Şolom Aleyxemin kitabı İsrailin səfirinə təqdim olundu

Şolom Aleyxemin kitabı İsrailin səfirinə təqdim olundu
18 may 2018
# 15:38

İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri cənab Dan Stav Azərbaycan Tərcümə Mərkəzində olub. Görüşdə Azərbaycan-İsrail ədəbi-mədəni əlaqələrindən, Mərkəzin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən, müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr edilmiş tanınmış yəhudi əsilli ədiblərin əsərlərindən, eləcə də İsrail-Azərbaycan ədəbiyyatları arasında ədəbi mübadilələrin inkişafına dair digər məsələlərdən söz açılıb.

Dan Stav: «Azərbaycan Tərcümə Mərkəzinin gördüyü işlər dünyanın mövcud durumu üçün olduqca mühüm və əhəmiyyətlidir. İsraildə, demək olar, irili-xırdalı bütün dünya xalqlarının ədəbiyyatları geniş yayılır və oxunur. Lakin təəssüflə bildirməliyəm ki, Azərbaycan ədəbiyyatını təmsil edən kitablara rast gəlinmir. Bu gün dünya ölkələri öz ədəbiyyatını beynəlxalq aləmə təqdim edir, bu sahədə institutlar, dövlət qurumları çalışır. İsraildə də belə bir Mərkəz mövcuddur. Bu Məkəz İsrail ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində kifayət qədər işlər görüb və görməkdədir. Düşünürəm bu, son dərəcə vacib, ciddi, xalqlar və ölkələr arsında qarşılıqlı anlaşma, tolerantlıq və dözümün yaradılmasına, qorunub saxlanılmasına xidmət edən şərəfli bir işdir.»

Görüşün sonunda Mərkəzin direktoru Afaq Məsud qurumun yeni nəşrlərindən olan dünya şöhrətli yəhudi əsilli yazıçı Şolom Aleyxemin kitabını qonağa təqdim edib.

# 1836 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər