Oğru Klara üçün “Qorotdel”ə buterbrod gətirən yazıçı

Oğru Klara üçün “Qorotdel”ə buterbrod gətirən yazıçı
20 fevral 2018
# 17:28

Kulis.az “Azərbaycan detektiv janrının banisi və ya Cəmşid Əmirov 100” yazısını təqdim edir.

1918-ci ildə Naxçıvan şəhərinin “Şirvanlar məhəlləsi”nin aşağı hissəsində “Böyük bağ” deyilən səfalı yerdə “Kəblə Musa” çeşməsinin yaxınlığında Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq detektiv janrının banisi olan Cəmşid Əmirov dünyaya göz açıb...

1937-ci ildə atası Cabbar Əmirov həbs edilir və 10 il müddətinə azadlıqdan məhrum olur. Beləliklə Cabbar kişinin həyat yoldaşı Tərlan xanım dörd uşaq və “yolunu gözlədikləri”, dünyaya göz açandan ata həsrətində qalan körpəsi ilə birgə başsız qalır.

Bu keçmiş günlərin acı bir xatirəsini kinolenti kimi göz önünə gətirən Cəmşid belə bir əyilməz kişinin övladı idi. Cabbar kişinin şərlənib həbs edilməsi, qundaqda yatan uşağın həyat hadisələrindən xəbərsizliyi, həmçinin böyük qardaşı Əlinin “xalq düşməni”nin övladı adı daşıdığı üçün Moskvada gizli şəkildə təhsil aldığından ailənin ağırlığı Cəmşidin üzərinə düşürdü... Cəmşid nəşriyyat işində müxtəlif vəzifələrdə çalışıb böyük bir ailəni dolandırmalı idi...

Bakıda yeddi sinfi bitirən Cəmşid sənədlərini N.Nərimanov adına texnikuma verərək kimya fakültəsinə daxil olur. Tələbəlik illərində ədəbi yaradıcılığa maraq göstərən Cəmşid kiçik hekayə və məqalələr yazsa da, lakin onları çap etməyə tələsmirdi. O, texnikumu bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye institutuna daxil olur və müəyyən səbəblərdən oranı yalnız 1966-cı ildə bitirir.

Ədəbi yaradıcılığa böyük həvəs göstərən yazıçı “Azərbaycan idmançısı”, “Gənc işçi” və bir çox mətbu orqanlarında ədəbi işçi, məsul katib, redaktor müavini vəzifələrində çalışır. Vətən müharibəsi başlayanda C.Əmirov “Əzizbəyovneft” trestində mühəndis-geoloq işlədiyinə görə ona verilən brondan (xüsusi şəxslərə verilir) istifadə etməyərək könüllü cəbhəyə yollanır. Vətən müharibəsinə sıravi əsgər kimi gedən yazıçı ön cəbhədə Almaniya, Polşa, Çin, Avstriya, Çexoslovakiya ölkələrində şücaət göstərərək orden və medallarla vətənə qayıdır.

Müharibədən sonra C.Əmirov bir çox qəzet və jurnallarda məsul vəzifələrdə işləyir. O eyni zamanda bədii yaradıcılıqla da məşğul olmağı unutmur. Yazıçının ilk mətbu əsəri 28 avqust 1946-cı ildə “Azərbaycan gəncləri” qəzetində dərc etdirdiyi “Dəqiqələr, saniyələr” oçerkidir.

Bundan sonra C.Əmirov ədəbi yaradıcılıqla bərabər “Bakı” və “Baku” qəzetlərində əvvəl xüsusi müxbir, sonra isə şöbə müdiri vəzifəsinə irəli çəkilir. Yazıçı qəzetdə əsasən idman xəbərləri haqqında yazılar dərc etdirirdi. Maraqlı budur ki, C.Əmirov başqaları kimi saatlarla masa arxasında oturub məqalə yazmırdı. O yalnız “obyektlə” tanış olduqdan sonra makinaçı qıza yazını bədahətən diqtə edərdi. Yazıçı yalnız geniş həcmli əsərlər yazanda masa arxasına keçərdi. O həmçinin redaksiyaya rus dilində təqdim edilmiş yazıları peşəkarlıqla dilimizə çevirərdi.

O, “Bakı” və “Baku” qəzetlərinin daha da maraqlı və oxunaqlı olması üçün respublikada olan cinayətlər haqqında məlumat rublikası açmaq təklifini verir. C.Əmirov məhkəmədə baxılmış cinayətlərə aid oçerklər, müxtəlif bölgələrdə olan kriminal hadisələr barədə yazılar hazırlayırdı. C.Əmirovun həmin məhkəmə sənədləri ilə tanışlığının, hüquq-mühafizə orqanları ilə yaxından əməkdaşlığının nəticəsi idi ki, 50-ci illərin hadisəsi sayılan, geniş oxucu marağına səbəb olan “Sahil əməliyyatı” povestini yazır.

Təsadüfi deyil ki, respublikadan kənarda da oxucu marağına səbəb olan bu əsər kinematoqrafçıların diqqətini cəlb etməyə bilməzdi. Məhz buna görə də əsərin ssenarisinin yazılması üçün yazıçıya müraciət olunur və nəticədə həmin povest əsasında “İstintaq davam edir” filmi çəkilib, nümayişə buraxılır. Düzdür ssenarini yazmaq üçün C.Əmirova Moskvadan M.Maklarovski soyadlı bir müəllif də göndərilir. Bu da təbii idi. Çünki müttəfiq respublikalar tərəfindən kəşfiyyat və əks-kəşfiyyat haqqında sərbəst çəkiləcək filmə Moskva heç bir vəzhlə razı ola bilməzdi.

Yuxarıda qeyd edildiyi kimi əsərin mövzusu kəşfiyyat və əks-kəşfiyyatdan söhbət açıldığına görə onun çəkilişinə ciddi nəzarət var idi. Məhz bu çəkilişə nəzarəti isə respublikanın dövlət təhlükəsizlik idarəsinə tapşırılmışdı. Həmin vaxtlar respublikanın təhlükəsizlik idarəsinə Sviqun soyadlı general rəhbərlik etməsinə baxmayaraq, filmin çəkilişinə nəzarət Azərbaycanın ümummilli lideri, o zaman ko¬mitənin sədr müavini olmuş Heydər Əliyevə həvalə edilmişdi.

Həmin filmin yaradıcı heyəti və çəkilişə kənardan mü¬şahidə edənlərin fikrincə H.Əliyevin şəxsi nəzarəti olmasaydı “İstintaq davam edir”in müvəffəqiyyəti şübhə altında ola¬caqdır. Hərbi katerlərin, vertolyotların və bu kimi ağır heyə¬tin çəkilişə cəlb olunması nəinki o dövr üçün, hətta indiki dövrdə də asan məsələ deyil. Lakin H.Əliyevin şəxsi təşəb¬büsü və səyinin nəticəsi idi ki, filmin yaradıcı heyətinin işini kifayət qədər asanlaşmasına şərait yaranırdı.

Film sona çatanda artıq C.Əmirovun “Brilyant məsələsi”, “Qara volqa” romanları oxucuların stolüstü kitabına çevrilmişdi. Respublikamızın hər yerində C.Əmirovun əsərlərindən danışılır, disputlar, oxucu görüşləri keçirilir, müzakirələr aparılırdı. Bir sözlə həmin dövrlərdə artıq C.Əmirov bir milli qəhrəmana çevrilmişdi.

Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə macəra janrına müraciət edən görkəmli yazıçı Cəmşid Əmirovla “tanışlığım” 1963-cü ildən başlamışdı. Bu “tanışlığı” yaradan, yazıçının “Brilyant məsələsi” əsəri o vaxtlar mənim uşaqlıq yaddaşımda silinməz izlər buraxmışdır. “Brilyant məsələsi”nə maraq o qədər güclü idi ki, artıq əl-əl gəzən bu əsər öz “məcrasından” çıxmışdı. Artıq həmin dövrdə bu kitabı əldə etmək bir müşkülə çevrilmişdi. Nəinki kitab köşklərində əsəri tap¬maq qeyri-mümkün idi, hətta kitabxanalardan alıb oxu¬maq belə oxucular arasında böyük bir növbə yaranmışdı. Oxucular bu kitabı əldə etmək üçün hər gün kütləvi kitabxanalara mü¬raciət edir, növbəsinin nə vaxt çatacağını səbirszliklə gözlə¬yirdilər. Əsəri yalnız kitab alverçilərindən əldən etmək olar¬dı. Onlar da “Brilyant məsələsi” əsərinin qiymətini fan¬tas¬tik dərəcəyə çatdırmışdılar.

“Brilyant məsələsi” oxucular tərəfindən necə sevinclə qar¬şılandığı, əsərdə olan surətlərin həyatdan götürülüb-götürül¬mədiyi haqda C.Əmirova gələn məktublarda, onunla keçirilən görüşlərdə öz əksini tapıb.

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində yazıçıya müxtəlif bölgələrdən gələn məktublar saxlanmaqdadır. Məhz həmin məktublarda oxucular əsərdə olan Yədullanın, Klaranın şəxsiyyəti ilə maraqlanır, həmin cinayətkarların doğrudan da həyatdan götürülüb-götürülmədiyini bilmək istəyirdilər. Oxucular həmçinin bu cinayətkar dəstə ilə mübarizədə fədakarlıq gös¬tərən kapitan Əli Rüstəmov haqqında da məlumatlandırılmalarını xahiş edirdilər.

Bu suallara cavab verməzdən öncə qeyd etmək istərdik ki, yazıçı görüşlərində qələmə aldığı insanları həyatdan götür¬düyünü etiraf etmiş, lakin həmin şəxslərin bəzilərinin adla¬rında müəyyən dəyişikliklər etdiyini də bildirmişdi.

Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində C.Əmirovun adına açılmış şəxsi fondun¬da saxlanılan, iki məktub diqqəti cəlb edir. Həmin məktubun birində Yədulla haqqında məlumat verməyi xahiş etməklə yanaşı onun Yevlax şəhər xəstəxana¬sında yatdığını da oxucu israr edir.

Həmin bölgədə yerləşən xəstəxananın tibb bacısı yazıcıya yazdığı məktubda onun “Brilyant məsələsi” əsərində “Tapan¬ça” ləqəbli Yədulla ilə tanış olduğunu göstərir. Məktub müəl¬lifi qeyd edir ki, həqiqətən də tanış olduğu Yədulla yazıçının təsvir etdiyi qatı cinayətkardır. Məktub müəllifi sonda yazı¬çıya müraciət edərək göstərir ki, əsərdə təsvir etdiyi cizgilər həmin xəstədə var. Bilmək istəyir ki, doğrudan da “Brilyant məsləsi”ndə yazıçının təsvir etdiyi Yədulla aramızdadır.

Yazılan məktublarda haradasa bir həqiqət var. Çünki C.Əmirov yuxarıda qeyd etdiyimiz əsərdə olan surətlərin hə¬yatdan götürüldüyünü qeyd etdiyinə görə oxucuların bu fikrə gəlməsi onlara əsas verir. Nəticədə oxucular öz aralarında həmin cinayətkarları axtarmaq məcburiyyətində qalırlar.

Bu məktubdan sonra yazıçı həmin rayonun polis rəisi ilə əlaqə saxlamış və tibb bacısının qeyd etdiyi 30–35 yaşlı Yədulla barədə məlumat verməsini xahiş etmişdir.

