Hüseyn Cavidə həsr olunmuş şeir müsabiqəsi başlayır

Hüseyn Cavidə həsr olunmuş şeir müsabiqəsi başlayır
13 oktyabr 2017
# 14:43

Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyi münasibəti ilə bağlı şeir müsabiqəsinə start verilir. Kulis.azın məlumatına görə müsabiqəni "Kaspi” qəzeti və artkaspi.az ədəbiyyat və mədəniyyət portalı təşkil edir.

Əsər qəbulunun şərtləri aşağıdakı kimidir.

Müsabiqəyə şeir və ya kiçik həcmli poemalar qəbul edilir. Poetik əsərlər Hüseyn Cavid yaradıcılığına aid olmaya da bilər, məqsəd görkəmli ədibə həsr olunmuş müsabiqədə ən yaxşı şeiri seçməkdir.

Müsabiqəyə təqdim edilən əsərlər [email protected] elektron ünvanına göndərilir.

Dərc və çap olunmuş əsərlər müsabiqəyə qəbul edilmir.

Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Müsabiqəyə əsər qəbulu 2017-ci ilin 27 sentyabrdan, həmin ilin 27 noyabrına qədər davam edəcək.

Mükafatlandırılma mərasimi 2017-ci ilin dekabr ayında – Yeni il ərəfəsində keçiriləcək.

Müsabiqənin mükafat fondu:

Mükafat diplom və puldan ibarətdir.

I yer – 700 (yeddi yüz) manat.

II yer – 500 (beş yüz) manat.

III yer – 300 (üç yüz) manat.

Həvəsləndirici mükafat – 200 (iki yüz) manat.

Müsabiqəyə təqdim olunan əsərlər üçün lazımlı sənədlər:

Şəxsiyyət vəsiqəsinin surəti;

Müsabiqə iştirakçısının əlaqə nömrəsi və elektron poçtu;

Poetik əsər elektron poçtla göndərilmirsə, çap olunmuş şəkildə 3 nüsxə; (Çap variantındakı əsərlər artkaspi.az saytının redaksiyasında qəbul edilir. Bakı, Mətbuat prospekti 529-cu məhəllə, Beynəlxalq Mətbuat evi, Tel: +994 12 537-16-57.

Müsabiqənin iş prosesi:

Əsərlər nömrələnmiş qaydada (imzasız) mükafatın işçi qrupuna verilir, işçi qrupu ən yaxşı 20 əsəri seçib münsiflərə təqdim edir.

Qalib əsərlərin sonrakı seçimi iki mərhələ üzrə aparılır: Birinci mərhələdə 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir.

Əsərlər 1-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir.

Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır.

Qalib və seçilən əsərlər kitab halında nəşr ediləcək.

Qeyd: Müsabiqəylə bağlı suallarınızı [email protected] elektron ünvanına yaza və ya 012 537-16-57 telefonuna zəng edərək bildirə bilərsiniz.

# 2843 dəfə oxunub

Oxşar xəbərlər

"Niyə mən sizi hələ Bakıdaykən tanımamışam?" - Əzizə Cəfərzadə ilə Ramiz Abutalıbovun yazışmaları

"Niyə mən sizi hələ Bakıdaykən tanımamışam?" - Əzizə Cəfərzadə ilə Ramiz Abutalıbovun yazışmaları

10:00 25 avqust 2026
“Qarlı aşırım”da donan həqiqətlər... - Sən kimsən, Qəmlo?

“Qarlı aşırım”da donan həqiqətlər... - Sən kimsən, Qəmlo?

12:00 24 avqust 2026
Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər