Camal Sürəyyanın bir günü

Camal Sürəyyanın bir günü
26 noyabr 2012
# 08:00

Camal Sürəyya müasir türk poeziyasının ən öndə gələn simalarındandır. Kulis.az Azərbaycan oxucusuna onu daha çox “gece on ikidən sonra bütün içkilər şərabdır” misralarıyla tanınan şairin gündəlik həyat tərzi ilə bağlı qeydlərini təqdim edir.

Hansı bir günümü danışsam məni tam ifadə etməz. Heç bir günüm bir-birilə üst-üstə düşmür, ona görə deyirəm. Hələ bu son günlər. 24 saatımı necə keçirdiyimi soruşsaydınız daha düzənli bir şey ortaya çıxardı. Amma yenə də bir-iki şey danışım.

İstanbulda amma Kadıköydə yaşayıram. Bu “amma” biz kadıköylülər üçün çox böyük mənası olan sözdü. Daha doğrusu bizi ifadə edən sözdü. Kadıköylülər iş məsələləri və məcburiyyət olmasa İstanbula heç gəlməzlər. Kadıköy onlara kifayətdi. Həm də Kadıköy qəsəbə xüsusiyyətini itirməyib. Oradakı dostluqlar məhəllə dostluqları kimidi.

Yuxarıda dediyim kimi günüm günümə uymur, amma yenə də bütün olanlar Kadıköydə baş verir. Saqqızağacı deyilən yerdə qalıram. 13 yaşlı oğlum Memo Əmrahla birlikdə. O, cümə, şənbə və bazar günlərini anasıyla keçirir. Bu günlərdən başqa qalan hər gün evə gəliş və çıxış saatlarımı onun dərs və başqa məşğuliyyətlərinə uyğun planlaşdırıram.

Mənim üçün günün ən mənalı saatları səhər 4-9 arasıdır. İşləməyim, qurduğum xəyallar həmişə günün bu saatında baş verib. Tez yatdığım üçün əsasən saat 4 ya da 5-də oyanıram. Ona görə də doqquz olan kimi bir yorğunluq çökür üstümə. Yuxusuzluq. Həmin vaxt heç olmasa yarım saat yatmalıyam, yatsam yaxşı oluram. Yatmasam bütün günüm sərsəm kimi keçəcək. Sübh saatlarını oyaq keçirməyə alışmışam. Hətta deyərdim bu mənimçün bir adət-ənənədir. Görəcəyim bir işim olmasa belə bu belədir. O ara bəlkə də 10 stəkan çay içirəm.

Cümə və şənbə günləri artıq vəziyyət dəyişir, Memonun evdə olmadığı günlər yəni. O günləri dostlarım və yaxınlarıma həsr edirəm. Evə qayıtmaya da bilərəm. Həmin günlər çox gec yatıram. Hətta bütün gecəni yuxusuz da qala bilərəm. Elə bu səbəblərdən də günün mənalı saatları yer və keyfiyyət baxımından fərqlənir.

Çoxdandır nahar yemirəm. Amma şam yeməyi zamanı mütləq böyük ziyafət olmalıdır. Axşamları 19-20:30 araları özümə həsr etdiyim anlardır, bir-iki qədəh içki içirəm.

Gəncliyimdə hər gün kinoteatra gedərdim. Kinoya getmək mənim həyat tərzim idi. Teatrı da heç boş buraxmazdım. 5-10 il olar ki, bunun tamamilə əksi olan bir vərdiş qazanmışam.

Buna qarşılıq kafeyə getmək var bir də. Gün ərzində ən azı 3 kafeyə girirəm. Şeirlərimin çoxunu kafelərdə yazıram. Mənim üçün iş görəndə sakitlik vacib deyil. Hətta səs-küy daha yaxşı təsir edir, öyrəşmişəm buna. Universitetdə də hazırlıq otaqlarına heç getməzdim. Bufetdə oturub dərs hazırlayardım. Evdə radio həmişə açıq olur. Qaz sobası da yanılıdı, üstündə həmişə çaydan olduğuna görə. Gündə iyirmi stəkan çay!

Adətən saat 11-də evdən çıxıram. Oğlum səhər növbəsidi. Kafelərdən birinə girirəm. Sonra gəzə-gəzə Kadıköyə düşürəm. Bazarı da gəzirəm. Kadıköyün ən gözəl yeri bazarıdır. “Gənclik” kitab evinə də baş çəkib, ondan sonra hara gedəcəyəmsə ora gedirəm. Hazırda həftədə iki dəfə İstanbula düşürəm: iki dəfə Nişantaşına, bir dəfə də Cağaloğluna.

Qarşı tərəfə keçirəmsə qayıdanda Karaköydən “Le-Monde” qəzeti alıram. Əvvəllər hər gün alardım, indi bahadı. Gəmidə mütləq oxumağa bir şey olmalıdı əlimdə. Kitab, ya da heç olmaya bir qazet.

Çevirdi: Elnarə Ağaoğlu

# 1818 dəfə oxunub

Oxşar xəbərlər

“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

“Beyrək” pyesində postmodernlə antik mətnlərin dialoqu - Elnarə Qaragözova

16:40 16 aprel 2025
"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

09:00 16 aprel 2025
On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

12:00 15 aprel 2025
Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər

Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər

17:00 14 aprel 2025
O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

12:20 14 aprel 2025
Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?

Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?

12:00 11 aprel 2025
#
#
# # #