Rac Kapuru küçədə oynadan Aşıq Ədalətin ƏHVALATLARI

Rac Kapuru küçədə oynadan Aşıq Ədalətin <span style="color:red;">ƏHVALATLARI
27 yanvar 2017
# 13:52

Bu gün böyük saz ifaçısı, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun ad günüdür. Onun 78 yaşı tamam olur. Kulis.az bu münasibətlə ustadı təbriki edir və onun başına gələn maraqlı əhvalatlardan bir neçəsini yayımlayır.

***

Aşıq Ədalət lap yeniyetmə olanda Səməd Vurğun ona qulaq asıb və heyran qalıb. Bunun üçün onu başdan-ayağa geyindirib, Qazaxdan Bakıya gətiriblər. Həmişə ayaqyalın gəzən balaca Ədalətin dar ayaqqabıları onu incidirmiş. Səməd Vurğunun yanından çıxandan sonra ayaqqabılarını soyunub əlinə alır və asfaltla ayaqyalın yeriyirmiş

***

“Yeddi oğul istərəm” filminə çəkiləndən sonra Qazaxın yaşlı insanları, Ədalətə pərəstiş edən sadədil adamlar ondan inciyirlər:

- Gözünün qabağında elə bir oğulu güllələyirlər, sən də saz çalırsan...

Bu gülməli deyil. Gülməli odur ki, Ədalət də israrla onları inandırmağa çalışır:

- Bir olan allaha and olsun, mən Cəlalın ölümündən sonra sazı daşa çırpıb qırmışdım, namərdlər sonra o səhnəni filmdən kəsib çıxardıblar, günah məndə deyil.

***

Qazaxda nəvəsi Aşıq Ədalətdən şəp-şəp istəyir. Ustad, eləmə tənbəllik, gedir rayon mərkəzindəki mağazaya, deyir nəvəmə şəp-şəp verin. Ayağının ölçüsü? Bilmirəm. Nəvəsini də özüylə gətirməyib. Uzun düşüncədən sonra qərara alır ki, bir vedrə şəp-şəpi aparsın evə, hansı nəvəsinin ayağına uyğun olsa, onun pulunu versin, qalanını bir uşaqdan geri göndərisn. Beləliklə, Qazağın mərkəzi küçəsi... Aşıq Ədalət əlində bir vedrə şəp-şəp...

Baxanlar həm ustadın sadəliyinə heyran qalır, həm də gülməkdən uğunub gedirlər...

***

Moskvada Azərbaycan mədəniyyəti ongünlüyündə (dekada) dünya şöhrətli hind aktyoru Rac Kapur Aşıq Ədalətin ifasına heyran qalır. Küçəyə çıxıb maşınlara minəndə ona yaxınlaşıb tərcüməçi vasitəsiylə saz aləti haqqında soruşur. Deyir, bunun içində nə var? Ədalət deyir, heç nə! Rac Kapur inanmır:

- Axı burdan bir orkestrin səsi gəlirdi? Sən bir də çal, eşidim...

Ədalət sazı balaca kökləyib “Avara” filminin musiqisini necə çalırsa, Rac Kapur küçədəcə oynamağa başlayır...

***

Rəmişə toyda “Kərəmi” sifariş verirlər. Azca çalan kimi orta yaşlı, baz-burutlu bir kişi onu saxlayır, iki “şirvan” atıb deyir:

- “Kərəmi” çal!

Rəmiş özünü bir az da cəmləyib mahnıya girişəndə, həmin adam onu yenə saxlayır və bu dəfə beş “şirvan” atıb deyir:

- “Kərəmi” çal!

Rəmiş üçüncü dəfə lap dərindən girişir mahnıya, bu dəfə iki əlliminlik gəlir və eyni söz:

- “Kərəmi” çal!

Rəmiş dözmür:

- Qardaş, mən nə çalıram bəs?

Bazburutlu adam:

- Sən “Kərəmi” çala bilmirsən!

Rəmiş küsür, nə qədər illah eləsələr də toyu atıb gedir. Musiqiçi dostlarını da gözləmir. Çıxır küçədə başlayır hirslə gəzişməyə. Birdən ağlına nə verirsə taksi tutub Ədalət qalan evə gəlir. Əhvalatı danışıb ustaddan “Kərəmi” havası çalmağı xahiş edir. Ədalət onun sözünü yerə salmır. “Kərəmi”ni çalıb bitirəndən sonra Rəmiş onun əllərini sıxır və deyir:

- Düz deyirmiş...

***

Aşıq Ədalət ağır avtomobil qəzası keçirmişdi. İndiki axsaqlığı ordan qalmadır. O, çox ağır vəziyyətdə olub. Hətta saz çala biləcəyi də sual altında qalıb. Ancaq bütün dostlar yığışıb ən yaxşı həkimləri tapırlar və onu xilas edirlər. Yenə əvvəlki kimi çalmağa başlayır. Özü bu barədə belə deyir:

- Gülkimicə ölüb canımı qurtarırdım bulardan, gəlib məni təzədən yığdırdılar, gətirib qoydular səhnəyə, sazı da verdilər qucağıma ki, çalmalısan! Ay balam, mənə heç rahatlıq olmayacaq bu dünyada?!

***

Qazaxda cavanlar Aşıq Ədalətin dalınca gedirlər. Ustadın saqqızını necə oğurlayırlarsa, heç evə dönmür, ayağında çəhrayı qadın şəp-şəpi minir bunalrın maşınına, gəlir evlərinə. Həyətdə düşəndə evin yaşlı qadını o boyda ustadın yağındakı şəp-şəpə baxıb təəccüb edir. Bunu hiss edən Ədalət deyir:

- Bajı, Həzrət Abbas haqqı mən belə avara adam-zad döyüləm. Yaxşı sənətkaram, yaxşı saz çalıram... Gördüm cavanlar çox həvəslidilər, day evə dönmədim, elə beləjə gəldim, siz narahat olmayın!

# 1102 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #