Bakıda İslam həmrəyliyi sərgisi açılıb

Bakıda İslam həmrəyliyi sərgisi açılıb
8 dekabr 2017
# 16:37

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Qalereya 1969”da “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi açılıb.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan sərginin əhəmiyyətindən danışıb.

Bildirilib ki, ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmaqla bərabər, İslam dininin yayılmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan mədəniyyəti və incəsənətində də dərin izlər buraxıb. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ölkədə tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin, eləcə də milli təsviri sənətimizin dünyada təbliğinə böyük töhfələr verir.

İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi dini memarlığın nümunələri olduğu kimi, Azərbaycan rəssamlarının XX əsrdə yaratdıqları nadir sənət inciləri də İslam mədəniyyətini özündə əks etdirən dünyəvi incəsənətin bariz nümunələridir. Sovetlər İttifaqı dönəmində və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə yaradılan, İslam dini təsəvvürlərini və mədəniyyətini əks etdirən təsviri sənət nümunələri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda xüsusi kolleksiya təşkil edir.

Diqqətə çatdırılıb ki, sərgi Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, Dövlət Rəsm Qalereyasında qorunub saxlanılan İslam həmrəyliyini əks etdirən bu incəsənət əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması məqsədilə keçirilir.

Sonra iştirakçılar sərgiyə baxıblar.

Sərgi dekabrın 12-dək davam edəcək.

# 2201 dəfə oxunub

Oxşar xəbərlər

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

"Lərzə"ni vərəqləyəndə... - Allahı bu qədər "yaxından" kim görmüşdü?!

17:00 21 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər