Segah oxuyan külək – Mina Rəşidin yeni şeirləri

Segah oxuyan külək – Mina Rəşidin yeni şeirləri
26 aprel 2017
# 11:56

Kulis.az Mina Rəşidin yeni şeirlərini təqdim edir.

Ay külək, sən də mənimtək

Bərk hirslisən, deyəsən.

Yerə-göyə sığışmırsan

Ağacları döyürsən.

Əsəbimi sərtliyinlə

Ora-bura çırpırsan.

Görürsən ki, dincəlmədim

Bir segah qaldırırsan.

Nə yaxşı ki, varsan, külək

Ürəyimdə əsirsən.

Mənimlə nəğmə deyirsən,

Mənimlə bir küsürsən.

Qar dənəsi

Türkü söyləyəlim, gəl

Qar dənəsi, səninlə.

Qəlbim sınıq-sınıqdı

Apar məni özünlə.

Billəm, yox olacaqsan

Varlığa gülə-gülə.

Mən də yoxam onsuz da

Əridim gilə-gilə.

Bu ağ-qara dünyada

Buz bağlayıb qapılar.

Kimsəm yox, qar dənəsi

Məni özünlə apar...

Yağış yuyar kədərimi

Yağış yağır... çox sevirəm

Yağışı seyr etməyi.

Yağışın sehrinə düşüb

Uzaqlara getməyi...

Balaca bir dünya qurub

Oynaram uşaq kimi.

Yağış yuyar kədərimi,

Görən tanımaz məni.

Həyat sanki, ürək yaxan

Qəmli nəğmə, hey kədər.

Hərdən bəxtəvər oluram

Yağışın ömrü qədər...

Bax, yenə də bir div gəlib,

Gözəl dünyamı yıxır.

Başım elə qarışıb ki,

Bir də görürəm yağır...

Üzü günəşə

Sərt küləkdə,

toz-duman içində

bir qadın gedir

üzü günəşə

günəş hələ görünməsə də...

bir qadın gedir

heç nəyə baxmadan

əllərində bənövşə...

Image result for mina rəşid

# 1528 dəfə oxunub

Oxşar xəbərlər

"Onunla dostluq anlayana başucalığı gətirər" - Kamal Abdulla

"Onunla dostluq anlayana başucalığı gətirər" - Kamal Abdulla

18:04 24 may 2025
Rayondan gəlmiş biri "şəhər romanı" yaza bilərmi? - Nuran Yaqub

Rayondan gəlmiş biri "şəhər romanı" yaza bilərmi? - Nuran Yaqub

13:47 23 may 2025
Bu yazı Allahdan qorxmadan, quldan utanmadan yazılıb - "Yad et məni" qalmaqalı

Bu yazı Allahdan qorxmadan, quldan utanmadan yazılıb - "Yad et məni" qalmaqalı

12:00 23 may 2025
8-ci kilometrin küçələrində dava eləmək üçün adam axtarırdıq - Kamal Abdulla

8-ci kilometrin küçələrində dava eləmək üçün adam axtarırdıq - Kamal Abdulla

12:00 22 may 2025
Zəlimxan Yaqubun şeirləri haqqında tam fərqli yazılar yazılmalıdır - Cavanşir Yusifli

Zəlimxan Yaqubun şeirləri haqqında tam fərqli yazılar yazılmalıdır - Cavanşir Yusifli

10:38 22 may 2025
Daim şər istəyən, ancaq xeyir törədən fəndgir Tanrı - Kilsədə metafizik macəra

Daim şər istəyən, ancaq xeyir törədən fəndgir Tanrı - Kilsədə metafizik macəra

09:45 22 may 2025
#
#
# # #