“Müasir Azərbaycan ədəbiyyatı” kitabı Sofiyada

“Müasir Azərbaycan ədəbiyyatı” kitabı Sofiyada
18 dekabr 2017
# 14:54

Tərcümə Mərkəzinin layihələrindən olan “Müasir Azərbaycan ədəbiyyatı” kitabı Sofiyada bolqar dilində təqdim olunub.

Mərkəzdən APA-ya bildirilib ki, Bolqarıstan Yazıçılar Birliyinin “Bclqarski pisatel” nəşriyyatında çap edilən kitabın təqdimat mərasimi Sofiya Milli Mədəniyyət Sarayında keçirilib. Tədbirdə tanınmış bolqar yazıçı və şairlər, tənqidçilər, o cümlədən Nobel mükafatına namizəd, yazıçı Anton Donçev, Müqəddəs Kliment Oxridksi adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska, Azərbaycan Respublikasının Bolqarıstandakı konsulu Kənan Məmmədov və digərləri iştirak ediblər.

Bolqarıstan Yazıçılar Birliyinin sədri Boyan Angelov deyib ki, Azərbaycan ədəbiyyatı bolqar oxucularına ilk dəfə bu kitabda geniş şəkildə təqdim olunur. Kitaba daxil olan əsərlər yüksək bədii keyfiyyətə malikdir: “Müasir Azərbaycanın ədəbi incilərindən ibarət belə bir gözəl toplunu oxuyan hər bir bolqar oxucusunda Azərbaycan xalqının zəngin mənəvi dünyası haqda aydın təsəvvür yaranacaq. Ölkəmizdə Azərbaycan ədəbiyyatına böyük marağın oyanmasına səbəb olacaq bu layihə ədəbiyyat tarixində misilsiz hadisədir. Biz Tərcümə Mərkəzi ilə əməkdaşlığımızı davam etdirməkdə qərarlıyıq”.


Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Azərbaycan ədəbiyyatının tarixi, müasir mənzərəsi və Mərkəzin son illərdə həyata keçirdiyi beynəlxalq əməkdaşlıqlar nəticəsində geniş müstəvidə dünyaya təqdim olunması haqda ətraflı məlumat verib.

Daha sonra Sofiya Milli Teatrının aktrisası Yonka İliyevanın ifasında Əli Kərim, İsa İsmayılzadə, Vaqif Səmədoğlu, Musa Yaqub, Ramiz Rövşən, Zakir Fəxri, Rüstəm Behrudi, Aqşin Yenisey, Leyla Əliyeva və Qismətin kitaba daxil olan şeirləri təqdim olunub.

Ardınca toplunu tərcümə edən şair və yazıçılar – İva Nikolova, Nadya Popova, İvan Yesenski, Dmitri Xristov kitabın nəşri və əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb, tərcümə etdikləri əsərlərdən bir neçəsini qiraət ediblər.

Tədbirin yekun çıxışında BYB-nin sədri B.Angelov kitabın Sofiyada daha beş təqdimat mərasiminin keçiriləcəyi və nüsxələrin ABŞ, Avropanın kitabxanalarına və elektron portallarına yerləşdiriləcəyi barədə məlumat verib.

# 2188 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

13:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər