Unudulmaz səhnələri, mükafatları və yüksək gəlirləri ilə bütün zamanların ən yaxşıları arasında yer alan filmləri müzakirə edən sosial media platforması Reddit, 16 mindən çox şərhə əsasən, bütün zamanlarda ən çox şişirdilən 10 filmi müəyyən edib.
Kulis.az sözügedən filmləri təqdim edir.
1. “Avatar” (2009)
Ceyms Kemeronun rejissorluq etdiyi “Avatar” filmi istifadə olunan texnologiya ilə zamanından çox irəli bir istehsal kimi görünsə də, Reddit istifadəçiləri filmin ssenarisinin vizual effektlər istisna olmaqla, kifayət qədər maraqlı olmadığını düşünür.
2. “The Notebook” (2004)
Baş rollarda Rachel McAdams və Ryan Gosling-in oynadığıən romantik filmlərindən biri hesab edilən film həddən artıq hesab abartılan filmlər sırasında yer alır. İzləyicilərin fikrincə, ssenari bəsit olduğu üçün“The Notebook” bir neçə ildən sonra izlənilməyəcək.
3. “Gravity” (2013)
Meksikalı rejissor Alfonso Kuaron tərəfindən 100 milyon dollar büdcə ilə çəkilən film ümumilikdə 700 milyon dollar gəlir əldə edib. Oskar mükafatı da qazanan filmdə kifayət qədər dərin mövzuya toxunulmadığı üçün Reddit istifadəçiləri tərəfindən tənqid edilib.
4. “The Irishman” (2019)
Çarlz Brandtın "I Heard You Paint Houses " romanının motivləri, Stephen Zaillian'ın ssenarisi əsasında Martin Skorsezesin rejissorluğu ilə çəkilmiş Amerika bioqrafik cinayət janrında cəkilmiş filmdir. Əfsanəvi rejissor Martin Skorsezes filmdə Robert De Niro, Al Pacino və Joe Pesci-ni bir araya gətirib. İstifadəçilər filmdə "I Heard You Paint Houses " romanının əksər hissələrinin təhrif olunduğunu iddia edirlər.
5. “The Greatest Showman” (2017)
Michael Gracey-nin rejissorluq debütü olan film, soundtrack və operator işinə görə böyük bəyənmə toplasa da, bəzi izləyicilər filmin real görünmədiyini düşünür.
6. “Frozen” (2013)
2013-cü ilin ən çox gəlir gətirən filmi olan “Frozen” bütün dünyada böyük bir fenomenə çevrilib. Mahnıları, rəqsləri və ssenarisi ilə ən yaxşı cizgi filmləri arasında yer alan film izləyicilərin fikrincə, hazırda Disneyin cizgi filmləri ilə müqayisədə gözləntiləri doğrultmur.
7. “Crash” (2004)
Rejissor Paul Haggis olan film Ən Yaxşı Film nominasiyasında Oskar mükafatına layiq görülüb. İrqçilik məsələsinin çox sadə şəkildə vurğulandığını düşünən izləyicilər filmin ona verilən dəyərə layiq olmadığını düşünürlər.
8. “Pretty Woman” (1990)
Julia Roberts və Richard Gere-ni bir araya gətirən romantik komediya filmi mövzusu və romantik səhnələri ilə yüksək qiymətləndirilib. Bununla belə, filmin Zoluşka nağılından heç bir fərqi olmadığı iddia edilir.
9. “Titanik” (1997)
Rejissoru Ceyms Kemeron olan "Titanik"in böyük izləyici kütləsi var. Ancaq həddindən artıq romantik səhnələr və filmin müddətinin uzun olması bəzi izləyicilər tərəfindən tənqid edilir.
10. “Grease” (1978)
Romantik komediya kateqoriyasında yeni dövrə başlayan film Olivia Nyuton-Con və Con Travoltanın uğurlu rolları ilə unudulmaz bir filmə çevrilməyi bacarıb. Lakin 8000 “Reddit” istifadəçisi filmə layiq olduğundan çox dəyər verildiyini bildiriblər.