Nəsimiyə həsr olunmuş konfrans keçirilib

Nəsimiyə həsr olunmuş konfrans keçirilib
28 mart 2019
# 14:30

Martın 28-də Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzeti, "Kaspi" Təhsil Şirkəti və Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "İmadəddin Nəsimi və özbək ədəbiyyatı" mövzusunda konfrans keçirilib.

ONA xəbər verir ki, konfrans İmadəddin Nəsiminin 650 illik yubileyinə və "Nəsimi ili"nə həsr olunub.

Konfransı giriş sözü ilə filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva açaraq bildirib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin tarixi çox qədimdir: "Biz bu gün həmin ənənəni davam etdiririk. Bizim Hüseyn Cavidlə, Məmməd Arazla bağlı layihələrimiz türk dünyasının bir çox bölgələrini əhatə edib. Bu gün "İmadəddin Nəsimi və özbək ədəbiyyatı" mövzusunda keçirilən konfransımız da həmin layihələrin davamıdır. Mən inanıram ki, bu layihələrin arası kəsilməyəcək. Çünki Azərbaycan-Özbəkistan münasibətləri tarixin özü qədər qədimdir. İllərlə bu əlaqələri kəsməyə çalışsalar da, heç kəs buna nail ola bilməyib".

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutun direktoru, akademik Möhsün Nağısoylu deyib ki, Nəsimi kimi şairlər türk dünyasını birləşdirən bağlardır: "Nəsiminin böyüklüyü ondadır ki, o dövrdə ana dili olan türk dilini ərəb və fars dilləri səviyyəsinə qaldıra bilmişdi. Nəsimi təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının ən böyük söz ustalarından biridir. Onu bütün türk dünyasında sevir və öz şairləri sayırlar. Eyni zamanda özbək ədəbiyyatına onun böyük təsiri olub".

Tərcüməçi, alim Tahir Qahhar "İmadəddin Nəsiminin əsərlərinin özbək dilinə tərcüməsi" məruzəsi ilə çıxış edərək bildirib ki, Nəsimi və özbək ədəbiyyatı mövzusu çox geniş mövzudur, alimlər bu mövzuda hələ çox araşdırmalar aparmalıdır: "Min illik yazılı özbək ədəbiyyatında hürufilikdən yazan şairlər olsa da, onlara Nəsimi kimi geniş yer verməyiblər".

Daha sonra AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Kamran Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva, Özbəkistandakı Heydər Əliyev Mərkəzinin direktoru Samir Abbasov, tarixçi, publisist Şuxrat Salamov və AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli çıxış ediblər.

Çıxışlardan sonra Azərbaycan həqiqətlərini Özbəkistanda, eləcə də dünyada tanıtdığına görə tarixçi-publisist Şuxrat Salamova "Kaspi" mükafatı, özbək nümayəndə heyətinin üzvlərinə isə diplomlar təqdim olunub.

# 4093 dəfə oxunub

Oxşar xəbərlər

“Hind filmləri göz yaşlarımızı qurudub, Furqana bircə qətrəsi qalmayıb” – Hekayə müzakirəsi

“Hind filmləri göz yaşlarımızı qurudub, Furqana bircə qətrəsi qalmayıb” – Hekayə müzakirəsi

12:00 25 noyabr 2026
“Tavriya” niyə oxucunu narahat edir?

“Tavriya” niyə oxucunu narahat edir?

12:00 25 noyabr 2026
Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

Dəlikdən şəhvət anlarını güdən oğlanlar, eşqə susamış qadınlar... - İntiharı əfsanələşmiş Mişima faşist idimi?

10:00 25 noyabr 2026
Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

Süni intellekt dövründə sözlə çarpışmaq... - Yaxşı roman müəllifini unutdururmu?

16:00 23 noyabr 2026
Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı:  Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

Cümhuriyyət dönəmində Azərbaycan ədəbiyyatı: Dövrün ədəbi-publisistik tablosunda kimlər vardı?

10:00 21 noyabr 2026
Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

Reinkarnasiya, aydınlanma, mantralar... - Selincerin yaradıcılığında buddizm fəlsəfəsi

10:27 15 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər