Kulis Səidə Haqverdiyevanın “Restoran” hekayəsini təqdim edir.
Ayrılıq çox ağırdı. Elə bil heç bir yerin ağrımadığı halda həkimə getmisən və orda çox pis xəbər alıb dəhlizdə çaş-baş dolaşırsan. Hey düşünürsən belə olmamalıydı axı, mən bu xəstəliyə yoluxmamalıydım. Axı niyə bura gəldim... Bir də insan xəstələnmədən həkimə getməz ki... Dediyin an bədənində bir şiddətli ağrı başlayar. Bu ağrı nə diş, nə baş ağrısına bənzəməz. Bu ağrı səni dərin bir kədərə qərq edər.
Sevdiyi adamdan ayrılmaq bədənində izahı olmayan bir xəstəlik kimidi, ağrısı amansızdı, dözümsüzdü, müalicəsi isə zamandı, uzun bir zaman... Gecənin yarısına kimi səfil-səfil tək-tənha gəzər insan. Ən yumşaq spirtli içkiylə başlayıb, ən tünd içkiylə bələ unuda bilməzsən ağrılarını. Sərxoş olmaq istəyərsən. Bütün yüngüllükləri edərsən. Masada telefonunu, alışqanını, hətta evin-maşının açarlarını unudarsan, amma onu, eşq acısını unuda bilməzsən. Bəzən hamıyla dərdləşmək istəyərsən, bəzən isə tək olmaq istəyərsən. Hamıdan qaçıb bir tənha yerdə bərkdən, lap bərkdən qışqırmaq istəyərsən. Gözünün son damlasına kimi ağlamaq keçər könlündən.
Telefonunun kitabçasında adı olan bütün qadınlarla danışarsan. Onlara eşq elan edərsən, amma bu içkinin sənə lay-lay dediyi vaxta qədər dəvam edər. Səhər hamıdan tez oyanarsan. Günə yeni bir həvəslə başlamaq istəyərsən, amma lənətə gəlmiş hansısa bir qoxu, mahnı, şer, söz onu sənə xatırladar. Ona tərəf qaçmaq, yazmaq, zəng vurmaq istəyərsən qüruruna əyilib evinin bir küncünə çəkilərsən. Hamını özünə dost bilərsən, bir isti qucaq axtararsan... Bu ana, bacı, dost qucağı yox sevdiyin insanın qucağını, nəfəsini hiss etmək istəyərsən. Havan çatışmaz, boğularsan, qaçmaq istəyərsən, lap uzaqlara qaçmaq... Unutmaq istəyərsən, gündə bir qadının ağuşuna girib unutmaq... Axmaq, əclaf, murdar olmaq istəyərsən. Hə, bax, mən həmin gün o haldaydım... Başlayaq!
O gün axşama kimi evdən çıxmamışdım. Bazar günü idi. Dostum, həm də iş yoldaşım İntiqam bizə gəldi. Pəncərənin pərdələrini kənara çəkib, onları taybatay açdı. Divanın qabağına qoyduğum balaca kürsüdən pivə şüşələrini, külqabını götürüb zibil qutusuna atdı. Sonra məni darta-darta hamama saldı. Duşu açıb zorla çimizdirdi. Evdə heç olmaya bir dəst təmiz paltarım olmadığından çirkli paltarlarımın arasından ən təmizini seçib mənə verdi. Geyinib evdən çıxdıq.
Onunla bərabər avtomobilinə tərəf getdim. Digər iki dostumuz da avtomobildə oturub bizi gözləyirdilər. Mən arxada Elçinin yanında oturdum. İntiqam sükan arxasına keçdi. Mühərriki işə salanda Elçin mənə gülümsəyərək dedi: “Səni cənnətə aparırıq”. Sonra da-İntiqam araq almağı unutma-deyəndə, düşündüm, yəqin kiminsə evinə gedirik. Restoranın qarşısında maşını saxlayanda, gözlərim kəlləmə çıxdı. Yəni belə şahənşah restoranda araq yoxdu. İçəri girəndə ofisiant danışığından belə başa düşdüm ki, restoran rəhbərliyi içki vermir. Gərək özün kənardan alasan. Türklərin belə bir sözü var “istəməm, yan cebimə qoy” nəysə.
Səhnəyə yaxın bir masada oturduq. Biz dörd kişi olduğumuzdan dörd nəfərlik bir masanı təklif etdilər, yanımızdakı bütün masalarda ailəvi oturub ad günü qeyd edirlər. Kimi uşağının, kimi özünün... İki dəqiqədən bir “Happy birthday to your” mahnısını oxuyurdular.
Yavaş-yavaş cənnət dedikləri məkan gözümdə cəhənnəmə dönürdü. Amma narazılıq etməyib, nəzakət xətrinə dostlarımla zarafatlaşırdım. Ürəyimdə buranın yerinə yaxşı bir bara da gedə bilərdik deyirdim. Durub ayaq yoluna getdim, həm siqaret çəkim, həm də bu əziyyətdən bir neçə dəqiqə də olsa uzaqlaşım. Amma dostlarım buna da imkan vermədilər.
