Elnarə Ağaoğlu
Yazıçı Margot Atvell, yaza bilməmək böhranını dəf etməyin yollarından bəhs edir. Kulis.Az yazıçını məsləhətlərini təqdim edir.
Yazmağı əngəlləyən iki səbəb vardır: ilham çatışmazlığı və qorxu. İlham olmadan bir yazar olmaq qorxunc bir hissdir. Kompüterdə boş bir səhifəni açıb yazmağa başlamaq, boş səhifəni izləyib ilk sətiri yazıb silmək yazarın ən böyük kabusudur. Bu vəziyyətlə mücadilə aparmaq üçün aşağıdakı üsullara diqqət etməniz məsləhətdir:
Əllə yazın
Bəzi insanların kompüterdə 2000 işarə yazmaqla bağlı bir problemi yoxdur. Fəqət ilk işimi yazı makinasında yazmaq mənim yaradıcılığıma mane olur. Ancaq mənə bir vərəq və qələm versəniz mən o kağızın üstündə boş yer qalmayana qədər yazaram, hətta o biri üzünə də keçərəm.
Hər kəs fərqli səbəblərdən ilham mənbəyini tapmaya bilər. Bu səbəbdən hər kəs öz yolunu müəyyənləşdirməlidir. Bəzi adamlar əllə yazdıqları zaman özlərinin yazdıqları ilə bağlılığını daha çox hiss edərlər. Əllə yazmaq kənardan işgəncə kimi görünsə də buna cəhd edib yoxlayın.
Zehniniz dağıdacaq şeylərə yönəlin
Gəzmək, velosiped sürmək, qaçmaq kimi fiziki hərəkətlərlə beyninizi sakitləşdirə bilərsiniz. Bu hərəkətlər beyninizi sakitləşdirəcək, yeni ideyalar qurmaq üçün şərait yaradacaq. Bununla da daha yaradıcı olmağınıza kömək edəcəkdir. Əgər radioya qulaq asmaq beynimi rahatlaşdır və ağlıma yeni fikirlərin gəlməsinə kömək edir deyirsinizsə, bu cür əyləncələr yeni fikrin yaranmasında sizə kömək etməyəcəkdir. Özünüzü sərbəst buraxın, qoyun fikirlər özü sizi tapsın.
Fərqli şeylər oxuyun
Bəzi yazarlar bir kitab yazanda başqa şey oxumağı xoşlamazlar. Əgər oxuduqlarınızın təsirinə düşəcəyinizi düşünürsünüzsə başqa mövzuda kitablar oxuyun. Əgər roman yazırsınızsa tarix və ya şeir kitabları oxuyun. Əgər bir kitabın necə olması ilə bağlı nəsə yazırsınızsa onda klassik romanlar, yaxud məşhur detektiv romanları oxuyun. Digər insanların necə yazdığını görmək sizə öz yazı bacarığınızla bağlı fikirlər verə bilər, ya da nələrdən yan qaçmalı olduğunuzu göstərə bilər.
Səyahət edin
Yeni yerlər görmək böyük bir ilham mənbəyi ola bilər. Gedəcəyiniz yerlərin heç də uzaqda olması vacib deyil. Bəzi insanlar monoton həyatları ilə barışmalı olar, eyni marketdən bazarlıq edər, eyni insanlarla görüşər, eyni ofisdə çalışarlar. Əgər siz bir həftəsonunu, ya da sadəcə bir gününüzü ayırıb yeni yerlər görsəniz bu sizə yeni işlərə başlamaq üçün stimul verər.
Yeni tapdığınız fikirləri qeyd etdiyinizdən əmin olun
Ən yaxşı fikirlər adətən yuxuya daldığımız zaman, ya da yuxu ilə oyanıqlıq vaxtında gələr. Həmçinin hamamda çiməndə də yaxşı fikirlər gələ bilir. Bir fikir tapmaq üçün ən uyğunsuz zaman adətən ən yaxşı fikri tapdığımız zamandır. Bunun üçün çarpayımızın yanında, pul qabınızda, maşınınızın ehtiyat gözündə hər zaman bir qeyd dəftəri saxlayın. Çünki ağıla gələn yaxşı bir fikri o dəqiqə bir kağıza yazmaq kimi bir ehtiyac duyar insan.
Ümid edirik ki, bu metodlardan istifadə etsəniz yaza bilməmək kimi problemdən uzaq olacaqsınız.