Kamal Abdulla: "Həmid Herisçi mənim yazıçımdır"

Kamal Abdulla:  "Həmid Herisçi mənim yazıçımdır"
11 oktyabr 2023
# 17:20

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın yazıçı Həmid Herisçinin "Mersedesin yan güzgüsündə" hekayəsi haqqında fikirlərini təqdim edir.

Mən bu hekayəni (esseni, memuarı, xatirəni, məqaləni…) əvvəlcə sonadək oxuyacağıma özümə söz verdim.

Sonra gördüm ki, mən bu mətni “yağ kimi” oxumaqdayam və hətta bitməsini də arzu etmirəm. Həmid həqiqətən yazıçıdı, özü də açıq deyim, mənim yazıçımdır.

Bəlkə də, bu mətni indiyə qədər qaytağı oynayan adamın tanqo oynamaq cəhdi kimi qiymətləndirmək olar. Amma tanqo da, vals da bu müəllif üçün əlçatan bir mərtəbədir.

Mən bilmirəm, burdakı təsvir həyatda özünə yer tapıb ya yox. Hər halda Mirzə müəllimin yaşamış bir adam olması hekayəyə xüsusi bir ahəng verir.

Bir dəfə “Qoşma” verilişində Ənvər Məmmədxanlı ilə söhbət zamanı dedi ki, Mirzə İbrahimovla o dövr barədə (biz əsl 30-cu illərdən danışırdıq) söhbət edə bilsəydin, bilirsən nələr deyə bilərdi. Bir şərtlə ki, həqiqəti deyə.

Allah hər ikisinə rəhmət elesin.

Bu tipli mətnlər ədəbiyyatımıza hava-su kimi lazımdır.

# 5642 dəfə oxunub

Müəllifin son yazıları

# # #