Nəticədə yazıçının rayon polis şöbəsinin rəisindən aldığı məktubdan aydın olur ki, yuxarıda qeyd edilən Yədulla heç də həmin şəxs deyilmiş.

“Həmin Yədullanın artıq 70 yaşı var, o xəstəxanada ağır xəstəlikdən əzab çəkir. O vaxtı ilə Seyfulla adlı bir nəfəri qumar üstündə öldürmüş və nəticədə 10 il həbs cəzasına məhkum olunmuşdu”.

Bir məsələni xatırlatmaq istərdik ki, oxucuların əksəriyyəti C.Əmirovu yazıçıdan çox bir hüquq mühafizə işçisi olduğunu da zənn edirdilər. Hətta cinayət aləminin üzvləri belə onu bir müstəntiq bilirdi.

Əsərdən fərqli olaraq cinayət aləmində cibgir kimi tanınan, ömrünün 30 ildən çoxunu keçmiş SSRİ-nin müxtəlif cəzaçəkmə müəssisələrində keçirmiş “Brilyant məsələsi”nin diqqət çəkən üzvlərindən Klara ömrünün son günlərində keçmiş xatirələrini beləcə vərəqləyir:

“Müstəntiqim də kim olsa yaxşıdı? Cəmşid Əmirov”.

Daha sonra Klara Cəmşid Əmirov haqqında xoş bir xatirə söyləyir:

“Allah ona rəhmət eləsin. Çox yaxşı adamıydı. Allah haqqı, mənimlə qızı kimi rəftar edirdi. Ya bir dəfə səsini qaldıra üstümə, ya söyə, vura. Yox! Qətiyyən onda belə şeyləri gör¬mə¬dim. Əksinə o vaxt «Qorotdel»də (Bakı şəhər idarəsi – A.K.) nə şərait olasıydı ki, hamam yox, saçımı daramağa im¬kanım yox. Bit-birə də day nə qədər desən. Uzun, qalın hörüklərim vardı. Saçımı bit basıb, əyin-başım pis gündə. Verilən yeməkləri yeyə bilmirdim. Bir sözlə vəziyyətim ağırıy¬dı. Cəmşid Əmirovun iri qara portfeli vardı, gəlib otağa daxil olan kimi qoyurdu stolun üstünə. Evdən gətirdiyi buterbrodları çıxardıb zorla yedirdirdi mənə. Düzü, nə qədər ac olsam da, çəkinirdim, utanırdım. O kişi isə əl çəkmirdi, onların hamısını yedirdib, üstündən də su içəndən sonra baş¬layırdı söhbətə. Mənim belə gənc yaşımda ölüm hadisəsiylə bağlı ora düşməyim çox ağır gəlirdi ona. Nəslimi, kökümü tanıyırdı, ba¬şımıza gələn müsibətlərdən xəbərdar idi. Və bu yola düşmə¬yimin səbəbləri ona aydın idi. Bütün bunlara görə də heyfslə¬nirdi, əzab çəkirdi. Əlindən gələn yaxşılığı edirdi mənimçün…

Nəsə, bu gün də o kişini böyük hörmətlə xatırlayıram”.

Qeyd edək ki, uşaq yaşlarından məcburiyyət qarşısında cinayət aləminə düşən bu qızcığazın atası 1938-ci ildə Mir Cəfər Bağırovun “Qara siyahı”sına düşmüş bolşevik Ağa¬baba Yusifzadə olmuşdur. Ömrünü sovet hakimiyyətinə həsr etmiş bir insanın övla¬dının həyatı faciə ilə nəticələnmişdi.

“Brilyant məsələsi”ndən sonra yazıçının “şah əsəri” sayılan “Qara volqa” romanıdır. Bu əsər polis detektiv janrında yazılmışdı. Cəmşid Əmirov yuxarıda qeyd etdiyim yazıçılar kimi qəhrəmanlarının xarakterini göstərməyi, onların keçdiyi yolları açmağı vacib sayırdı. Klassik detektiv əsərlərdə əşyalar sübut, dəlil kimi göstərilirsə, C.Əmirovun əsərlərində insan önə çəkilib. Yazıçını ilk növbədə insanın psixologiyası maraqlandırır.

