Kulis.az Con Steynbekin Nobel nitqini təqdim edir.
Zatı-aliləri, Min Vackra Fru, Xanımlar və Cənablar.
İsveç Akademiyasına mənim əsərimi bu yüksək mükafata layiq gördüyü üçün təşəkkür edirəm.
Dərin hörmət və ehtiram bəslədiyim digər ədiblərdən daha çox Nobel mükafatına layiq görüldüyüm üçün ürəyimdə şübhə var, lakin özümə qarşı duyduğum fəxr və qürur hissi ilə bağlı heç bir şübhə yoxdur.
Bu mükafatı qazanan şəxs üçün ədəbiyyat sahəsi və onun istiqaməti ilə bağlı şəxsi, yaxud elmi fikir söyləmək ənənəvi bir hadisədir. Ancaq belə bir xüsusi gündə, ədəbiyyat adamlarının yüksək vəzifə və öhdəliklərini müzakirə etmək daha yaxşı olardı.
Minnətdar olan və özünü günahkar hiss edən bir siçan kimi ciyildəmək üçün deyil, lakin peşəmdə və illər boyu bu işlə məşğul olan dahi və istedadlı şəxslər qarşısında fəxrlə bir şir kimi nərildəmək üçün həvəsləndirilməyimin səbəbi, dayandığım bu yerin və Nobel mükafatının bu cür şöhrətidir.
Ədəbiyyat boş kilsələrdəki moizələrlə, sönük və zəif tənqidi ruhaniliklə intişar etmir – o, eyni zamanda, monastra sürgün edilmiş, seçilmiş insanlar və ac, ümidsiz lovğa dilənçilər üçün olan bir oyun deyil.
Ədəbiyyat nitq qədər qədimdir. İnsanlar ona ehtiyac duyduğu üçün ədəbiyyat yaranıb və bu dəyişməyib, sadəcə ədəbiyyata olan tələbat artıb.
Ozanlar, bardlar (orta əsr Britaniya və Kelt mədəniyyətində şair-nəğməkar), yazıçılar ayrılmazdırlar. Başlanğıcdan onların rol, vəzifə və öhdəlikləri bizim nəsillərimiz tərəfindən qərarlaşdırılıb.
Bəşəriyyət çətin, problemli və qarışıq bir dövrdən keçir. Mənim böyük sələfim Uliyam Folkner artıq ruhla bağlı problemlər olmadığına görə, yəni sadəcə insan qəlbinin özü ilə mübarizə aparması barədə yazmağın daha vacib olduğunu burada çıxış edərkən qeyd etmiş, ona, belə uzun müddət davam edən universal qorxu faciəsi kimi istinad etmişdi.
Folkner bəşər övladının gücü və zəifliyindən başqalarından çox agah idi. O, bilirdi ki, qorxunu dərk etmək və qət etmək yazıçının var olmasının əsas səbəbidir.
Bu yeni bir şey deyil. Yazıçının qədim vəzifəsi dəyişməyib. O, inkişaf üçün qaranlıq və qorxulu xülyalarımızı işıqlandırmaqla bizim bir çox böyük səhv və qüsurlarımızı ifşa etmək məsuliyyəti daşıyır.
Bundan əlavə, yazıçıya qəlbin və ruhun əzəməti, məğlubiyyət zamanı cəsurluq, cəsarət, mərhəmət və sevgi üçün insanın təsdiq edilmiş qabiliyyətini göstərmək və tərənnüm etmək səlahiyyəti verilib.
Zəiflik və ümidsizliyə qarşı sonsuz mübarizədə ümid və rəqabətin əlvan yarış bayraqları dalğalanır.
Mən hesab edirəm ki, insanın mükəmməliyinə şövqlə inanmayan bir yazıçının nə yazısı ola bilər, nə də o, ədəbiyyat nümayəndəsi ola bilər.
Mövcud universal qorxu düşüncəmizdə olan qabarıq dalğalar və fiziki dünyadakı müəyyən təhlükəli amillərin manipulyasiyasının nəticəsidir.
Doğrudur ki, anlamanın digər mərhələləri hələ ki, bu böyük mərhələyə çatmamışdır, lakin onların bu mərhələyə çata bilmədiyini və ya bilməyəcəyini zənn etmək üçün heç bir əsas yoxdur. Əslində digər mərhələlərin bu mərhələyə çatdığına əmin olmaq yazıçıların məsuliyyətidir.
İnsanlığın təbiət zərərvericilərinə qarşı dönməz mübarizəsinin uzun və şanlı tarixi ərzində bəzən baş verən məğlubiyyət və ölümə baxmayaraq bizlər potensial qələbə ərəfəsində belə qorxaqlıq və axmaqlıq edərək səhnəni tərk edərdik.
Başa düşülə biləcək tərzdə desək mən Alfred Nobelin, kitablarda deyildiyi kimi tənha və mütəfəkkir bir şəxsin həyatını oxumuşam. O, yaradıcı və ya dağıdıcı gücə sahib olan, ancaq vicdan, ya da mühakimə ilə nizamlanmayan, seçim imkanı verməyən partlayıcı maddələr hazırlayıb başa çatdırdı.
Nobel ixtiralarından qəddar və qanlı şəkildə sui-istifadə edildiyini gördü. Ola bilər ki, o sınaq nəticələrinin ən böyük şiddətə - son dağıntılara gətirib çıxaracağını əvvəlcədən təxmin etmişdi. Bəziləri deyir ki, o laqeyd adam olub, ancaq mən buna inanmıram. Məncə o nəzarət sistemini, qoruyucu qapağı kəşf etmək üçün səy göstərirdi. Düşünürəm ki, o bunu nəhayət insan ağlı və ruhunda tapdı. Məncə, onun fikirləri bu mükafat kateqoriyalarında açıq şəkildə göstərilir.
Bu mükafat sahiblərinə ədəbiyyatın funksiyaları olan anlama və ünsiyyət-insan və dünyanın artmaqda və davam etməkdə olan biliyi təklif edildi. Həmçinin onlara bütün şeylərin kuliminasiyası olan sülhün nümayiş etdirilməsi təklif edildi.
Onun ölümündən 50 ildən az müddət sonra təbiətin qapıları bağlandı və bizə seçim etməyin çox böyük məsuliyyəti təklif edildi.
Bizlər bir zamanlar Allahın hesab etdiyimiz güclərini qəsb etdik. Qorxaraq və hazırlıqsız şəkildə bütün canlı varlıqların-bütün dünyanın ölüm və yaşamının idarəçiliyini öz üzərimizə götürdük.
Təhlükə, şan və seçim sonda bəşər övladında yer qılır. Beləliklə, onun mükəmməliyinin sınağı çox yaxındadır.
Allahın gücünə bənzər güclərə sahib olan bizlər bir zamanlar dua etdiyimiz tanrıların sahib olduğu məsuliyyət və ağılı indi özümüzdə axtarmalıyıq. Bəşər övladının özü bizim ən böyük təhlükəmiz, eləcə də yeganə ümidimizə çevrildi.
Ona görə də bu gün Müqəddəs Conun (Saint John – Həvari İohannı nəzərdə tutur – red. ) fikri burda yaxşı yerinə düşür:
Sonda Söz gəlir, Söz isə İnsandır. Və Söz İnsanlarladır.
İngilis dilindən tərcümə etdilər: Muradlı Mədinə və Cümşüdlü Ülviyyə