Tez-tez telefonuma zəng atırdılar. İçəri qayıdanda elə bildim başqa yerdəyəm. Dostlarımız masasını tapa bilmədim. Əgər İntiqam ayağa durub məni adımla çağırmasaydı dəli olduğumu düşünəcəkdim. Artıq masamızla yan masada oturan xanımlar dostluq edirdilər. Dostlarım o xanımlarla tez-tez ayağa qalxıb rəqs edir, mənsə kənardan seyr etməyi üstün tuturdum. Hardasa saat onu keçmişdi, bizə yaxın masalardan birinə üç nəfər də gəlib oturdu. Mən düz onlara tərəf baxırdım. Bu üç nəfərdən biri altmış yaşlarında kişi idi, otuz beş yaşlarında bir xanım, bir də yanlarında balaca yaşını tam deyə bilməyəcəyim qız oturmuşdu.
Kişi qızın yerin dəyişib öz yanında oturtdu. Bir az oturmuşdular ki, bu qızcığaz meydana çıxıb əzələlərini tərpədərək oynamağa başladı. Ətrafda bütün kişilər bu qızın heyranedici rəqsini seyr edir, qarşılarındakı içkidən qurtumladırdılar. Mən başımı aşağı salmışdım, çünki yanında oturan kişi qabağa gəlib bir kənardan ətraf masalardan qıza baxan adamları süzürdü. Bu qız hər mahnıya ortaya gəlib oynayır, kişi isə bir kənarda durub qıza və qıza baxanlara göz qoyurdu. Sonra kim ki qıza ac gözlüklə baxır, kişi onlara yaxınlaşıb nəsə deyirdi. Dostlarım hərəsi bir qızı qucaqladıqlarından, mən də yanımdakı piyli xanımdan xoşlanmadığımdan ancaq kişiyə baxırdım. Sonra yenə siqaret çəkmək üçün kənara çəkildim. Bu vaxt həmin kişidə mənə yaxınlaşdı. Cibindən bir siqaret çıxardıb damağına qoydu, siqaret dodağına qoymağından bildim ki, çəkən deyil...
- Alışqanın var?
- Buyur- alışqanı ona tərəf uzatdım
- Yaman müştəriləri azalıb hə?
Sağa-sola baxdım-mənimləsiz?
- Hə, bəs kiminlə olacam... Sütunlarla danışası deyiləm ki... Əvvəllər adam çox olardı
- Mən ilk dəfədi gəlirəm, xəbərim yoxdu...
- Haralısan?
- Heç dəxli var?
- Var də... Mənim üçün yerin çox dəxli var.
- Mən yerdən deyiləm, göydən gəlmişəm Marsdan- deyib getmək istəyirdim, qolumdan tutdu
- Qıza yaman baxırdın ha, görürdüm...
- Qəşəng oynayırdı, ona isə hamı baxırdı.
- İstəsən bu gecə ancaq sənin üçün oynaya bilər...
- Evimdə bu boyda meydan yoxdu.
- Yataq var, əsas odu...
- Yoxdu, yerdə yatıram deyib-kişinin yanından uzaqlaşdım... Və vəhşi kimi yeyib-içməyə başladım. Saat hardasa on ikiyə az qalırdı, bizdən, bir də onlardan başqa restoranda heç kim yox idi. Qız gözlərini məndən çəkmirdi. Nə yalan deyim mən də ona baxırdım. Evə getmək vaxtıydı. Dostum mənim üçün taksi çağırmışdı, bir də sabahkı ad günüm üçün hədiyyələri var idi.
Onlar artıq kişiylə razılığa gəlmişdilər. Taksiyə oturdum, qızda yanımda oturdu. Dostum qulağıma-səhərə kimi sənindi, səhər kişi özü gəlib aparacaq. Evin ünvanın vermişəm. Kef çək bu gecə... –Sonra üzünü qıza tərəf çevirib-dostumun ad günüdü, çalış ad günü maraqlı keçsin- deyib qapını çırpdı.
Evə gəldik.
- Sən burda kirayə qalırsan?
- Hə, hardan bildin?
- Evinin səliqəsizliyindən. İnsan öz evini səliqəli saxlayır
- Sənin sabah ad günündü?
- Hə, ad günümdü, 27 yaşım olacaq.
- Mənim də... Sabah 15 yaşım olacaq.
- Neçə?
- 15 yaşım olacaq. Yaşım çox görsənir.
- Şirin ləhcən var
- Biz bir ildi kənddən gəlmişik. Orda dolanışığımız çətin idi. Anam bir qadınla tanış oldu, o da anama burda iş düzəltdi. Xırdalan tərəfdə bir kafedə işləyir. Qabyuyandı.
- Bəs atan...
