“Azərbaycan” jurnalının may nömrəsində nələr var?

“Azərbaycan” jurnalının may nömrəsində nələr var?
23 may 2019
# 18:31

“Azərbaycan” jurnalının may nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, nəşrin bu sayı İ.V.Hötenin "Qərb-Şərq Divanı” ilə başlayır. Dünya şöhrətli əsəri dilimizə Sabir Rüstəmxanlı tərcümə edib. Tərcüməçinin ön sözü də Höte dünyasına yaxşı bələdçilik edir.

Şeirsevərlər Nisə Bəyim, Fəridə Ləman, Ayaz Arabaçı, Mübariz Məsimoğlu və Fəxrəddin Teyyubun şeirləri ilə tanış ola biləcəklər.

Jurnalın nəsr bölməsində Yaşar Bünyadın "Azan gəmilər” povesti, Səhər Əhməd, Mahir Cavadlı, Pərvanə Bayramqızının hekayələri, Nərmin Fərzəlinin esseləri dərc olunub.

Jurnalın bu sayında böyük türkçü Əhməd Ağaoğlunun vəfatının 80 illiyi müasirlərinin Türkiyə mətbuatında çıxışları ilə anılır. Yazıları Vilayət Quliyevin "Türkiyəni duyğulandıran ölüm” başlığı altında maraqlı "Ön sözü” müşayiət edir.

"Ədəbi talelər”də Günel Natiq bu dəfə Gi de Mopassanı tanıdır.

"Publisistika” rubrikasında Fuad Vəliyevin Kimliyimiz haqqında düşüncələrinin yer aldığı

"Katarsisi” essesi həm də vətəndaşlıq mövqeyi ilə maraqlıdır.

Ədəbiyyatşünas Səadət Vahabova Mirzə Cəlil yaradıcılığının özəlliklərindən bəhs edən məqalə ilə çıxış edir.

"İsti-isti” rubrikasında tənqidçi Nərgiz Cabbarlı Məmməd Orucun "Malakan kəndinin payızı” povesti, yazıçı Firuz Mustafa isə İlqar Fəhminin "Gürgan şərabı” əsəri ilə bağlı düşüncələrini bölüşürlər.

"Ədəbi kaleydoskop” bələdçiniz Zümrüd Əhmədova bu dəfə iki ünvan seçib: Boris Pasternak və Erix Mariya Remark.

"Kitab rəfi” oxucuları yeni nəşr nümunələri ilə tanış edir.

# 3916 dəfə oxunub

Oxşar xəbərlər

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər