Məşuqəyə görə peşman olmaq-Moruanın hekayəsi

Məşuqəyə görə peşman olmaq-<span style="color:red;">Moruanın hekayəsi
8 dekabr 2014
# 11:31

Kulis.Az Andre Moruanın “Şartr Kafedral kilsəsi” hekayəsini təqdim edir.

18-ci ildə, Sənt-Onore küçəsində gəzişən bir tələbə rəsm tabloları satılan dükanın pəncərəsi qarşısında ayaq saxlayır. Dükanın vitrinində Manenin (hekayədə “Şartr kilsəsi” tablosunun müəllifi kimi impressionist Eduard Mane göstərilsə də, əslində bu əsəri 1830-cu ildə romantizm dövrünün rəssamı Kamil Koro çəkib) "Şartr Kafedral kilsəsi" rəsm əsəri asılmışdı. O vaxtlar Manenin bu tablosu ona pərəstiş edən yalnız bir neçə həvəskarı cəlb edirdi, lakin yoldan keçən bu piyadanın zövqü tam başqa idi. Əsərin gözəlliyi onu məftun etmişdi. O, bir neçə gün gəlib eləcə tabloya tamaşa eləmişdi. Və nəhayət, bir gün özündə cəsarət tapıb dükana girmiş, tablonun qiymətini soruşmuşdu.

- Valah nə deyim, bu tablo burda çoxdan durur, - deyə dükançı dilləndi, onu sizə iki min franka verə bilərəm.

Tələbənin bu qədər pulu yox idi, lakin əyalətdə yaşayan və heç də kasıb olmayan bir ailədən çıxmışdı. O, Parisə gedəndə, əmilərindən biri ona demişdi: "Gənc olmağın nə olduğunu mən yaxşı bilirəm, birdən nəyəsə ehtiyacın olsa, mənə yazarsan". O, dükançıdan tablonu səkkiz gündən tez satmamağı xahiş etdi və daha sonra əmisinə bir məktub yazdı.

Bu gənc oğlanın Parisdə özündən yaşca böyük olan bir kişi ilə evlənmiş məşuqəsi vardı. Xanım darıxırdı, əylənmək istəyirdi. Qadın bayağı, yüngül xasiyyətli olsa da çox gözəl idi. Tələbənin kafedral tablosunun qiymətini soruşduğu günün axşamı həmən bu məşuqə ona belə demişdi :

- Sabaha Tulondan məni görməyə gələn məktəb rəfiqəmi gözləyirəm. Ərimin də bizimlə gəzintiyə çıxmağa vaxtı yoxdu. Sizə arxayınam.

Ertəsi günü qadının rəfiqəsi gəlir. Üstəlik yanında başqa bir qız ilə. Gənc tələbə bu üç xanımı bir neçə gün ərzində Parisdə gəzdirməli olmuşdu. Yemək, araba gəzintisi, tamaşa kimi əyləncələrin xərclərini ancaq özü ödədiyindən, aylıq məvacibi çox tez bir zamanda bitmişdi. Məcbur olub yoldaşlarının birindən borca pul almış və artıq narahat olmağa başladıqda əmisindən cavab məktubu gəlmişdi. Zərfin içində iki min frank var idi. Boynundan böyük bir yük götürülmüş kimi rahatlanmışdı. O, borclarını qaytarmış və məşuqəsinə bir hədiyyə də vermişdi. Hansısa rəsm kolleksioneri isə "Kafedralı" almış və üstündən bir xeyli keçdikdən sonra öz tablolarını Luvr muzeyinə vəsiyyət etmişdi.

Budur, bir vaxtların gənc tələbəsi artıq qocalmış və məşhur yazıçı olmuşdu. Qəlbi hələ də gənc qalmışdı. O, əvvəllər olduğu kimi gözəl mənzərə və ya gözəl qadın qarşısında dayandıqda, yenə də duyğulanır. Evdən çıxdıqda, çox vaxt küçədə qonşu binada yaşayan yaşlı bir qadınla rastlaşır. Bu qadın onun keçmiş məşuqəsidir; üzü piyləndiyindən çirkinləşərək tanınmaz hala düşüb, o gözəl gözlərinin üstü qovuq kimi şişib, dodağının üstünü isə boz tüklər örtüb.

O, elə çətinliklə və ləng yeriyirdi ki, sanki ayaqları indicə ovulub töküləcəkdi. Yazıçı ona uzaqdan salam verir, ancaq ayaq saxlayıb dayanmır. Çünki onun necə ifritə qadın olduğunu bilir və nə vaxtsa o qadını sevdiyini düşünmək belə onda ikrah hissi yaradır. Hərdənbir, o, Luvr muzeyinə girir və hər dəfə də “Şartr Kafedral kilsəsi”-nin nümayiş olunduğu salona qalxır. Tabloya uzun-uzadı baxır və dərindən ah çəkir.

Tərcümə: Fuad Qulubəyli

Qeyd: Aşağıda təqdim olunan şəkil "Şartr Kafederal Kilsəsi" tablosudur.

# 2821 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər