Ağdan başqa bütün rənglər yalandı – Şəhriyardan YENİ İL ŞEİRİ

Ağdan başqa bütün rənglər yalandı – <span style="color:red;">Şəhriyardan YENİ İL ŞEİRİ
30 dekabr 2016
# 14:19

Kulis.az şair Şəhriyar del Geraninin “Yeni ilə ithaf şeiri”bi təqdim edir.


Nə olsun ki, bizim evə şaxta baba gəlmədi?
Nə olsun ki, sevgilim başqasıyla kefdədi?
Nə olsun uşaqlarım hələ doğulmayıblar?
Oturub məktub yazıram
doğulacaq uşaqlarımın adından
uzaq Laplandiyaya:
(bir az ucadan oxu)
“Şaxta baba şaxtacan,
hardasan bu vaxtacan,
bizə gəlsən qapını döymə,
atam evdə təkdi,
yəni təxminən - Yoxdu”...

Ağdan başqa bütün rənglər yalandı,
Qardan başqa yalandı ömrümüzdə
olan hər şey - bu qışda.
Bir azdan on ikini keçəcək saat,
heç nə dəyişməyəcək.
Adamlar bir az da böyüyəcək
bu aldanışla.
Bağışla Şaxta baba, bağışla,
bizim evdə sənə inanacaq bir kimsə yoxdu...

Niyə belə ucadandı gecənin səssizliyi?
Allaha da arzulamam bunca kimsəsizliyi.
Eh! Bu saxta kədərin göz yaşın sss...ilim!
Böyüklərdə heç nə həqiqi deyil.
Bu dünyada həqiqi olan bir Günəşdi,
bir də körpə gülüşləri...

Niyə mənə elə gəlir, Şaxta Baba,
illər öncə gizlənqaç oyununda
gözlərini yumub onacan sayan bütün uşaqlar mənəm?
Və gözlərini açıb heç kimi tapmayanam...

Niyə mənə elə gəlir, Şaxta Baba,
hamının gedənləri bir az da məndən gedib?
Və gözlərini ovuşdurub hamının əvəzinə ağlayanam...

Bizə “gəlmə”, Şaxta Baba, bizə “gəlmə”
Sənin Qar Qızın rolunda olan aktrisalar qədər
bədbəxtdi qadınlarımız, bilirik.

Bizə gəlmə, Şaxta Baba,
bizə gəlmə.
O evdə tək olan, yəni, təxminən yox olan Ata mənəm.

İndi hardasa bir qadın da baş-başa qalıb xoruz kuklasıyla,

Mən də götürüb badəmi toqquşdururam şərab butulkasıyla:
- Hamının sağlığına!

# 2234 dəfə oxunub

Oxşar xəbərlər

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər