“Gülüstan”a görə Şərif Ağayarı təhdid edirlər

“Gülüstan”a görə Şərif Ağayarı təhdid edirlər
13 aprel 2016
# 10:54

“Gülüstan” romanına görə çoxlu təhdidlər alıram”

Bunu Kulis.aza yazıçı Şərif Ağayar söyləyib. O, eyni zamanda bildirib ki, bu təhdidlər yalnız zəng və xəbər göndərmək səviyyəsindədir, ancaq, reallıqdır.

Ş.Ağayar əvvəllər də belə hallarla qarşılaşdığını söyləyib: “Bir neçə hekayəmə, “Haramı” romanına görə məndən inciyənlər, mənə acıqlananlar, xəbər göndərənlər, zəng edib hədələyənlər olub. Ancaq o qədər də ciddiyə almamışam. Hətta “Haramı”da Koroğluya istehza etdiyim üçün bir dəstə adam məni məhkəməyə vermək istəyirdi. Özümə də zəng vurdular, səbəb isə çox gülməli idi: qardaşımla tutaşmışdılar və düşünürdülər ki, mən ona kömək edirəm.”

Ş.Ağayar təhdid və narazılıqların səbəbləri ilə bağlı da danışaraq bildirib ki, doğulub-böyüdüyü Laçın rayonunun əhalisi, ona yaxın və uzaq olan insanlar yazı-pozuya digər bölgələrdən daha həssas münasibət göstərirlər: “Xüsusən bəzi yaşlılar ərizə və donosla hekayənin, romanın fərqini bilmir. Özlərinə oxşar obraz gördülərmi, elə bilirlər ki, üzərlərinə düşünülmüş hücum var. Bu mənada “Gülüstan” romanı ilə bağlı narazılıq daha çoxdur. Mən etiraf edirəm, prototiplərdən istifadə etmişəm. Kimsə orda özünün, atasının, hətta babasının oxşarını, başına gələn əhvalatı, bənzər faktları görə bilər, ancaq bu o demək deyil ki, həmin adamlardan yazmışam. Çünki heç bir ad, soyad və məkan göstərilməyib. Təsəvvür edin, vəzifəli bir adam mənə xəbər göndərib ki, o, bizim nəsli qurumsaq kimi qələmə verib. İnanırsınız, mən o adamın nəslini tanımıram və kitabdakı hansı nüansdan bəhs etdiyini bilmirəm.”

Yazıçı daha sonra əlavə edib ki, narazılar arasında onun yaxın qohumları da var: “Narahat bölgədir, camaat əsəb və gərginlik içərisindədir. Çoxu onlara zülm edən yerli məmurlara heç nə edə bilmir, günah keçisi axtarır. Təbii ki, məni sevməyən adamlar da bu situasiyadan faydalanmağa çalışırlar. Mən kitab yazarkən, təbii ki, heç kimi alçaltmaq barədə düşünməmişəm. Eşitdiyim, bildiyim əhvalatları, tanıdığım insanları öz bildiyim kimi, öz interpretasiyamda, başqa adda və başqa məkanda yazmışam. Bu tarixi-etnoqrafik əsər deyil, romandır, daha çox təxəyyül məhsuludur. Heç kəs üstünə götürməsin və məni narahat etməsin.”

# 1610 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər