Bir qızın qiyməti: 20 qoyun, 3 dəvə

Bir qızın qiyməti: 20 qoyun, 3 dəvə
31 yanvar 2015
# 08:30

Afrika ölkələri təkcə yoxsulluqları ilə deyil, qəribə adətləri ilə, inancları ilə də fərqlənirlər. Bu adətlər qeyri-adilikləri ilə yanaşı dəhşətli olması, amansızlıqları ilə də seçilirlər.

Kulis.Az Tanzaniya və Keniya adətləri ilə bağlı faktları təqdim edir.

Tanzaniyada albinos olmaq qorxu filmlərində baş rolda oynamaq kimi bir şeydir. Paqan qəbiləsinin köhnə inancları Afrikada hələ də geniş yayılıb. Vudu cadugərləri albinosların əlləri, ayaqları, gözləri və ya başının dərisindən iksir hazırlayırlar. Paqan afrikalıları arasında yayılan inanca görə bu iksir, varlı olmaq istəyənlərə, yaxşı qismət arzusunda olanlara, şəfa axtaranlara kömək edir.

Albinos uşaqlar daha çox Tanzaniyanın içərilərində, insanların ən yaxın su quyusuna getmək üçün kilometrlərlə yol qət etdiyi yerlərdə ova çevrilirlər.

Rəsmi rəqəmlərə görə Tanzaniyada 2007-ci ildə 53 nəfər albinos amansızlıqla qətl edilib. Yerli sakinlər albinosların uğur gətirdiyinə inandıqları üçün onların bədən üzvləri kəsilərək satılır.

Bəzi bölgələrdə isə albinos körpələr doğulan kimi öldürülür.

Bir albinosun orqanları 75 min dollara satılır. Tanzaniya ən çox albinosun olduğu ölkələrdən hesab olunur. Burada normaldan 10 dəfə çox albinos var.

Albinoslar zorlanma halları ilə də tez-tez qarşılaşırlar. Afrikada albinosla cinsi əlaqəyə girməyin QİÇS xəstəliyini sağaltdığına inanırlar. Buna görə də həm oğlan, həm də qız albinoslar zorlanmaya məruz qalırlar.

Xalq arasında onlar bəzən “insan olmayan, ruh”, bəzən də tanrı tərəfindən lənətləndirilmiş insanlar adlandırılırlar. Buna görə də onlar çox vaxt məktəblərə qəbul olunmur. Afrikadakı albinoslar cinayət qurbanı olmaqlar yanaşı diskriminasiya ilə də üzləşirlər. Gün işığına həssas dəriləri olan albinoslar açıq havada işləməyə məcbur edilirlər, buna görə də dəri xərçənginə yoluxurlar.

Keniyada qızlar evlilik adı ilə açıq-açığına satışa çıxarılırlar. 20 yaşlı bir qızı ailəsi 20 keçi və 3 dəvənin əvəzində zorla qonşu kəndə ərə verib.

14 yaşındakı başqa bir qız da belə nikah sövdələşməsinin qurbanı olub. Gələcək ər evlənmək istəməyən qızı sürüyərək öz kəndinə aparıb.

Keniyada qadınlar bir ay boyu ətraf aləmdən təcrid edilmiş şəkildə yaşamağa məhkumdurlar. Valideynləri elə bu zaman fürsətdən istifadə edərək onları ərə verirlər. Çünki qızlar ərə veriləcəkləri xəbərini eşitdikdə evdən qaça bilərlər deyə valideynləri bunu onlardan gizli saxlayırlar.

Adət-ənənələrə görə bir gün və bir gecə davam edən toy başlamamışdan qabaq gəlin inək yumruqlamalıdır. Bu vaxt pokot qəbiləsinin nümayəndələri orda hazır vəziyyətdə dayanır. Bundan sonra qəbilənin kişiləri inəyin ürəyinə nizə vurmağa məcburdurlar.

Keniya hüququ uşaq nikahlarını qadağan eləsə də adət-ənənələrinə bağlı olan keniyalılar qızlarını 14 yaşında ərə verirlər. Keniyada qadın sünnəti də geniş yayılıb. Keniya və Uqanda arasındakı ərazilərdə 700 min yerli pokot qəbiləsi yaşayır.

# 1733 dəfə oxunub

Müəllifin son yazıları

# # #