“Qara volqa” polis detektivi janrında yazılmış yarımsənədli nəsr əsəridir. O real sübutlara və hadisələrə əsaslanır. Burada ilk olaraq müəllifin fantaziyası əsərə bədii elementləri gətirir. “Qara volqa” özündə macəra və klassik detektiv janrı, yəni “içəridən bağlanmış otağın” mövzusunu cəmləşdirir. Lakin janr xüsusiyyətinə görə bu əsər polis romanıdır.

Əsər nəşr olunandan sonra respublikada gözlənildiyi kimi böyük sevinclə qarşılandı. Çünki “Qara volqa” əsərindən öncə Cəmşid Əmirov “Sahil əməliyyatı”, “Brilyant məsələsi” əsərləri ilə geniş oxucu kütləsinin rəğbətini qazanmışdı. Yazıçının bu əsəri isə artıq onu əlçatmaz zirvəyə qaldırmışdı. Oxucular arasında C.Əmirovun yaradıcılığı diqqət mərkəzində idi. Onun haqqında əfsanələr dolaşmağa başlayırdı.

Cəmşid Əmirovu bir yazıçı kimi səciyyələndirən başlıca səbəb onun əsərlərinin vahid bir mövzuya bağlı olmasından irəli gəlir. Bu mövzular ilk növbədə asayişimizin keşiyində mərdliklə dayanan polis işçilərinin ağır və çətin həyatlarından götürülməsidir. Məhz bu baxımdan “Qara volqa” əsəri də əvvəlki əsərləri kimi yazıçının uğuru sayıla bilər.

“Qara volqa” əsərinin oxucular tərəfindən necə qarşılanması müəllifə gələn məktublarda öz əksini tapmışdır. Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan bir məktuba diqqət edək. Oxucu yazır:

“Bəs o əsər hansı əsərdir ki, oxucu üçün ən müvəffəqiyyətli əsər hesab olunur? O, əsər C.Əmirovun əsəridir.

Mən iftixar hissi ilə deyə bilərəm ki, bu əsər ən müvəffəqiyyətli bir əsərdir. Müvəffəqiyyətli əsər, müvəffəqiyyətli müəllif tərəfindən yaradılır. Müvəffəqiyyətə isə asanlıqla nail olmaq mümkün deyildi. Müvəffəqiyyətə nail olmaq üçün müəllif keçilməz yollar keçir, aşılmaz dağlar aşır”.

Doğrudan da C.Əmirov bu əsəri sona çatdırmaq üçün nəinki polis orqanlarının əməkdaşları ilə, hətta cinayət aləminin kiçik üzvlərindən ta “vor zakon”lara qədər insanlarla görüşmüş, söhbət etmişdir. Yazıçı bəzən özünü ölümün pəncəsinə atıb, ağır əməliyyatlarda polis işçiləri ilə bir sıraya durar, əməliyyat başa çatandan sonra müstəntiqlərlə birgə dindirilmədə iştirak edərdi.

Məhz bunun nəticəsi idi ki, “Qara volqa” yazıçının digər əsərləri kimi əldən-ələ gəzən, hamının maraqlandığı, həyəcanla oxuduğu bir kitab oldu.

“Qara volqa” ilk dəfə 50 min tirajla nəşr olunsa da, lakin oxucuların davamlı tələbi nəticəsində nəşriyyat əsəri yenidən 50 min nüsxə ilə çap etməyə məcbur olur.

Qısa bir zamanda 100 min tirajla çap olunan “Qara volqa” kitab köşklərində “qeybə çəkilir”. Əsəri əldə edə bilməyən oxucular məcburiyyət qarşısında “qara bazar”a üz tuturdular. Maraqlıdır ki, asayişin keşiyində duranların çoxu bu əsəri əldə etmək üçün “qara bazar”a müraciət etməli olurdular. Onlar bu “alverin”qarşısını almaqda “aciz” idilər. Əsər işıq üzü görəndən sonra idarə və müəssisələrdən, kitabxanalardan, muzeylərdən, respublikanın müxtəlif bölgələrindən yazıçı ilə görüşlər təşkil etmək üçün müraciətlər olurdu. Əsərlərini əldə edə bilmədiklərinə görə təəssüf keçirdiklərini yazıçıya yazılan məktublarda öz əksini tapmışdı. Hətta MDB-nin müxtəlif respublikalarında C.Əmirova bu mövzularda tez-tez müraciətlər olunurdu. Bəzən yazıçıdan kitab göndərməsini də xahiş edirdilər. Əgər idarə və müəssisələrin birində bir kitab əldə edilməyə nail olunurdusa o zaman oxumaq üçün aralarında böyük növbə yaranırdı, növbəsi çatanın oxumağına bir, yaxud iki gün vaxt verilirdi.

Həmin əsərin çapından illər keçməsinə baxmayaraq yolumu şəhər kitabxanaların birinə saldım. “Qara volqa”nı istədim. Kitabxanaçı mənə “əldədir” – deyib bir neçə gündən sonra gəlməyimi xahiş etdi.

C.Əmirov 1969-cu ildə “Mənim əsl məhəbbətim” adlı əsərini bitirir. Həmin ildə “Azərbaycan” jurnalında əsər ixtisarla çap olunur və oxucular tərəfindən maraqla qarşılanır. Yazıçıya respublikanın müxtəlif bölgələrindən gələn məktublarda, həmçinin ayrı-ayrı idarə və müəssisələrdə keçirilən görüşlərdə oxucular tərəfindən verilən suallara C.Əmirovun aşağıdakı cavabı yazıçının Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan şəxsi fondunda öz əksini tapıb: “...Mənim əsl məhəbbətim”ə gəldikdə deyim ki, bu mənim onillik zəhmətimin bəhrəsidir. Qısa desəm bu mənim üçün “şah əsərdir”. Mən bu əsəri ya əsl yazıçı kimi tamamlayacağam, ya da (Allah eləməmiş) qələmi yerə qoymalı olacağam”...

Görünür, yazıçıya hücumlar o qədər kəskin vəziyyət alırdı ki əsəri istədiyi şəkildə bitirmədiyi təqdirdə onu sona qədər yazmayacağını qabaqcadan oxuculara bildirirdi.

C.Əmirov sonradan ona yazılan məktublara cavabında romanın 1970-ci ildə “Azərnəşr” tərəfindən çap olunacağını bildirsə də, lakin əsərin işıq üzü görməsi qeyri-müəyyən vaxta qalır.

Qeyd edək ki, yazıçının əsərləri nəşriyyatlara küllü miqdarda gəlir gətirməyinə baxmayaraq uzun illər C.Əmirovun əsərlərinə müraciət edilmirdi. Yalnız 13 ildən sonra C.Əmirovun “Şəhər yatarkən” kitabı işıq üzü görür. Bu yeni kitab nəinki yazıçıya, onun əsərlərini səbirsizliklə gözləyən oxucalara da baha başa gəlir.

Əsəri əlinə alan yazıçı kitabda dəhşətli dərəcədə gedən ixtisarları görüb, üzü birdən-birə dəyişir. Xəstəxanada yatan atanı sevindirmək üçün kitabı gətirən Çingiz atasının halının dəyişdiyini görüb həkimi çağırmaq istəyir. Lakin Cəmşid müəllim ona imkan verməyərək:

“Xainlər bu kitabla axırıma çıxdılar”– deyib bir neçə saatdan sonra gözlərini həyata əbədi yumur.

Aslan Kənan

# 3035 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #