Musa Urudun 55 yaşına Təbriz hədiyyəsi

Musa Urudun 55 yaşına Təbriz hədiyyəsi
25 noyabr 2016
# 13:01

Bu günlərdə tanınmış şair-publisist, millət vəkili Musa Uruda Güney Azərbaycandan xoş soraq gəlib.


Təbrizin “Həkim Nizami Gəncəli” nəşriyyatı bu gün 55 yaşı tamam olan şairin ad gününə əsl hədiyyə edib – şairin şeirləri əski əlifbada ana dilimizdə o taylı oxuculara çatdırılıb.

Kitabı çapa Təbrizdə türkcə kitablar yayımçısı kimi tanınan soydaşımız Rəsul İsmailian hazırlayıb.

“Tənha ağac” adlanan kitabda şairin yaradıcılığından seçmə şeirlər yer almışdır. Tərtibatçı şeirləri kitabda üç bölmədə hazırlamışdır.


Sevgi lirikası “Bu eşqin yolunda ölməyə gəldik”, Vətən sevgisi, itirilmiş Zəngəzurun ağrısı hopmuş şeirlər “Tanrı dərgahına yaxındı dağlar” və şair kimi taleyindən bəhs edən, müşahidələrinə işıq tutan şeirləri “Mübarəkdi qəmin yeri” bölmələrində yerbəyer edilmişdir.

Kitabın üz qabığının tərtibatı Güney Azərbaycanda şeir kitabları üçün xarakterik olan ənənəylə hazırlanıb. Üz qabığında başda gələn “şeir toplusu” yazısı oxucuya kitabın məzmunu haqqında informasiya verir.

Müəllif haqqında qısa bioqrafik məlumat kitabın üz qabığının 4-cü səhifəsində şəkliylə bir yerdə verilmişdir.


Bu gün öz ana dilində yazıb-oxumaqdan məhrum olan o taylı oxucuya canlı xalq danışıq dilindən bol-bol bəhrələnən, özünəməxsus obrazlı deyimlərlə zəngin olan və ən əsası istedadlı qələmlə yazılan belə kitabların çatdırılması əsl fədakarlıqdır.


Oxucusuyla təmiz ana dilində danışan, fikri ifadə edərkən konteksdən kənar söz işlətməyən, analarımızdan gəlmə az sözlə çox məna vermək bacarığına nümunə ola biləcək şeirlərin yer aldığı kitabın o taylı şeir xridarlarına hədiyyə olacağına şübhəmiz yoxdur.
Şairin öz şeirindən çəkdiyimiz aşağıdakı misal bu kitab haqqında təəssüratı çox gözəl çatdırır:

Beş gün yaşa, yüz il ya da,
Bir gün ömür gedir bada.
Hər gedənin bu dünyada
Azdan-çoxdan qaları var.

“Tənha ağac” adlı qalarınız mübarəkdi, şair! Təbrik edirik!

İlham Q.

# 1497 dəfə oxunub

Oxşar xəbərlər

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

"Yoldaş nazir, mən bilirəm kimə şikayət edəcəm..." - Aqil Abbas

10:00 23 fevral 2025
Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

Əri onu döyür və bağışlayır... - Nazirin arvadını yoldan çıxaran yazıçı

09:00 21 fevral 2025
Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

Kino Agentliyi 75-ci Berlin Beynəlxalq Film Festivalında

09:17 19 fevral 2025
Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

Əlisa Nicat, Ramiz Rövşən, Müşfiq Ötgün, Ağalar Qut... - Yalançı filosoflar, yeni mollalar

12:00 18 fevral 2025
Satılan həyatlar - İnsan neçəyədir?

Satılan həyatlar - İnsan neçəyədir?

18:40 17 fevral 2025
Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

Sən də mi, Karvanbaşı? - Cavid Zeynallı

16:40 17 fevral 2025
# # #