- Atam, yoxdur ki, mən heç onu görməmişəm.
- Bəs o kişi?
- Onu dünən tanımışıq. Anamla kafedə tanış olublar. O məşhurlarla işləyir. Anam ona mənim gözəl oynadığımı deyib. O, da məni görmək istəyib. Anamla məni restorana o gətirmişdi. Anama dedi ki, məni məşhur rəqqasə edəcək. Bu gün rəqsə yazdırmalıydı, alınmadı.
- O qadın anan idi?
- Hə, oxşayıram?
- Oxşayırsan, sən kimləsə sevişmisən?
Ona viski təklif elədim. Çətinliklə içməyə başladı. Mən ona ikinci qədəhi verdim, sonra bərabər siqaret çəkdik. Bunu ona mən öyrədirdim. O danışmağa başladı.
- Hə, kəndimizdə bir oğlan var idi, birinci sinfə bir yerdə getmişik. O, məni istəyirdi. Sonra biz Bakıya gəldik. O kəndə qaldı.
- Yox elə demirəm, yəni öpüşdüyün adam olub? Qız cavab vermədi.
- Sənin üçün rəqs edim?-Mobil telefonunda nəsə axtara-axtara- Hamı deyir mən gözəl oynayıram...
- Yox, rəqs etmə, başım ağrayır, səs-küylü musiqi eşitmək istəmirəm.
Qız sözümə qulaq asmayıb, əcnəbi mahnın sədası altında ehtiraslı rəqs etməyə başladı... O doğrudan da gözəl rəqs edirdi. İnsanı özünə valeh edirdi. Bütün hisslərimi oyatmışdı. İndi mən dəli kimi onunla sevişmək istəyirdim. Elə o da bunu istəyirdi axı... Mən onun incə belindən tutub yavaş-yavaş öpməyə başladım. Elə bil çəmənlikdə insan əli dəyməyən gülə toxunurdum. Qucağıma alıb yataq otağına keçdim. O, çox ehtiraslıydı. Mənsə başı dumanlı. O, mənim qolumdan tutub hara çəksəydi, ora gedəcəkdim. Lap cəhənnəmə qədər gedə bilərdim. Bütün gecə onunla oldum. Nə vaxt yuxu tutub məni bilmirəm. Səhər onun telefonun səsinə oyandım. O çoxdan oyanmışdı, deyəsən artıq üzünü-gözünü boyamağa da vaxt tapmışdı. Zəng vuran kişiydi. Onun arxasınca gəlmişdi. Qız gələn zəngə cavab verib mənim yanımda oturdu. Başımı sığallamağa başladı.
- Arada görüşək, yaxşı? Mən gedirəm, durub qapını bağlaya bilərsən?
- Əlbəttə-adyalla aşağı hissəmi sarıdım. - Nömrəni ver mənə.
- Sənin nömrəndən özümə zəng vurmuşam. Axırıncı zəng mənimdi. Sənə tez-tez zəng vuracam.
- Yaxşı, danışdıq. Onunla sağollaşıb, yerimə qayıtdım. Bu vaxt İntiqam mənə zəng vurdu. Artıq həftənin birinci günüydü. İşə getməliydim. Dünyanın sonu olmadığını anlayırdım. Yeni bir günə, həyatıma yeni bir səhifə açacaqdım. Əgər qızın yatdığı tərəfə baxmasaydım. Hirslə onun mələfəsini çəkəndə yerə nəsə düşdü. Bu eorozol qutusu idi. Tanrım, həm azyaşlı, həm bakirə, həm də astma bir qızla olmuşam... Tanrım, mən yeni yaşıma neçə günahla girdim?
Başımı əllərimlə sıxdım. O, məni özüylə bərabər cəhənnəmin ən qaynar qazanın yanına gətirmişdi... Mən bədənimin yandığını hiss edirdim. Yadıma bir söz düşmüşdü, müəllifin kim olduğunu bilmirəm: “Qadına dünyanın hər üzünü kişi öyrədir. Qadınları günahlandırmaqdansa kişiləri tənbeh edin...”
Bu sözə görə bir neçə gün bundan öncə bir qızla yaman mübahisə etmişdim. Düz deyilib, mənim yanıma gələn o qız sadəcə rəqs etməyi bacarırdı, bütün günahı gözəl rəqs etməsi idi... Tez telefonuma əl atıb, ona zəng vurdum, amma telefonu söndürülmüşdü. Yatağımda ölü kimi uzanmışdım. Birdən məktub gəldi, dərhal telefonu əlimə aldım. Bu ayrıldığım sevgilimdən idi. O, mənə yenidən başlamağı, her şeyi unutmağı təkli edirdi...
Təzədən yerimə uzanıb qızın unutduğu 200 manatlıq aerozoldan iki dəfə boğazıma vurdum və dərindən nəfəs aldım... “Mən olmasam belə o başqa bir kişi ilə gedəcəkdi”