Bu il Nobeli kimə verəcəklər? – RƏY

Bu il Nobeli kimə verəcəklər? – <span style="color:red;">RƏY
3 oktyabr 2017
# 13:33

Bu il Nobel Ədəbiyyat mükafatının veriləcəyi tarix açıqlanıb.

Kulis.az-ın Nobel komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qalib oktyabrın 5-i Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq.

Məlumat üçün bildirək ki, 2017-ci il Tibb üzrə Nobel mükafatının sahibləri artıq bəlli olub.

Fizika üzrə mükafatın sahibləri isə bu gün açıqlanacaq.

Digər sahələr üzrə qaliblərin açıqlanacağı vaxtlar da bəllidir; kimya üzrə mükafatın sahibi 4 oktyabr, sülh üzrə mükafatın sahibi isə 6 oktyabr tarixində açıqlanacaq.

Xatırladaq ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatı digər mükafatlara nisbətən gecikdi. Bunu İsveç Akademiyasında gedən gərgin polemikalara bağlayırdılar. Bu il isə yuxarıda da qeyd etdiyimiz kimi ədəbiyyat üzrə mükafatın verilmə tarixi artıq bəlli olub. Görünür, İsveç Akademiyasının nümayəndələri bu dəfə mükafatı kimə verəcəkləri barədə yekdil qərara gələ biliblər.

Bəs görəsən ədəbiyyat üzrə builki qalib kim olacaq? Həmişəki kimi bukmeker kontorları yenə öz ehtimallarını təqdim ediblər.

Böyük Britaniyanın “Ladbrokes” bukmeker kontorunun bugünkü nəticələrinə görə hələlik Keniya yazıçısı Nququ va Thionqo 5.00 əmsalla birinci yerdədir.

Yapon yazıçı Haruki Murakami 6.00 əmsalla ikinci, Kanada yazıçısı Marqaret Ətvud 7.00 əmsalla üçüncü yerdədir.

İsrailli yazıçı Amos Oz 11.00 əmsalla, suriyalı şair Adonis (Əli Əhməd Səid Əsbar) 13.00 əmsalla, italiyalı yazıçı Kladio Maqris 11.00 əmsalla ilk onluqda qərarlaşıblar.

Hər birinə 15.00 əmsal verilən çin yazıçı Yan Lianke ilə amerikalı postmodernist Don Delillo yeddinci və səkkizinci yerləri bölüşdürürlər.

Çex Milan Kundera (51.00), amerikalı yazıçılar Filip Rot (26.00), Coys Kerol Oats (26) və Tomas Pinçon (67), avstriyalı Peter Hendke (26), ispan Enrikue Vila-Matas (67) və britaniyalı Salman Rüşdi (81.00) onluqdan kənarda qalıblar.

İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatının keçən il dünyada daha çox musiqiçi kimi tanınan amerikalı Bob Dilana verilməsi ədəbi dairələrdə narazılığa səbəb olmuşdu.

# 1292 dəfə oxunub

Oxşar xəbərlər

"O, itaətkar mömin deyil" - Don Kixot, əslində, kimdir?

"O, itaətkar mömin deyil" - Don Kixot, əslində, kimdir?

13:56 4 iyul 2025
"Bu, ədəbi imitasiyadır" - Əli Novruzovun hekayəsi niyə alınmayıb?

"Bu, ədəbi imitasiyadır" - Əli Novruzovun hekayəsi niyə alınmayıb?

15:30 2 iyul 2025
Ədəbiyyatın xilası yalnız yazıçıların deyil, həm də...

Ədəbiyyatın xilası yalnız yazıçıların deyil, həm də...

09:34 23 iyun 2025
Nizami Cəfərovun azərbaycanşünaslığı - Rahid Ulusel

Nizami Cəfərovun azərbaycanşünaslığı - Rahid Ulusel

12:00 22 iyun 2025
Bədii mətnin sirlərini açan mətnlər

Bədii mətnin sirlərini açan mətnlər

10:00 22 iyun 2025
"Bugünkü televiziya proqramları bu əsərlərdən daha pornoqrafikdir" - Qismət

"Bugünkü televiziya proqramları bu əsərlərdən daha pornoqrafikdir" - Qismət

09:00 21 iyun 2025
#
#
# # #