Çin və yapon kannibalizmi, ya bir əsərin hay-küyu? 

Çin və yapon kannibalizmi, ya bir əsərin hay-küyu? 
8 iyun 2011
# 16:00

Çin və yapon kannibalizmi, ya bir əsərin hay-küyu?

Bu yaxınlarda internet saytlarında yaponların uşaq yemələri ilə bağlı heyrətamiz videolar və fotoşəkillər yayıldı. Yaponlar abort olunmuş uşaqların ətindən müxtəlif növ yeməklər hazırlayır və yeyirlər. Abort olunmuş uşaqları iştahla yeyən yaponların qədim insanın düşüncəsinə qayıtması insan nəslinin məhvinə yönəlmiş ilk addım sayıla bilərmi? Bu qədər iyrənc sayıla biləcək addımın tibbi və psixoloji əsasları varmı?

10 dollardan 570 dollara qədər

Xarici mətbuatın məlumatına görə, “adamyeyən” yaponlar üçün əsas bazar Çindir. Bu ölkədə demoqrafik vəziyyətlə əlaqədar hər ailədə ikidən artıq uşağın olmasına icazə verilmədiyi üçün gündə minlərlə abort olur. Yaponların “adam əti satılan” Çin bazarlarından aldıqları ətin kiloqramı 10 dollardır. Amma Çində “adam ətindən hazırlanan” delokoteslərin, xüsusilə şorbaların qiyməti çox bahadır. Ana bətnindən 6-7 aylıq çıxarılan uşaq ətindən hazırlanan şorbanın qiyməti 450-570 dollar arasındadır. Çin həkimlərinin fikrincə, bu yemək tonusu qaldırır, yaşlı kişilərdə potensiyanı artıra bilir.
Buna səbəb isə uşaq ətində vitaminlərin çox olmasıdır.

Bunun adı – kannibalizm!

Yaponların və çinlilərin bu hərəkətinin adı isə elmi ədəbiyyatda kannibalizmdir. Kannibalizm öz nəslindən olanı yeməkdir. Kannibalizm əslində heyvanların qida catışmadıqda öz nəslini yeməsinə deyilir. Bu, yırtıcılara xas olan əlamətdir. Yırtıcı balıqlar, pişiklər, digər heyvanların öz nəslindən olanı yeməsinə rast gəlinir.

Elmi məlumatlara görə, 5 milyon il bundan əvvəl Cənubi Afrikada yaşamış avstralopiteklər (cənub meymunu ) kannibal olub. Avstralopitekləri 2 milyon il bundan əvvəl yaşamiş bacarıqlı insanlar (Homo habilis) əvəz edib. Afrikada qalıqları tapılmış bu canlılar da yırtıcı idilər. Sonuncu nümayəndəsi 28 min il bundan əvvəl məhv olmuş neandertallar (qədim insanlar) da kannibal idilər. Onlar nəslinin qocalmış, xəstə nümayənlərini yeyirdilər.

Kannibalların sonumu?

Kromanyonların (ilk müasir insanlar) 40-50 min il əvvəl Fransanın Kromanyon kəndində tapılmış qalıqları artıq bu insanların kannibal olmadıqlarını göstərir. Təsəvvürlərini rəsm şəklində divara çəkən ilk insan qocaları heyvanların hücumundan qoruyur, özləri də artıq nəslinin nümayəndlərini yemirdilər. Kromanyonlarda dini inancların ilk rüşeymləri də vardı. İnkişaf etmiş insan qruplarının məhvinə həm də təcrübələrin və ənənələrin daşıyıcısı olan qocaları yemələri səbbə olurdu. Kromanyonların bu “ənənədən” imtina etməsi insan nəslinin artımına və yer üzündə qalmasına, ənənələrin yaranmasına səbəb oldu.

Bir əsərin “hay-küyü”

Xarici mediada yayılan başqa bir məlumatda yapon və çinlilərin adam əti yemələri təkzib olunur. Bildirilir ki, əslində bu, Qərbin, xüsusilə ABŞ-ın Çinə və Yaponiyaya qarşı apardığı antitəbliğatın tərkib hissədir. Məlumata görə, görüntülər 2000-ci ildə Şanxay sənət festivalında çinli rəssam Zhu Yunun “Eating babies” (“Körpələri yemək”) adlı əsərinin nəticəsidir. O, ördək və oyuncaq körpə uşaq başından istifadə edərək, fantaziyasını işə salıb və nəticədə dünya mediasında çinlilər və yaponların uşaq yeməsi barədə məlumatlar yayılıb. Əslində isə indi yayılan görüntülər də həmin əsərdəndir. Bu da yayılan versiyalardan biridir.

# 4068 dəfə oxunub

Oxşar xəbərlər

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

14:00 17 yanvar 2026
Qarabağı riskə atardım, Cincilimi yox...  - Təvəkkül Boysunar

Qarabağı riskə atardım, Cincilimi yox... - Təvəkkül Boysunar

17:30 16 yanvar 2026
"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

14:00 16 yanvar 2026
"O,  Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

"O, Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

12:00 16 yanvar 2026
Yaddaş pоеtikasının ən maraqlı təzahürü  - Kamal Abdulla  sərhədi bilərəkdən necə pozur?

Yaddaş pоеtikasının ən maraqlı təzahürü - Kamal Abdulla sərhədi bilərəkdən necə pozur?

15:30 14 yanvar 2026
Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər