"Həyat özü çox təsirli bir terapevtdir..." - Tanınmış amerikalı psixoanalitikdən sitatlar

"Həyat özü çox təsirli bir terapevtdir..." -  Tanınmış  amerikalı psixoanalitikdən sitatlar
16 sentyabr 2026
# 10:00

Bu gün tanınmış alman əsilli amerikalı psixoanalitik Karen Horninin doğum günüdür.

Kulis.az onun əsərlərindən bəzi hissələri təqdim edir.

Qadınların infantil və emosional məxluqlar olması, məhz bu səbəbdən məsuliyyət və müstəqillikdən məhrum olduğu baxışı qadınların özünə hörmətini azaltmağa yönəlmiş kişi meylinin məhsuludur.

Əgər özünüzlə qürur duymaq istəyirsinizsə, o zaman qürur duya biləcəyiniz işlər görün.

Xoşbəxtlikdən, daxili münaqişələri həll etməyin yeganə yolu psixoanaliz deyil. Həyat özü hələ də çox təsirli bir terapevt olaraq qalır.

Normal insan... mövcud deyil.

Terapevtik məqsədlərin ən əhatəli tərifi bütövlük uğrunda mübarizədir: riyakarlıqdan uzaq olmaq, emosional cəhətdən səmimi olmaq, özünü bütünlüklə duyğularına, işinə və inamlarına həsr edə bilmək.

Gözəl ola bilmədiyim üçün ağıllı olmağa qərar verdim.

Əvvəlcədən qeyd edim: Münaqişənin olması nevrotiklik əlaməti deyil... Daxili münaqişələr insan həyatının ayrılmaz hissəsidir.

Əsas narahatlığı təxminən belə təsvir etmək olar: hamının sizə qarşı çıxdığı, sizi istismar etməyə, aldatmağa, alçaltmağa, xəyanət etməyə və qısqanmağa çalışdığı bir dünyada kiçik, əhəmiyyətsiz, köməksiz, kimsəsiz və ya təhlükə altında olmaq hissidir... Bunun xüsusiyyəti isə uşağın valideynlərin sevgisinin, xristian xeyirxahlığının, dürüstlüyünün və səxavətinin... sadəcə bir oyunbazlıq ola biləcəyini hiss etməsidir.

Dünyadakı vəziyyətə görə səmimi qəlbdən narahat ola bilərik, lakin bu narahatlıq bizi depressiyaya deyil, hərəkətə sövq etməlidir.

Rasionalizasiya məntiqi mühakimə yolu ilə özünü aldatmaq kimi təyin oluna bilər.

Tələbatımıza cavab verdiyi üçün mədəniyyətimizdə sevgi həddindən artıq qiymətləndirilir. O, uğur kimi bir xülyaya çevrilərək bütün problemlərin həlli olduğu illüziyasını daşıyır.

Bütün elmlər və dəyərləndirmələr kimi, qadın psixologiyası da indiyə qədər yalnız kişilərin nöqteyi-nəzərindən nəzərdən keçirilmişdir.

Dağ cığırını təkbaşına tapmaq, başqasının göstərdiyi cığırla getməkdən daha böyük güc hissi bəxş edir.

Sevgi adlanan həmin çoxcəhətli hiss bu sahilin tənhalığı ilə o biri sahilin tənhalığı arasında körpülər salmağa müvəffəq olur. Bu körpülər böyük gözəlliyə malik ola bilər, lakin onlar nadir hallarda əbədiyyət üçün tikilir və tez-tez həddindən artıq ağır yükə tab gətirmədən uçulub dağılırlar.

Mükəmməl normal insan bizim sivilizasiyamızda nadir hallarda olur.

Qürur və özünə nifrət ayrılmaz şəkildə bir-biri ilə bağlıdır; onlar bir prosesin iki təzahürüdür.

Konsultasiyaya gələn pasiyentlər baş ağrısından, cinsi pozulmalardan, işdəki məhdudiyyətlərdən və ya digər simptomlardan şikayətlənirlər; bir qayda olaraq, onlar psixi varlıqlarının özəyi ilə əlaqəni itirdiklərindən şikayətlənmirlər.

Heç kəs... tamamilə öz dövrünün çərçivəsindən kənara çıxa bilməz; baxışlarının iti olmasına baxmayaraq, onun təfəkkürü bir çox cəhətdən öz dövrünün zehniyyətinin təsiri altındadır.

Müxtəlif formalarda təzahür edən qürur sevginin düşmənidir.

İntellektə, daha doğrusu zehni üstünlüyə duyulan qürur yalnız intellektual fəaliyyətlə məşğul olanlarla məhdudlaşmır, bütün nevrozlarda müntəzəm olaraq baş verir.

Təxəyyülündə Tanrı kimi olsa da, o, yenə də sadə çobanın yerli özünəinamından məhrumdur.

Əsl ideallar təvazökarlığa, ideallaşdırılmış obraz isə təkəbbürə xidmət edir.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 114 dəfə oxunub

Oxşar xəbərlər

Bir dəstə qızılgül - Yeni hekayə

Bir dəstə qızılgül - Yeni hekayə

16:15 15 sentyabr 2026
"Sevgi imtiyazlı bir qavrayışdır..." - Argentinalı yazıçıdan sitatlar

"Sevgi imtiyazlı bir qavrayışdır..." - Argentinalı yazıçıdan sitatlar

15:00 15 sentyabr 2026
"Tale bizə istədiyimizi özümüzü alçaltdıqdan sonra verəcək..." - İvan Qonçarov

"Tale bizə istədiyimizi özümüzü alçaltdıqdan sonra verəcək..." - İvan Qonçarov

12:00 15 sentyabr 2026
Balaca pişik - Furqan Əliyevin hekayəsi

Balaca pişik - Furqan Əliyevin hekayəsi

16:00 14 sentyabr 2026
"Ah, heçliyin nə qədər formaları var..." - Xose Eçeqarayın "Böyük Qaleoto"su

"Ah, heçliyin nə qədər formaları var..." - Xose Eçeqarayın "Böyük Qaleoto"su

15:30 14 sentyabr 2026
"Mən Vətənimin imzasını daşıyıram..." - Alman yazıçıdan sitatlar

"Mən Vətənimin imzasını daşıyıram..." - Alman yazıçıdan sitatlar

13:30 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər