüb “səni özünə gətirməyi bacarıram” dedi.

3 sentyabr

Ən yaxşısı, hər şeyi əvvəldən başlamaqdır, əks təqdirdə bəzi şeyləri unuda bilərəm. Pəncərəyə yaxınlaşıb Carola baxdım, bu dəfə həmişəki yerində deyildi. Əynimi geyinib tualetə getdim, sağlamlığımı yoxlamaq üçün penisimi gözdən keçirdim. Anamın və Conun gülüş səsləri eşidilirdi. Aşağı düşərkən Carolun qapısının aralı olduğunu gördüm. Səs çıxarmadan yaxınlaşıb içəri boylandım. Pərdələri çəkmişdi, Günəş otağı işıqlandırırdı, içəridə tozların uçuşunu görmək olurdu. Carol yatağında çiyni üstə uzanmışdı. Adyalı yuxuda təpik atıbmış kimi ayaqlarının ucuna sürüşmüşdü. Gün işığı üzünə düşdüyündən gözlərini görə bilmirdim. Yatdığını zənn etmişdim, çünki başı yana əyilmişdi, ağzı isə aralı qalmışdı. Dərgidəki fahişələrdən min dəfə gözəl görünürdü. Az sonra Günəş yerini dəyişdikdə üzünü görə bildim. Sən demə, bayaqdan məni müşahidə edirmiş. Nə edəcəyimi bilmədim, bir anlıq donub qaldım. Mənə baxmağa davam edirdi, ağzı hələ də açıq idi, cəsəd kimi məni izləyirdi. Qorxunc idi. Sonra qolları tərpəndi, əlini inanılmaz ağırlıqla uzadıb adyalı çənəsinə qədər çəkdi. Sonra gülümsəyərək “mənə qəhvə hazırlaya bilərsənmi” dedi. Nə cavab verdiyimi xatırlaya bilmirəm. Donub qalmışdım və nə dediyini anlaya bilmirdim. Sakitcə gülümsəyərək “Lütfən, ağıllı oğlan ol, get mənə qəhvə gətir” dedi. Mən də çıxıb qəhvə hazırladım.

Qəhvə hazırlamağım o qədər də uzun çəkmədi. O biri otaqdan anamla Conun qəhqəhələri eşidilirdi. Əlimdə fincan yuxarı qalxdığımda Carol qapını arxadan bağlamağımı istədi. Sonra fincanı alıb rahat içə bilsin deyə qalxıb yerində oturdu. Adyal belinə sürüşdü və məmələri açıqda qaldı və qəhvəsini içərkən bir az yelləndi. Bədəninə toxundum, gülümsədi, qəhvədən bir qurtum aldı. Məməsinin uclarını tutdum. Əvvəl zərifcəsinə oxşadım, sonra azca sıxdım. Əlini başıma çəkdi. Üzümü xəfif öpüşlərə qərq elədi. Mən də onu öpəcəkdim, amma gözlərinə ilişib qaldım. Əynindəkiləri çıxarmaq istəyəndə əlimi itələdi. Kəmərimi açdığını hiss etdim, daha sonra şalvarımı… Nəfəsi qulağımı oxşayırdı. “Yaramazlıq edirsən” deyə pıçıldayırdı. “Səni özünə gətirməliyəm” deyirdi. Tumanımı endirib mənimkiylə oynayırdı və məni özümə gətirməkdən dəm vururdu. O dərgidəki bədənləri, Eddinin böyük qardaşını xatırlayıram, vücudunda dolaşan o zəhəri… Dolaşıb durur, dolaşıb durur… Ondan qopmaq istədim, amma məni daha möhkəm özünə sıxdı və zəhərin tədricən bütün bədənimə yayıldığını hiss elədim. Sonra anidən sanki kimsə onu bıçaqlayıbmış kimi gərildi, qəribə səslər çıxarmağa başladı. Onu tutmaq istədim, amma məni itələyib ayağa qalxmağa cəhd etdi. Qapıya doğru gedərkən səndələdi və ikiqat oldu. Qapını açdı və ağzını tutaraq qusmağa başladı. Tualetin qapısı çırpıldı. Əynimi geyinib çölə qaçdım. Ayaq uclarımda tualetə doğru götürüldüm, öyüdüyünü eşidirdim. Arada inləyirdi. Bir azdan səs artdı, sanki kimsə onu boğurdu. Arxamdan ayaq səsləri eşidildi, Conun pilləkanları qalxdığını gördüm, anam da arxasınca gəlirdi. Con “nə baş verir” deyə soruşdu. Çiynimi çəkib Carolun xəstələndiyini dedim. Məni kənara itələdi, qapını yumruqladı. Carolun səsi çıxmırdı. Con yenə qapını yumruqlayıb açmağa cəhd elədi. Qapı kilidli deyildi, amma nəsə onun açılmağına mane olurdu. Nəhayət, birtəhər qapını araladıqda “aman, Allahım!” deyə inildədi. Anam da Conun çiyni üzərindən boylanıb “aman, Yarəbb!” dedi. Kəsif qusuntu qoxusu ətrafı bürümüşdü. Anam mənə dönüb dərhal təcili yardım çağırmaq lazım olduğunu dedi. Sonra onlar qapını tam açmağa cəhd elədilər. Yerimdə donub qalmışdım. Anam üstümə bağırdı ki, tez təcili yardım çağır!

Ağır-ağır aşağı endim. Tələsmədiyimin fərqində deyildilər, başları qapını açmağa qarışmışdı. Pilləkanları enərkən öz-özümə mızıldanırdım: Onun ölməsini istəmirəm, həqiqətən istəmirdim ölsün. Onu öldürmək istəməmişdim, istədiyim bu deyildi, amma məcbur idim, doğrudan da onun ölməsini əsla istəmirdim. İstəyirdim bacım olsun, beləcə sevişib bir-birimizə aşiq ola bilərdik, amma ölməyini heç istəmirdim.

Sim-sim.az

# 2819 dəfə oxunub

Müəllifin son yazıları

# # #