Həmid Herisçi robot Sofiyaya şeir yazdı – Mətn

Həmid Herisçi robot Sofiyaya şeir yazdı – Mətn
18 iyun 2019
# 11:10

Kulis.az Həmid Herisçinin “Qara Sevda (Robot Sofiyaya)” şeirini təqdim edir.

Xəyallarımın o modern qadını,

demədi...demədi mənə öz adını...

Kufi-kufi,

ey yarımsufi, yarımhürufi

müasir övliya, səyyar mumya,

müqəddəs Sofiya,

səni də gətdilər gəlin tək Bakıya...

Guya, guya

adaxlıların sığmırmış bir siyahıya.

Vəssalam, uğrunda əl atdıq tapancaya...

Sonra,

masadakı son billiard daşına,

Moskvadakı qulağıtüklü bir oğrubaşına

uzaq məsafədən sarsıdıcı zərbə dəydi...

Tapanca məndəydi...

Sonra, kölgən düşdü

nənəmdənqalma son brilliant qaşına...

Sonra,

qara sevdamıza, yanağındakı qoşa xalı,

uzun gecələrimizə, bütün ulduzları,

sonra, fincanıma yuxu dərmanı

damızdırdın,

damcılatdın

gizlincə...

sonra, telefonunu açıb

danışdın birisiylə ingiliscə...

Tüpürüm bu tək ulduzlu gecəyə,

bu tək buludlu aya,

səmaya,

sevgi proqramını Hollivudda yazan

əclaf proqramçıya!

Get, mənə lazım deyil

sən kimi ağ-appaq maya!

bizdə buna

qara sevda deyərlər,

qara sevda...

Xəyallarımın o modern qadını,

demədi...demədi mənə öz adını...

# 19411 dəfə oxunub

Oxşar xəbərlər

"Yaslarda yemək verməkdən imtina etmək lazımdır" - İlham Əziz

"Yaslarda yemək verməkdən imtina etmək lazımdır" - İlham Əziz

18:39 15 iyul 2025
Fraqmentar təfəkkür - Nizami Bayramlı

Fraqmentar təfəkkür - Nizami Bayramlı

19:00 14 iyul 2025
"Manipulyasiya halları özünü çox gözlətmədi..." - Elnarə Akimova

"Manipulyasiya halları özünü çox gözlətmədi..." - Elnarə Akimova

10:00 13 iyul 2025
Nizaminin "Sirlər xəzinəsi"ndə  ölüm məqamları - Fərid Hüseyn

Nizaminin "Sirlər xəzinəsi"ndə ölüm məqamları - Fərid Hüseyn

09:00 11 iyul 2025
Cenifer Lopezin konsert turu başlanıb

Cenifer Lopezin konsert turu başlanıb

17:30 10 iyul 2025
"Bu hekayə qarpız alverçilərinin etdiyi söhbətləri xatırlatdı mənə" – MÜZAKİRƏ

"Bu hekayə qarpız alverçilərinin etdiyi söhbətləri xatırlatdı mənə" – MÜZAKİRƏ

15:03 9 iyul 2025
# # #