Bu günlərdə Litva yazıçılarının «Literatura Menas» jurnalında yazıçı Kamal Abdullanın yaradıcılığına geniş yer ayırıb. Kulis.Az-ın məlumatına görə jurnalda Kamal Abdullanın «Səhvlərimizin qrammatikası» silsiləsinldən olan «Korneliusun ölümü» hekayəsi çap olunmuş və əlavə olaraq, onun Litvada nəşr olunmuş «Sehrbazlar dərəsi» romanı haqqında ədəbiyyatşünas Tomas Taşkauskasın böyük bir məqaləsi yer alıb.
Yazıçının məşhur «Yarımçıq əlyazma» romanı ilə bağlı Fransadan gələn xəbərdə isə deyilir ki, roman «L. Harmattan» nəşriyyatında təkrar çap edilib. Romanın ikinci nəşrinin dizaynında müəyyən dəyişiyliklər edilib və Amerika nəşrində olduğu kimi «Müəllimlərimə və tələbələrimə» ithaf sözləri əlavə olunub.