“Sizə inanmayan dostlardan imtina edin”

“Sizə inanmayan dostlardan imtina edin”
19 dekabr 2012
# 12:48

Rey Bredberi 2001-ci ildə Point Loma Nazarene Universitetindəki yazarlar simpoziumunda çıxışında gənc yazarlarla öz şəxsi təcrübələrini bölüşmüşdü. Kulis.az məşhur yazarın tövsiyələrini təqdim edir.

1. İşə roman yazaraq başlamayın. Roman yazmağınız çox vaxt aparar. Yazmağa həftəyə birini tamamlayacağınız qısa hekayələrlə başlayın. Bir il bu cür yazmağa davam edin. Ard-arda 52 pis hekayə yazmağınız mümkün olmadığına görə uğur əldə edəcəksiniz. (Rey Bredberi ilk romanı olan “Franqeytlə 451 dərəcə”ni otuz yaşında yazmağa başlayıb.)

2. Onları sevə bilərsiniz, amma onlar kimi ola bilməzsiniz. Qaçılmaz bir faktdır ki, bilərəkdən, ya bilməyərəkdən sevdiyiniz yazarları təqlid etməyə başlayacaqsınız. (Rey Bredberinin yazdıqlarının Herbet Uells, Jül Vern, Artur Konan Doyl və Laymen Frenk Baumun yazdıqlarına bənzədiyi kimi.)

3. Qısa hekayələrin xüsusiyyətlərini araşdırın. (Bredberi Roald Dal, Gi de Mopassan və bir az daha az tanınan Nigel Kneal və Con Kolyerin yazdıqlarına işarə edir)

4. Beyninizi doldurun. Bredberi gənc yazarlara yatmazdan əvvəl bir hekayə, şeir (amma müasirlərdən deyil, Aleksandr Pop, Uilyam Şekspir, ya da Robert Frostdan) və ya məqalə oxumağı tövsiyə edir. Məqalələrin arxeoloji, bioloji, zooloji, fəlsəfi, siyasi və ədəbi mövzularda olması vacibdir.

5. Sizə inanmayan insanlarla dostluğunuzu sona çatdırın. Yazmaq arzunuza adi baxırlar? Əgər belədirsə onlarla əlaqəni dərhal kəsin.

6. Kitabxanaya qapanın. Lənətə gəlmiş kompüterinizdən ayrılın! Bredberi universitet bitirməsə də, bitib tükənmək bilməyən oxumaq arzusu sayəsində 28 yaşında artıq “kitabxanadan məzun oldum” deyə biləcək qədər kitablardan faydalanmışdı.

7. Filmləri sevin. Xüsusilə köhnə filmləri.

8. Həvəslə yazın. Yazarlıq ciddi bir iş deyildi. Əgər bir hekayə yazmağa bir iş kimi baxsanız məqsədinizə çata bilməyəcəksiniz.

9. Pul qazanmaq xəyalları qurmayın. Bredberi və arvadı 37 yaşlarına çatmışdılar, amma hələ maşın sahibi deyildilər.

10. Sevdiyiniz və nifrət etdiyiniz 10 şeyin siyahısını tutun. Sevdiklərinizi yazın, nifrət etdiklərinizi rədd edin! (Təbii ki, onlar haqqında da yaza bilərsiniz.)

11. Ağlınıza gələn hər şeyi yazın. Hər şeydən yazmağa cəhd edin, çünki heç bir şeyi sınaqdan keçirməmiş necə olduğunu bilmək olmaz.

12. Yazdıqlarınızla qazanmaq istədiyiniz uğurun bir insanın yanınıza gələrək “yazdıqlarınızdan dolayı sizi çox sevirəm” deməsi olduğunu unutmayın. Ya da uğursuzluğa uğradığınız zaman axtardığınız yeganə şey birinin yanınıza gələrək “insanların dediyi kimi axmaq deyilsiniz” deməsi olduğunu unutmayın.

# 3318 dəfə oxunub

Oxşar xəbərlər

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər