Rasim Qaraca: “Murad təslim oldu”

Rasim Qaraca: “Murad təslim oldu”
10 fevral 2016
# 12:47

Murad Köhnəqala aznews.az-a müsahibəsində Anarla aralarında yaşananlara və Rasim Qaraca, Həmid Herisçi ilə bir yerdə olduğuna görə peşmançılığını dilə gətirib. Xalq yazıçısı Anar məsələyə münasibət bildirib: “Qapım Murada açıqdır”. Müsahibədə adı çəkilən Rasim Qaraca və Həmid Herisçidən münasibət öyrəndik. Cavabları təqdim edirik.

Rasim Qaraca

- Sizin sorğunuza ədəbiyyat dilində cavab vermək istəyirəm. Cek Londonun "Həyat eşqi" hekayəsində ac qurd öz ovunu - insanı təqib edir, ancaq çox yorulub və əldən düşüb. Hər ikisi gücsüzdür. Son anda insan dişlərini qurdun boğazına keçirir, qanını içir və gözlərinə işıq gəlir. Muradın təslim olması mənə bu hekayəni xatırlatdı. Hə, bu qurbanlıq yorulmuş Anarın gözlərinə bir az işıq gətirəcək. Buna yalnız təəssüf edirəm. Neçə yaradıcı insanı beləcə məhv ediblər, hələ də davam edir...

Həmid Herisçi

- O vaxtdan bu günə xeyli vaxt keçib. Hər şey əbədi deyil. İnsan daim dəyişir. Mən özüm demokratik, tolerant adamam, onun fikirlərinə hörmət edirəm. Zaman keçdikcə insanın düşüncələri dəyişir. Görünür, indi Murad Köhnəqalanın da fikri dəyişir, buna da hörmətlə yanaşmaq lazımdır.

# 2145 dəfə oxunub

Oxşar xəbərlər

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

Romanı oxumaq niyə bu qədər çətindir? – “Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

"Ağla ki, ağlayasan…" - Xaqani Şirvaninin “Mədain xərabələri” qəsidəsi haqqında

10:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər