"47-ci xromosom" kitabı işıq üzü gördü

"47-ci xromosom" kitabı işıq üzü gördü
6 may 2019
# 11:23

Yazıçı Ziya Səfərbəyov 5 illik fasilədən sonra oxucularına yeni "47-ci xromosom" adlı kitabını təqdim edir.

Kitab Azərbaycan və rus dillərində ("47-ая хромосома") işıq üzü görmüşdür.

Qeyd edək ki, Ziya Səfərbəyovun ilk kitabı 2012-ci ildə çap olunmuşdur. Müəllifin ilk "Мой проклятый мир" adlı kitabı ABŞ, İtaliya, İspaniya, Fransa və Almaniyada da işıq üzü görmüşdür. Kitab eyni zamanda "Mənim lənətlənmiş dünyam" adı altında Azərbaycan dilində də oxuculara təqdim olunmuşdur.

Yazarın növbəti "Onu sevməyə məhkumam" adlı kitabı isə artıq ilk tirajından gənclərin diqqətini cəlb etmişdir. Kitab bir neçə dəfə yeni tirajla oxucuların ixtiyarına verilmişdir. 2014-cü ildə yazarın "Qullar" adlı kitabı Azərbaycan və rus dillərində oxucuların ixtiyarına verilmişdir. "Qullar" kitabı burada toxunulan fəlsəfi və psixoloji məsələlərə görə xüsusi diqqətə layiq olmuşdur.

Qısaca olaraq "47-ci xromosom" kitabı haqqında:

"Gecələr şeytan sənin Allaha xəyanət etmək bacarığına heyran olmaq üçün hüzuruna gəlirdi..."

Kitabı "Əli və Nino" kitab mağazaları şəbəkəsindən əldə edə bilərsiniz.

# 6485 dəfə oxunub

Oxşar xəbərlər

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

Gürcü ədəbiyyatının faciəvi taleli şairi - Lado Asatiani kim idi?

15:45 23 iyun 2026
Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

Hamının bildiyi dastanda heç kimin görmədiyi sirrlər - Dədə Qorqud əslində, kimdir?

15:00 23 iyun 2026
"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

"Unutmaq istədiyimiz həqiqətlər..." - “Qəvvas”la bu hekayənin nə əlaqəsi?

10:00 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər