Bu gecə itləri güllələdilər – Günün Şeiri

Bu gecə itləri güllələdilər – <span style="color:red;">Günün Şeiri
23 aprel 2019
# 10:33

Kulis.Az küçə itlərinin gündəmə gəlmə evrildiyini nəzərə alaraq “Günün şeiri” layihəsindən Qəşəm Nəcəfzadənin “Bu gecə itləri güllələdilər” şeirini təqdim edir.

Başçı küçədəki itlərə baxıb,

Yanında durana nə isə dedi.

Hər şeyi birinci duyan alabaş,

Bu gizli qorxunu hiss eləmədi.

Üç qorxaq balaydı, biri anaydı,

Üçü dümağ idi, biri qaraydı.

Götürdü küçəni hay- harayları,

Qaldı küçələrdə çörək payları,

Suları ağlaya - ağlaya qaldı.

Küçəni süpürən qoca qadın da

Balaca üzünü ovcuna aldı-

Bu gecə itləri güllələdilər.

Səsləri pəncərə şüşəsi kimi,

Asfalt döşəməyə səpələnirdi.

Uşaqlar yuxudan oyanırdılar,

Elə bil adamlar güllələnirdi.

Itin boğazından kəsilən çörək,

Asfaltın üstündə can verən ürək,

Allahı çağırdı, Allah baxırdı...

Allah eşidirdi, Allah bilirdi...

Çöldə taxılımız göyərməyirdi...

Itlərin səsləri göyə çıxırdı,

Ruzumuz, suyumuz yoxa çıxırdı.

Balaca ayaqlar, dümağ ayaqlar,

Sevdiyi torpaqdan qopa bilimirdi.

O yana - bu yana qaçırdı itlər,

Bir insan oğlunu tapa bilmirdi.

Bu gecə itləri güllələdilər,

Torpaq innən belə qan bitirəcək.

Ayağımız altda qalan çörəyi,

Görəsən küçədən kim götürəcək?!

# 4713 dəfə oxunub

Oxşar xəbərlər

"Ona həmişə bir cəncəl lazımdı" - Kamal Abdulla labirintdən niyə çıxmaq istəmir?

"Ona həmişə bir cəncəl lazımdı" - Kamal Abdulla labirintdən niyə çıxmaq istəmir?

15:00 15 sentyabr 2025
Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa...

Həmid Herisçi elə bilir ki, AYB-yə üzv olursansa...

09:00 11 sentyabr 2025
“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

“Ədəbi kruq”lar üslub rəngarəngliyinin və ideya zənginliyinin qarşısını alır - Anar Şamil

10:00 6 sentyabr 2025
Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər