Əyil ayaqlarından öpüm... – Şəhriyardan YENİ ŞEİR

Əyil ayaqlarından öpüm... – <span style="color:red;">Şəhriyardan YENİ ŞEİR
5 dekabr 2017
# 18:14

Kulis.az tanınmış şair Şəhriyar del Geraninin yeni şeirini təqdim edir.

Gəl ondan başlayaq ki,
ondan başlayaq ki,
hər şey dəyişir
Təkamül - meymunun deyil,
insanın insana dönüşüdür bir az.
Fəlsəfəyə bağlama lütfən,
Mən səni hər gün bir az daha çox sevirəm.
Hər gün bir az daha həyəcanlı olur səni sevmək çünki.
Hər gün bir az daha əsir əllərim
bir az daha başqa olur hər şey bir az
bir az daha mərhəmətli oluram atılmış uşaqlara,
oyuncaqlara qarşı sanki.
İnsan - mərhəmətli ola bilirmiş demək...

Gəl ondan başlayaq ki,
ondan başlayaq ki, mən səninçün yaşaya bilirəm hər gün bir az
yəni
günəşin günəş,
yağışın yağış,
küləyin külək olduğunu görə bilirəm bir az,
romantikaya bağlama lütfən,
gəl ondan başlayaq ki,
mən səninçün hər gün bir az ölə bilirəm,
romantik tərəfi vardır əlbət bir az.
İnsan - romantik də ola bilirmiş demək...

Gəl ondan başlayaq ki,
ondan başlayaq ki,
Allah hər şeyi görür... və heç kəsi tərk etmir,
məsələn, ananla gedirsə,
yəni bir qadınla səni tərk edirsə,
başqasıyla dönür sənə yenidən doğulmağınçün.
Romantikaya bağlama lütfən,
İnsan - yenidən doğula bilirmiş demək...

Gəl ondan başlayaq ki,
Ondan başlayaq ki, “Sənsiz olmur” deyirsən və dodaqların titrəyir,
əllərindən öpürəm - dodaqların titrəyir
üzündən, gözündən, dizindən öpürəm - dodaqların titrəyir
şərab süzürəm, dişlərinə toqquşdururam - dodaqların titrəyir
“sənsiz olmur” deyirsən, “vallah olmur” deyirsən - dodaqların titrəyir,
Niyəsini bilmirsən,
Bilmirsən niyə titrəyir dodaqların?
Bir portağal niyə portağaldırsa, eləcə də “mənsiz olmur”,
sənsiz də olmur əlbət
bir heyva niyə heyvaysa.
Cəhalətə bağlama lütfən,
Sevmək - “alma”nın kimə çatacağını bilməməkdi bəzən
bir az nadanlıqdır həm də,
bütə qayıdışdır bir az,
Hər nəysə,
Gəl ondan başlayaq ki,
ondan başlayaq ki,
Əyil ayaqlarından öpüm...

# 2733 dəfə oxunub

Oxşar xəbərlər

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

18:21 11 iyun 2026
"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?

"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?

12:00 11 iyun 2026
Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

14:00 10 iyun 2026
"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

12:00 10 iyun 2026
Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

10:00 7 iyun 2026
"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər